Icma.az
close
up
RU
Xırdalanda qıza görə DAVA: Dostunu bıçaqladı, sonra ağladı

Xırdalanda qıza görə DAVA: Dostunu bıçaqladı, sonra ağladı

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Abşeron rayonunun Xırdalan şəhərində dostunu bıçaqlayan şəxs həbs edilib.
Bizim.Media "Teleqraf.az"a istinadən xəbər verir ki, Nurlan (ad-soyad şərti verilib - red.) kafedə spirtli içki qəbul etdikdən sonra əvvəllər tanıdığı Hikmətlə telefonda mübahisə edib və onu görüşə çağırıb.
Onlar gecə kafedə görüşüblər, mübahisəni davam etdiriblər. Nurlan üzərində gəzdirdiyi bıçaqla Hikmətin qarın nahiyəsinə zərbə endirib.
İstintaq orqanı tərəfindən Nurlanın barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
 

Nurlan istintaqa ifadəsində bildirib ki, Hikmətlə dostluq münasibəti olub: "Günel adlı qızla əvvəllər münasibət saxlamışdım. Hikmət ona təkliflər edirdi. Mən də ona zəng edib Güneldən çəkindirmək istədim. Həmin vaxt aramızda mübahisə yarandı. Daha sonra onu çağırıb görüşdüm. Hikmətin yanında mopedlə başqa biri də gəlmişdi. Hikmətlə mübahisə vaxtı mənim üstümə qışqırdı. Onu qorxutmaq üçün bıçağı çıxardım. Həmin bıçaq Hikmətə məxsus idi.


Mən maşın təmiri ilə məşğul oluram, bıçaqda olan boşluğu sıxmaq üçün onu sexə aparmışdım. Hikmət əlimdəki bıçağı görüb məni "Oba" marketin arxasına çəkdi. Orada öz bıçağını istədi, mən isə vermədim, bu zaman məni itələdi.
Çəkişmə vaxtı bıçaq ona dəydi. Sonra təcili tibbi yardıma, Daxili İşlər Nazirliyinin "102" qaynar xəttinə zəng etdim. Eyni zamanda ətrafdakılardan kömək istədim. Hikmət mənim dostumdur, onu qoyub gedə bilməzdim. Ona görə də, hadisə yerində qaldım və polis əməkdaşları gəlib məni apardılar".
Hikmət ifadəsində bildirib ki, Nurlan bir neçə dəfə zəng edib və harada olduğunu soruşub:
"Nurlanla Günelin arasında mübahisə yaranmışdı. Nurlan məndən Günelə yazmağımı istəmişdi. Mən də razılaşmışdım. Qıza zəng etdim, "alo" deyib telefonu söndürdü, nömrəmi bloka atdı. Axşam gəlib Nurlana qızın mənim nömrəmi bloka atdığını dedim.
Səhəri gün işə gəldim. Axşamüstü Nurlan zəng etdi, qıza niyə mesaj yazdığımı soruşdu. İşdən çıxanda məhəllədən olan tanışımdan məni mopedi ilə market tərəfə aparmasını xahiş etdim. Tanışım məni orada düşürəndə Nurlanı gördü. Məndən "salamatçılıqdır?" deyə soruşdu. Nurlan həmin vaxt içkili idi, elə bildi ki, onun üstünə adam gətirmişəm. Nurlana həmin şəxsin mopedlə məni bura gətirdiyini və çıxıb gedəcəyini dedim.
Nurlan yenidən qıza niyə yazdığımı soruşdu, mən də sakitcə yazmadığımı dedim və mesajı göstərməsini istədim. Bu zaman onunla mübahisə etdik. Onda bıçağımı gördüm.
 

Nurlan mənə bıçağı sexdə sıxıb qaytaracağını demişdi, amma nə vaxt gətirəcəyini deməmişdi. O, içkili idi, mən isə heç vaxt içki içməmişəm. Nurlandan üzərindəkinin mənim bıçağım olub-olmadığını soruşdum. Təsdiq edəndə bıçağımı istədim, amma o verməkdən imtina etdi.


O, bıçağın sapından, mən tiyəsindən tutdum, dartışdıq. Nurlan birdən bıçağı buraxdı və tiyə mənim qarnıma girdi. Nurlan məni qoyub getmədi, əksinə, məni dizinin üstünə uzatdı, ağladı. Marketdən su alıb gətirdi, atasına və atama zəng etdi".
Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Nurlan 6 il müddətinə azadlıqdan məhrum edilib. Cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edilib.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:112
embedMənbə:https://bizim.media
archiveBu xəbər 24 Sentyabr 2026 18:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see592

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see518

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see402

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see266

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see263

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see253

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see251

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see229

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see223

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see222

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see222

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see220

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see219

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see216

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see215

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see210

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see173

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see172

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see170

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri