Icma.az
close
up
RU
Menu

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

Bakı üçün imtahan: Bu layihələr fəsadsız olmayacaq

Z dönəm gəncləri tarixin ən bekar nəsli olacaq

Ədəbiyyat Muzeyinə Məhsəti Gəncəvinin tut ağacından yonulmuş heykəli hədiyyə edilib

Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

Uşaq yaxşı böyümür, yorğundur, bədəni ağrıyırsa... Uzman həkim səbəbləri açdı VİDEO

“Sülh Körpüsü”nün Azərbaycan üzrə qrupu diplomatik korpusun Qarabağa səfəri ilə bağlı Ermənistanda ictimai müzakirələrdəki qəbuledilməz tondan məyusluğunu bildirib

Nərimanov sakinləri su probleminə görə ayağa qalxdılar: Nə baş verir? AÇIQLAMA

“18 əsərin sehri” Azərbaycan musiqisindən seçilmiş nümunələr səsləndiriləcək

Möminlərə Musa peyğəmbərin əsasının bir parçası göstərilib...

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

“Həkim məsləhəti” rubrikamızda

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

60 yaşdan sonra bu qidaları yeməyin MÜTƏXƏSSİSLƏR XƏBƏRDARLIQ EDİR

Milli mətbəximizin təbliğinə töhfə verən şef...

XIX əsrə qədər erməni millət adı olmayıb Tarixçi

XIX əsrə qədər erməni millət adı olmayıb Tarixçi

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“XIX əsrə qədər erməni millət adı olmayıb. Əvvəllər, məsələn, Ptolemeyin “Coğrafiya” əsərində Armeniya adlı ərazi göstərilir. Bu ərazi Van gölünün ətrafından indiki Ermənistan ərazisinə qədər uzanırdı və avropalılar həmin ərazini Armeniya adlandırırdılar”.


