Xirtdəyədək problemi olan Məzun evi ndə dəhşətə gətirən mənzərə
Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Masazır kəndinin Qara Qarayev küçəsində yerləşən "Məzun evi"nin sakinləri bir sıra problemlərlə üz-üzə qalıblar.
Onlar Baku TV-nin qaynar xəttinə müraciət edərək bildiriblər ki, kanalizasiya xəttinin tez-tez daşması nəticəsində həyətyanı sahələr suyun içində qalır.
Xirtdəyədək problemi olan "Məzun evi"ndə dəhşətə gətirən mənzərə
Həmçinin kanalizasiya suyunun yaxınlıqda yerləşən şirin su anbarına qarışma ehtimalı var ki, bu da ciddi təhlükə yaradır.
"Bütün bina təhlükədədir. Aidiyyəti qurumlara müraciət etmişik, amma hələ də gəlib baxan yoxdur. Əgər xəstəliklər və zəhərlənmələr baş verərsə, hansı dövlət qurumu cavab verəcək?" - deyə şikayətçi vurğulayıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyindən bildirilib ki, "Məzun evi" sosial xidmət müəssisəsi üç çoxmənzilli binadan ibarətdir. Ərazidə mütəmadi olaraq monitorinqlər aparılır və bütün çatışmazlıqlar aradan qaldırılır. Qeyd olunan məsələnin həlli istiqamətində müvafiq işlər davam etdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 13 Fevral 2026 18:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















