Xızının prokuroru yol qəzasında ağır yaralanıb Açıqlama (Yenilənib)
Icma.az xəbər verir, Mia.az saytına əsaslanaraq.
Xızı rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsində xəsartə alan iki nəfər Bakıya təxliyyə ediliblər.
Mia.az TƏBİB-ə istinadla bildirir ki, qəzada xəsarət alanlar saat 10:30 radələrində Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına müxtəlif bədən xəsarətləri ilə hospitalizasiya olunublar. Onlara ilkin yardım göstərildikdən sonra, xəsarət alanlardan iki nəfər daha ixtisaslı tibbi xidmət almaq üçün Bakıdakı tibb müəssisəsinə təxliyə olunub.
Xəsarət alanların hər birinin hazırda ətraflı diaqnostik müayinələri aparılır.
***
Xızının prokuroru yol qəzasına düşməsi ilə bağlı araşdırma aparılır.
Mia.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirib ki, bu gün səhər saat 09 radələrində Xızı rayonu ərazisində “Niva” və “Toyota Camry” markalı avtomobillərin toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş verib.
Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü, o cümlədən “Toyota Camry” markalı avtomobilin içərisində sərnişin qismində olmuş Xızı rayon prokuroru Xəyalə Aslanova müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Faktla bağlı Siyəzən Rayon Prokurorluğunda araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 25 Mart 2025 00:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















