Icma.az
close
up
RU
Müharibə dalana dirənib: Çin nədən narahatdır?

Müharibə dalana dirənib: Çin nədən narahatdır?

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp İran və Hörmüz boğazı ilə bağlı ziddiyyətli açıqlamalar verir.

Tramp bir tərəfdən Hörmüz boğazının tezliklə açılacağını və İranın artıq məğlub edildiyini bəyan edir, digər tərəfdən NATO müttəfiqlərinin Hörmüz boğazının açılmasına yardım göstərmədikləri üçün hədələyir. Bir sözlə ABŞ Prezidenti bir-birini təkzib edən açıqlamalar verir.

Trampın İran haqqında sərt bəyanatları fonunda qlobal enerji bazarlarında qeyri-sabitlik daha da dərinləşib. ABŞ-də benzin qiymətləri yenidən 4 dollar həddini keçərək son illərin ən yüksək səviyyəsinə çatıb.

Mütəxəssislər qiymət artımını ABŞ və İsrailin fevralın 28-də İrana qarşı başlatdığı hərbi əməliyyatlardan sonra neft bazarında yaranan gərginliklə əlaqələndirir. Müharibə fonunda xam neftin qiyməti 130 dolları keçib.

Bu tendensiya yalnız ABŞ ilə məhdudlaşmır. Fransa da daxil olmaqla bir sıra ölkələrdə yanacaq qiymətləri rekord səviyyəyə yüksəlib ki, bu da həm əhalinin gündəlik xərclərinə, həm də biznes fəaliyyətinə ciddi təsir göstərir.

Bu gün isə Tramp daha bir açıqlama verərək, ABŞ-nin Hörmüz boğazından təchizata ehtiyacı olmadığını vurğulayıb. Onun vasitəsilə gəmilərin keçməsinin bərpası oradan neft daşınması üçün istifadə edən ölkələrin məsuliyyəti olmalıdır deyib.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, ABŞ Prezidenti Donald Trampın mətbuata verdiyi son açıqlamalar İran ətrafındakı vəziyyətə yenə də tam aydınlıq gətirmir:

“O, bir tərəfdən deyir İranın artıq məhv etmişik, hərbi hava qüvvələri və dəniz donanması sıradan çıxarılıb, uranı zənginləşdirmə imkanları qalmayıb. Amma digər tərəfdən isə əməliyyatların davam etdiyini, artıq bir ayın geridə qaldığını və müharibənin aprel ayında da sürəcəyini istisna etmir. Beynəlxalq aləmi ən çox narahat edən məsələlərdən biri Hörmüz boğazı ətrafında yaranmış təhlükəli vəziyyətin davam etməsidir.

Çünki boğazın bağlı qalması tanker vasitəsilə neft daşımalarını əngəlləyir ki, bu da dünya bazarında neft qiymətlərinin kəskin artımına səbəb olur. Üstəlik, oradan təkcə enerji resursları deyil, digər mineral ehtiyatların daşınmasında da ciddi problemlər yaranıb. Artıq qiymət artımı dünyanın bir çox ölkələrində hiss olunur”.

Onun sözlərinə görə, buna baxmayaraq, Trampın mövqeyi ondan ibarətdir ki, Hörmüz boğazındakı vəziyyət ABŞ-ni ciddi narahat etmir:

“Çünki ABŞ-nin özü böyük neft və qaz istehsalçısıdır. O bildirir ki, bu marşrutdan enerji əldə edə bilməyən ölkələr alternativ olaraq Amerikaya üz tuta bilərlər. Faktiki olaraq, bu yanaşma ilə ABŞ-nin bir sıra Avropa dövlətlərini şantaj edir. Tramp həmçinin NATO-nu tənqid edərək, Alyansın boğazın təhlükəsizliyinin təminində aktiv rol oynamadığını qeyd edir.

Avropa ölkələrinin isə bu prosesə qoşulmamasının əsas səbəbi müharibənin təşəbbüskarı olmamalarıdır. Onlar hesab edirlər ki, hərbi gəmilərlə bölgədə təhlükəsizliyi təmin etməyə çalışsalar, bu, birbaşa İranla qarşıdurmaya və nəticədə müharibəyə cəlb olunmalarına gətirib çıxara bilər. Bu isə Avropa dövlətlərinin maraqlarına uyğun deyil”.

Politoloq qeyd edib ki, Hörmüz boğazındakı gərgin vəziyyət ən çox Çini narahat edir:

“Çin həm İrandan, həm də körfəz ölkələrindən ucuz neft alırdı. Hazırda İrandan neft tədarükü qismən davam etsə də, bunun həcmi azalıb, körfəz ölkələrindən idxal isə çətinləşib. Enerji resurslarına çıxışın məhdudlaşması Çin iqtisadiyyatına mənfi təsir göstərə bilər.

Bu səbəbdən Çin, Pakistan ilə birlikdə 5 maddədən ibarət sülh təklifi ilə çıxış edib. Təkliflər əsasən müharibənin dayandırılması və Hörmüz boğazında təhlükəsizliyin təmin olunmasını əhatə edir. Lakin bu təkliflər də qulaq ardına vurulur.

Bütün bunların fonunda münaqişə hələ bir müddət davam edəcək. Buna baxmayaraq, İrandakı mövcud rejim də təslim olmur və sağa-sola raket və dron hücumlarını davam etdirir”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Açar sözlər: Çin Elxan Şahinoğlu

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:163
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 02 Aprel 2026 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see364

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see334

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see329

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see325

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see295

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see292

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see275

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see271

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see255

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see252

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see242

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see232

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see225

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see216

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see203

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see198

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see197

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see196

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see182

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri