Xırdalanda kişi sevgilisini TikTok da hesab açdığı üçün döydü: Polis işə qarışdı
Icma.az, Oxu.az saytına istinadən bildirir.
Abşeron rayonunda kişi sevgilisini "TikTok"da hesab açdığı üçün döyüb.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Xırdalan şəhərində baş verib. 1990-cı il təvəllüdlü Tofiq İbadov (ad və soyad şərtidir) Xırdalan şəhərində 2007-ci il təvəllüdlü xanımla tanış olur. Bir müddətdən sonra isə onlar sevgili olurlar.
Tofiq segilisinin "TikTok"da özünə məxsus profil açdığını eşidir. O bu barədə sevgilisinə desə də, xanım bunu inkar edir. Bir gün Tofiq "TikTok"da həmin hesabı görür və evə gəlir, sevgilisinə profili göstərir. Bundan sonra onların arasında mübahisə başlayır. Nəticədə, Tofiq sevgilisini şillə və təpik zərbələri ilə döyür. Qadın onun əlindən qaçaraq küçəyə çıxır və polisə məlumat verir. Hadisə yerinə polis əməkdaşları gəlirlər, T.İbadov saxlanılır.
Faktla bağlı cinayət işi başlanır və iş məhkəməyə göndərilir.
Məhkəmə prosesində tərəflər arasında barışıq elan olunduğundan cinayət işinə xitam verilir.
Samir Əli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 01 Noyabr 2025 08:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