Bu sözləri Demokrat.az-a açıqlamasında tarixçi, tədqiqatçı Şahlar Hacıyev bildirib.
Onun sözlərinə görə, əvvəllər oranın adı Levant gedirdi, yəni “günçıxan” mənasında işlənirdi:
“Sonradan Armeniya adlandırıldı və Ptolemey “Coğrafiya” əsərində Armeniya ərazisində yaşayan müxtəlif xalqların adlarını sadalayır. Kumanlar, saqasenlər, matenlər və digər tayfaların adları çəkilir. Onların bir çoxunun adları türk mənşəlidir. Həmin ərazidə xristianlıq IV əsrdə yaranıb və yayılmağa başlayıb. Roma imperiyasının zəiflədiyi dövrdə xristianlığın müxtəlif təriqətləri meydana çıxmağa başladı. Bu təriqətlərdən biri də həmin ərazidə yayıldığı üçün monofizit təriqətinə mənsub olan xristianlara “erməni” adı verildi. Yəni erməni sözü müəyyən dövrdə xristian anlayışının sinoniminə çevrildi. Bu proses zamanla davam etdi və 1828-ci ilə qədər “erməni” adı xristianlara verilən ad kimi işlənirdi. Yəni bu, millət adı deyil, toponim və dini mənsubiyyətlə əlaqəli ad idi, etnonim deyildi. Hayları isə Türkmənçay müqaviləsindən sonra Qafqaza, o cümlədən Azərbaycana gətirdilər. Qarabağda yaşayan ermənilərin isə XIX əsrə qədər xristian türklər olduğu iddia edilir. Yəni indiki ermənilərin bir hissəsinin XIX əsrə qədər türkcə danışdığı və xristian türk icmaları olduğu bildirilir. Səlcuqlar XI əsrdə Azərbaycana gələndə özləri ilə fars dili və fars ədəbiyyatı ənənəsini də gətirdilər. Lakin özləri türkdürlər. Azərbaycan əhalisinin böyük hissəsinin XI əsrdə türk albanlarından ibarət olduğu bildirilir. Daha sonra onların bir hissəsi müsəlmanlaşdırıldı. Bir hissəsi isə xristian olaraq qaldı. Bu yanaşmaya görə, xristian olaraq qalanların bir hissəsi sonradan “erməni” adı ilə tanındı. Yəni burada “erməni müsəlman”, “erməni xristian” kimi anlayışların yaranması bu proseslə əlaqələndirilir. Müsəlman olanlar Azərbaycan türkləri, xristian olaraq qalanlar isə ermənilər kimi təqdim edilir. Bu insanların antropoloji xüsusiyyətlərinə baxdıqda da Qarabağ erməniləri türk antropoloji xüsusiyyətləri daşıyır. Onların ad və soyadlarında da türk dilinin təsiri olduğu bildirilir. Məsələn, Köçəryan, Ohanesyan, Baqramyan kimi soyadlar çəkilir. Bu yanaşmaya görə, həmin insanlar xristian türklər olublar”.
Tarixçi qeyd edib ki, Rusiya imperiyası bu ərazilərə müxtəlif xristian icmalarını gətirəndə təkcə hayları gətirmədi:
“Müxtəlif monofizit xristian icmaları da köçürüldü. Buraya yakovitlər, koptlar, melkitlərin bir hissəsi və nestorianlar daxil idi. Onlar müxtəlif ərazilərdən gətirilmişdilər və bir-birlərinin dillərini başa düşmürdülər. Məsələn, İkiurus rayonunda 4-5 kəndin birində hayların, digərində yakovitlərin, başqa birində isə koptların yaşayır. Onların bir-birini başa düşmədiyi deyilir. Bu icmaların ünsiyyəti üçün 1848-ci ildə Xaçatur Abovyan tərəfindən yeni erməni dili yaradıldığı iddia olunur. Bu dil “aşıxravar” adlandırılır. Yəni indiki erməni dilinin həmin dövrdə formalaşdığı bildirilir. Bu yanaşmaya görə, 1848-ci ilə qədər erməni dili, erməni ədəbiyyatı və erməni tarixçiliyi olmayıb. Mövcud materialların isə sonradan Avropa və Rusiya tərəfindən formalaşdırıldığı iddia edilir. Məsələn, V əsr erməni tarixçisi kimi təqdim olunan Movses Xorenatsinin əsərləri ilə bağlı da mübahisələr var. Onun “Erməni tarixi” əsərində çox qədim dövrlərlə bağlı məlumatların yer alması məsələsi sual doğurur. XIX əsrin sonlarında Patkanovun da bu barədə fikirlər səsləndirdiyi bildirilir. Onun fikrincə, Xorenatsinin əsərindən mxitaristlərin sonradan etdiyi əlavələr çıxarıldıqda, Ptolemeyin “Coğrafiya” əsərindən başqa ciddi tarixi məlumat qalmır. Bu yanaşmaya əsasən, sonradan müxtəlif Assuriya, Suriya və Şərq mifologiyası ilə bağlı məlumatlar həmin mətnlərə əlavə edilərək erməni xalqının tarixi kimi təqdim olunub. Sayat-Novaya da bu kontekstdə nümunə kimi göstərmək olar. Sayat-Nova 1795-ci ildə vəfat edib. Onun yaşadığı dövrdə indiki erməni dilinin hələ formalaşmadığı iddia edilir. O, yüzlərlə şeirini türk dilində, Azərbaycan türkcəsində yazıb. Sonradan onun yeni erməni dilində də şeirlər yazdığı və “erməni aşığı” kimi təqdim edildiyi bildirilir. Bu yanaşmaya görə, Sayat-Nova xristian türk mənşəli bir aşıq olub. 1836-cı ildə Rusiya imperiyası Alban Apostol Kilsəsini ləğv etdi və onun əmlakını, kilsələrini və dini irsini erməni Qriqoryan kilsəsinin nəzarətinə verdi. Bunun nəticəsində Qarabağdakı xristian icmaların bir hissəsi sonradan erməni kimliyi daxilində təqdim olunmağa başladı”.
Şahlar Hacıyev əlavə edib ki, burada başqa bir məqam da mədəniyyətlə bağlıdır:
“Qarabağda yaşayan xristian icmalar öz adət-ənənələrini, musiqilərini və mətbəx mədəniyyətlərini qoruyublar. Buna görə də erməni musiqisinin Azərbaycan musiqisinə yaxınlığı, dolma və lavaş kimi mətbəx nümunələrinin hər iki mədəniyyətdə mövcud olması da bu tarixi proseslə əlaqələndirilir. Bu yanaşmaya görə, sonradan müxtəlif xristian icmalarının birləşməsi nəticəsində qarışıq erməni kimliyi formalaşıb. Qarabağdakı xristian türklər, haylar, yakovitlər və digər xristian icmalar bu prosesdə bir araya gətirilib. Monofizit və difizit məsələsinə də burada toxunmaq lazımdır. Xristianlığın ilk dövrlərində İsanın təbiəti ilə bağlı müxtəlif dini baxışlar yaranıb. 448-ci ildə Konstantinopol arximandriti Yevtiçinin adı ilə əlaqələndirilən monofizitlik meydana çıxıb. Ondan əvvəl nestorianlıq da yaranmışdı. 451-ci ildə Xalkedon məclisi keçirildi və bu məsələlərə münasibət bildirildi. Bundan sonra xristian dünyasında müxtəlif dini cərəyanlar arasında ayrılıqlar daha da dərinləşdi. Monofizitlər İsanın ilahi təbiətini ön plana çəkirdilər, Xalkedon kilsələri isə İsanın həm ilahi, həm də insani təbiətə malik olduğunu qəbul edirdi. Bu yanaşmaya əsasən, monofizitliyi qəbul edən xristian türklər də zamanla “erməni” adı ilə tanınmağa başlayıblar. Ermənilər haqqında orta əsr mənbələrində də müxtəlif məlumatlara rast gəlmək mümkündür. Məsələn, 1307-ci ildə Hetum Arminion tərəfindən “Şərq tarixinin çiçəyi” adlı əsərin yazıldığı bildirilir. Əsərin Roma papası V Klementin xahişi ilə hazırlandığı qeyd olunur. Burada Armeniya ərazisində yaşayan ermənilərin dili və həyat tərzi ilə bağlı müxtəlif məlumatların olduğu iddia edilir. Jak de Vitri və digər müəlliflərin əsərlərində də həmin ərazilərdə yaşayan xristian icmaların dili barədə məlumatlara rast gəlindiyi bildirilir. Bəzi mənbələrdə onların dilinin türk dili ilə əlaqələndirildiyi iddia olunur. Mark Tvenin Şərqə səyahəti zamanı yazdığı qeydlərdə də ermənilərdən bəhs edilir. O, müxtəlif xristian icmalarının bir-birindən fərqli dini mənsubiyyətlərə malik olduğunu qeyd edir. Bu yanaşmaya görə, həmin icmaların bir qismi monofizit, bir qismi isə katolik idi və onların arasında dil baxımından da fərqlər mövcud idi. XX əsrin əvvəllərinə gəldikdə isə Osmanlı imperiyasının zəifləməsi və Birinci Dünya müharibəsi ərəfəsində Anadoluda ciddi qarşıdurmalar yaşanırdı. Silahlı kürd dəstələrinin də bölgədə müxtəlif insanlara qarşı zorakılıqlar törətdiyi bildirilir. Həmin dövrdə ölən və əzab çəkən insanların bir hissəsinin sonradan ümumiləşdirilərək “erməni” adı ilə təqdim edildiyi iddia olunur. Bu yanaşmaya görə, XX əsrin əvvəllərindən etibarən “erməni” sözü tədricən “əzabkeş” və “məzlum” anlayışları ilə də əlaqələndirilməyə başlayıb. Daha sonra isə bu hadisələr ətrafında qondarma “erməni soyqırımı”, “əzabkeş erməni xalqı” kimi siyasi və tarixi narrativlər formalaşıb”.
Fidan Hacızadə
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:110
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 16 Sentyabr 2026 14:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

15 Sentyabr 2026 11:23see303

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

14 Sentyabr 2026 19:34see271

Bakı üçün imtahan: Bu layihələr fəsadsız olmayacaq

14 Sentyabr 2026 17:41see255

Z dönəm gəncləri tarixin ən bekar nəsli olacaq

14 Sentyabr 2026 19:08see245

Ədəbiyyat Muzeyinə Məhsəti Gəncəvinin tut ağacından yonulmuş heykəli hədiyyə edilib

14 Sentyabr 2026 17:45see242

Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

14 Sentyabr 2026 18:55see240

Uşaq yaxşı böyümür, yorğundur, bədəni ağrıyırsa... Uzman həkim səbəbləri açdı VİDEO

14 Sentyabr 2026 21:41see229

“Sülh Körpüsü”nün Azərbaycan üzrə qrupu diplomatik korpusun Qarabağa səfəri ilə bağlı Ermənistanda ictimai müzakirələrdəki qəbuledilməz tondan məyusluğunu bildirib

14 Sentyabr 2026 20:28see193

Nərimanov sakinləri su probleminə görə ayağa qalxdılar: Nə baş verir? AÇIQLAMA

14 Sentyabr 2026 19:09see188

“18 əsərin sehri” Azərbaycan musiqisindən seçilmiş nümunələr səsləndiriləcək

15 Sentyabr 2026 03:39see187

Möminlərə Musa peyğəmbərin əsasının bir parçası göstərilib...

14 Sentyabr 2026 21:09see186

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

15 Sentyabr 2026 13:01see183

“Həkim məsləhəti” rubrikamızda

15 Sentyabr 2026 16:05see182

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

16 Sentyabr 2026 01:44see174

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

15 Sentyabr 2026 21:59see167

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

15 Sentyabr 2026 18:49see167

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

16 Sentyabr 2026 02:07see165

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

16 Sentyabr 2026 00:15see164

60 yaşdan sonra bu qidaları yeməyin MÜTƏXƏSSİSLƏR XƏBƏRDARLIQ EDİR

14 Sentyabr 2026 17:33see164

Milli mətbəximizin təbliğinə töhfə verən şef...

14 Sentyabr 2026 16:34see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri