Icma.az
close
up
RU
Xırdalanda 42 yaşlı kişi qardaşını döydü TƏFƏRRÜAT

Xırdalanda 42 yaşlı kişi qardaşını döydü TƏFƏRRÜAT

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

Abşeron rayonunda 1983-cü il təvəllüdlü İsmayıl şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qardaşı Əliyə (adlar şərtidir – red.) xəsarət yetirib. 
Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə 28 aprel 2024-cü ildə Abşeron rayonu Xırdalan şəhərində baş verib. İsmayıl yaşadıqları evin həyətində qardaşı Əli ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı itələyərək onu yerə yıxıb. 
Daha sonra əlində olan dəmir alətlə onun sağ əl nahiyəsinə qəsdən bir dəfə vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 
Hadisəni törədən İsmayılın barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İsmayıl ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. 
O, ifadəsində göstərib ki, atası Telman v  qardaşı Əli ilə Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsində bir həyətdə yaşayır, lakin evləri ayrıdır: 
“Bir yerdə yaşadığımız müddətdə münasibətlərimiz normal olmayıb. Atam qardaşım ilə bir yerdə spirtli içki qəbul edirlər və sərxoş olduqdan sonra mənim, ailəmin ünvanına nalayiq ifadələr işlətməklə söyüş söyürlər. Ona görə də əvvəllərdə dəfələrlə aramızda münaqişə olub”.
Təqsirləndirilən şəxs qeyd edib ki, axırıncı dəfə 2022-ci ildə atası və qardaşı ilə aralarında münaqişə olduğundan, həmin münaqişə ilə əlaqədar Abşeron Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsində araşdırma aparılıb, sonradan toplanmış material rədd edilib: 
“Məlum hadisə günü, saat təxminən 19 radələrində yaşadığım evdə ailə üzvlərim ilə söhbət edərkən, həmin vaxt yoldaşım bayıra çıxdı və yoldaşımın kiməsə isti suyu gülün dibinə tökmə dediyini eşitdiyimdən bayıra çıxdım. Bu zaman qardaşım Əlinin n həyat yoldaşım Samirəni nalayiq ifadələrlə təhqir etdiyini gördüm. Həmin vaxt qardaşıma yaxınlaşaraq “niyə mənimyoldaşımı söyürsən” deyə ondan soruşdum. 
O, “əcəb edirəm” deməklə sinə nahiyəmdən kənara itələdi. Həmin vaxt Əlinin yaxasından tutmaq isdədim. Amma atam və qardaşım məni yerə yıxdı. Qardaşım sol qabırğa nahiyəsinə yumruqla, atam isə sol ayaq nahiyəmdən təpiklə vurdu. Həmin vaxt yoldaşım Samirə bizi ayıranda atam arvadımın saçından tutdu, dartaraq onu kənara itələdi, sifət nahiyəsindən şillə ilə vurdu. 
Samirə kənara evə qaçdı və evdən Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək məlumat verdi. Həmin vaxt Samirənin polisə zəng etdiyini onlar bildiyi üçün məndən  kənarlaşdılar. Sonradan polis əməkdaşları ora gələrək şifahi söhbət etdikdən sonra bizi Abşeron Rayon  Polis İdarəsinə gətirdilər, mənim izahatım alındı. Mən Əlini  dəmir parçası ilə və ya əlimlə vurmamışam. Onun hansı şəraitdə xəsarət aldığını bilməmişəm”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Əlinin sözlərinə görə, qardaşı İsmayıl ilə mütəmadi olaraq aralarında narazılıqlar olur: 
“Hadisə günü atam, anam ilə evin həyətində olarkən İsmayılın həyat yoldaşı Samirə 5 yaşlı azyaşlı oğluma qışqıraraq “gülü yolma” dedi. Amma uşaq isə gülün yanında durmaqla gülü yolmamışdı. Həmin vaxt yaşadığım mənzilə girdim. Həmin an İsmayılın səsini eşitdiyimdən bayıra çxdım. Atamın İsmayıl tərəfindən söyüldüyünü, İsmayılın atamın üstünə cumaraq onu vurmaq istədiyini gördüm. Dərhal onlara yaxınlaşaraq nə baş verdiyini soruşdum. 
İsmayıl həmin vaxt məni də nalayiq söyüşlərlə söyərək baş nahiyəmdən əli vurdu, sonra isə məni itələyərək yerə yıxdı. Bədənimin müxtəlif yerlərinə, yəni başıma, sifətimə əlimə, sağ əl nahiyəsindən isə dəmir alətlə ilə vurmuşdur. Həmin vaxt sağ əlimdə sərt ağrılar hiss etdim və anam araya girərək bizi ayırdı. Sağ əlim həmin vaxt əzildi və göyərərək şişdi. Ona görə də polisə ərizə ilə müraciət etdim. İsmayılı və ya onun arvadını döyməmişəm. İsmayılın necə xəsarət aldığını bilməmişəm”.
Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə İsmayıl 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. 
Təqsirləndirilən şəxsin üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş  yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulub.
Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:202
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 05 Mart 2025 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see427

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see334

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see328

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see286

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see244

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see238

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see232

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see213

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see211

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see203

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see199

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see197

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see196

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see188

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see181

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri