Icma.az
close
up
RU
Xırdalanlıların işi lap dalana dirənib: Elə bil müharibə meydanıdır...

Xırdalanlıların işi lap dalana dirənib: Elə bil müharibə meydanıdır...

Baku.ws saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İki ildən çoxdur ki, Xırdalan şəhərinin küçələri xarabalığı xatırladır. Bura şəhər statusu verilsə də, hələ də yolları ən ucqar kənd yollarından fərqlənmir. Sakinlər yayda toz-torpaq, qışda isə dizə qədər çıxan palçıqdan əziyyət çəkirlər. Bir sözlə, xırdalanlıların işi lap dalana dirənib, problemin qaynağı isə şəhərdə bitib-tükənməyən qazıntılardır, bu qazıntılar su-kanalizasiya xətlərinin çəkilməsi üçün aparılır.Bu şikayətlə virtualaz.org saytının redaksiyasına Xırdalanda yaşayan sakinlər müraciət ediblər. Onlar deyirlər ki, iki il əvvəl “Azərsu” ASC su və kanalizasiya xətləri çəkmək üçün asfalt yolları qazmağa başladı. O vaxtdan da Xırdalan küçələri müharibə meydanını xatırladır: “İki il əvvəl asfalt yolları qazdılar, boruları dəyişdilər. Sonra isə yolu yenidən asfaltlamaq yaddan çıxdı. Sakinlər iki ilə yaxındır ki, çirkab və toz-torpaqdan əziyyət çəkirlər. Bəzi ərazilərdə yollar tanənmaz hala düşüb, şəhər ucqar dağ kəndini xatırladır. Tezliklə isə məktəb başlayacaq və uşaqlar ağ rəngli məktəb formasında çirkab və gölməçələrdən keçərək məktəbə gedəcəklər”, - sakinlərin şikayətində deyilir. Problemlə bağlı Abşeron Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Məlum oldu ki, problem icra hakimiyyətini də narahat edir, amma... “Xırdalanda iki ildir ki, yollar qazılıb, “Azərsu” kanalizasiya boruları çəkir və hazırda da bu proses davam edir. Onlara həmin layihə ilə bağlı lazım olan vəsait ayrılıb və “Azərsu” ASC yolların asfaltını dağıdıb boru çəkirsə, sonra asfaltı bərpa etməlidir. Əgər asfalt yoldursa, işlərini bitirəndən sonra ora asfalt vurmalıdır, yox əgər qırma daşdırsa, qırma daş tökməlidir. Yolu bu qurum təmir etməlidir”, icra hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Fariz Əliyev virtualaz.org-a açıqlamasında bildirdi. Problemlə bağlı “Azərsu” ASC-yə də müraciət etsək də, cavab ala bilmədik. Qeyd edək ki, Xırdalan şəhərinin su-kanalizasiya sisteminin genişləndirilməsi və yenidən qurulması işləri 2017-ci ilin iyul ayında başlanıb. Bu işi "Azərsu" ASC-nin sifarişi ilə podratçı təşkilatlar həyata keçirir. Layihənin 2019-cu ilin iyul ayında bitəcəyi gözlənilirdi.

Qalereya

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:354
embedMənbə:https://baku.ws
archiveBu xəbər 12 May 2026 01:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri