Icma.az
close
up
RU
XIX əsrə qədər Qafqazda müstəqil erməni kilsəsi olmayıb

XIX əsrə qədər Qafqazda müstəqil erməni kilsəsi olmayıb

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İndiki Ermənistan ərazisi zamanında Qafqaz Albaniyasının qərb sərhədlərini əhatə edirdi və XX əsrin sonlarına qədər həmin ərazilərdə azərbaycanlılar yaşamış və fəaliyyət göstərmişdir.

Bu sözləri Axar.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Antik Dövr Alban Arxeologiyası şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Natiq Alışov deyib.

Onun sözlərinə görə, erməni dövləti Çar Rusiyası tərəfindən ora köçürülmüş ermənilər üçün yaradılmış vilayətin əsasında formalaşdırılıb və 1918-ci ildə İrəvan şəhərinin onlara verilməsi ilə kiçik bir ərazidə özlərinə dövlət yaratmağa nail olublar:

“Lakin 20-30-cu illərdə Azərbaycanın digər tarixi torpaqlarını – Zəngəzur, Göyçə, Dərələyəz və digər əraziləri işğal edərək Ermənistanın sərhədlərini 29 min kvadrat kilometrə çatdırmağa nail olublar. Bu, danılmaz faktdır və bu fakt daxilində onların fəaliyyətini izləmək imkanımız var.

Qeyd edim ki, ermənilər XIX əsrin 30-cu illərinə qədər mövcudluğunu qoruyan Alban irsinə sahib çıxmaq istiqamətində əməli fəaliyyətə keçiblər. Bu fəaliyyətin nəticəsi olaraq, apostollar tərəfindən əsası qoyulmuş müstəqil Alban kilsəsi Çar Rusiyasının dəstəyi ilə 1836-cı ildə ləğv edilərək erməni kilsəsinə tabe etdirilmişdir.

Yəni XIX əsrə qədər Qafqazda müstəqil erməni kilsəsi deyilən bir anlayış mövcud olmamışdır. Xristianlığın yayıldığı I əsrdən XIX əsrə qədər Cənubi Qafqazda müstəqil erməni kilsəsinin fəaliyyətinə heç bir mənbədə rast gəlinmir.

Onların Cənubi Qafqaza köçürülməsi siyasətinin davamı məhz bu Alban xristian irsi üzərində özlərinin “dənizdən-dənizə” dövlət qurmaq ideyasını həyata keçirmək cəhdləri ilə bağlı olmuşdur. Bu fəaliyyət 44 günlük Vətən müharibəsi başlayana qədər davam etmiş və antiterror əməliyyatları ilə onların Qafqaz Albaniyasına məxsus, apostollar tərəfindən əsası qoyulmuş kilsələr üzərindəki hökmranlığı sona çatmışdır”, - o bildirib.

Tarixçi vurğulayıb ki, bu ərazilərdəki kilsələrə olan iddiaların əsasında məhz həmin kilsələrin apostollar tərəfindən inşa edilməsi və bu irsə sahib olmaq dayanırdı:

“Bu, bir növ erməni apostol kilsəsinin müstəqilliyinin və tanınmasının təmin olunmasında mühüm rol oynayırdı. Lakin indiki halda apostolların fəaliyyət sferasına daxil olan monastır və monastır kompleksləri Ermənistan ərazisində mövcud olmadığından, “erməni apostol müstəqil kilsəsi”nin öz fəaliyyətini dayandırması daha məqsədəuyğun olardı. Çünki onların kilsələrinin müstəqilliyi artıq sual altına düşmüş olur və bu suala onlar cavab verməlidirlər.

Digər tərəfdən, ümumiyyətlə, Cənubi Qafqazda erməni-xristian memarlığı, yaxud erməni kilsə memarlığı deyilən bir faktor olmayıb.

Zəngəzur ərazisində yerləşən Tatev, “erməni apostol kilsəsi” kimi fəaliyyət göstərən Eçmiədzin, Dvin kilsələri Alban apostol kilsəsinin yeparxiyaları olub. Sovet dövründə Ermənistan Elmlər Akademiyası tərəfindən bu abidələrin bir çoxunda arxeoloji tədqiqatlar aparılıb və nəşrlər həyata keçirilib”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://axar.az
archiveBu xəbər 22 Sentyabr 2026 07:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see365

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see354

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see289

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see285

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see283

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see279

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see275

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see260

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see235

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see226

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see223

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see222

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see221

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see218

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see214

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see214

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see212

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see197

Təhlükəli öskürəyin əlamətləri AÇIQLANDI

22 Oktyabr 2026 22:33see183

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri