Icma.az
close
up
RU
Xızının unudulan kəndi Sakinlər buranı tərk edir Fotolar

Xızının unudulan kəndi Sakinlər buranı tərk edir Fotolar

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Xızının Ağdərə kəndinin bəzi sakinləri oranı tərk edirlər.

Bu barədə “Qafqazinfo”ya vətəndaşlar özləri məlumat verib. 

Bildirilib ki, vaxtilə böyük və canlı yaşayış məntəqəsi olan bu kəndin tədricən tərk edilməsinə səbəb infrastruktur çatışmazlığıdır. Belə ki, kənddə elektrik enerjisi mövcud olsa da, nə internet, nə də hər hansı mobil operatorun şəbəkəsi fəaliyyət göstərir. 

Sakinlərin dediyinə görə, təxminən bir il əvvəl kəndin yaxınlığına mobil anten quraşdırılıb. Lakin bu günə qədər istifadəyə verilməyib və real nəticə yoxdur. Kənd əhalisi ən sadə ünsiyyət ehtiyaclarını belə qarşılamaq üçün ciddi çətinlik çəkir. Telefonla danışmaq və ya hər hansı əlaqə yaratmaq üçün avtomobillə dağlara qalxmağa məcbur qalırlar.

Kənd sakinlərindən olan Mehdi Dağlı deyir ki, bu vəziyyət təhlükəsizlik və sosial təcrid problemi yaradır: “Övladı əsgər olanlar var, telefon danışığı edə bilmirlər. Gərək bunlar özləri dağa çıxanda zəng etsinlər, onda da vaxt düz gəlmir. Problem sadəcə bundan ibarət deyil. Yollarımız, körpülərimiz də bərbad haldadır. Bu kənddə yaşlı sakinlər var, səhhətlərində problem yarananda qalırıq ki, onları xəstəxanaya necə aparaq. Öz hesabımıza dəfələrlə yollarda təmir işləri aparıb, körpüləri düzəltmişik. Amma sonuncu dəfə yağan güclü yağışlar yenidən bütün körpüləri yararsız hala salıb. Dəfələrlə məsələ ilə bağlı müraciətlər etmişik. Lakin heç kim gəlib maraqlanmır, yaxın durmur”. 

Sakinlərin sözlərinə görə, hazırda kənddə cəmi 20-dən bir qədər çox ev qalıb və son bir ildə təxminən 20 ailə buranı tərk edib. Halbuki kənd hələ də tam boşalmayıb. Burada yaşayan insanlar var və onlar gündəlik həyatlarını davam etdirməyə çalışırlar. Əlaqə imkanlarının olmaması kəndin daha da sürətlə boşalmasına səbəb olur və bu kimi yaşayış məntəqələrinin gələcəyini sual altında qoyur.

Məsələ ilə bağlı “Aztelekom” MMC-yə sorğu ünvanladıq. Qurumdan müraciətimizə belə cavab verildi: “Hazırda sözügedən ərazinin relyefinin çətinliyi və təsərrüfat sayının azlığı səbəbindən ərazidə GPON (Giqabit Tutumlu Passiv Optik Şəbəkə) şəbəkəsinin tikintisi həyata keçirilməyib. Lakin sakinlərin istəyi nəzərə alınaraq, “Aztelekom” MMC tərəfindən sözügedən ərazidə “FWA” (sabit simsiz internet bağlantısı) və digər genişzolaqlı texnologiyaların tətbiqi nəzərdə tutulur”. 

Kənd yollarındakı problemlərlə bağlı Xızı rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa cəhd etsək də, telefon zənglərimizə cavab verən olmadı. 

Lamiyə Məmmədova

Fotolar: İlham Mustafayev 





Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:231
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 13 Aprel 2026 10:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see336

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see287

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see282

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see270

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see253

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see249

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see232

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see232

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see217

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see217

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see212

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see209

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see208

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see207

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see207

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see207

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see206

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see200

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see190

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri