Xırdalanda “KIA” ilə toqquşan “BYD” dayanacağa girdi VİDEO
Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Xırdalan şəhəri, Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza aprelin 19-da saat 18:00 radələrində qeydə alınıb. Hərəkətdə olan 77-UD-292 dövlət nömrə nişanlı “BYD” markalı maşın, 77-RP-973 dövlət nömrə nişanlı “KIA” markalı avtomobillə toqquşub. Qəzaya səbəb “KIA” sürücüsünün əks istiqamətli yola çıxması olub. Bu vaxt dönmə əməliyyatı aparan “BYD”nin sürücüsü anidən idarəetməni itirib və maşın yol kənarındakı dayanacağa girib. Hadisə zamanı xəsarət alan olmasa da hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
Faktla bağlı araşdırma davam edir.
Nərmin

