Icma.az
close
up
RU
Xocalı azaddır: Qanlı tarixdən qürurlu gələcəyə

Xocalı azaddır: Qanlı tarixdən qürurlu gələcəyə

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Global Panorama" verilişinin yeni buraxılışı yayımlanıb.

Verilişin budəfəki buraxılışı Xocalı faciəsinə həsr olunub.

Bildirilib ki, Xocalıya ədalət tələb etmək xarici siyasətimizin əsas istiqamətlərindən birinə çevrilib. Artıq bir sıra ölkələr tam səviyyədə, bəziləri isə parlament səviyyəsində Xocalı soyqırımını tanıyıb:

"ABŞ-nin 20-dən artıq ştatı Xocalı faciəsini qətliam kimi tanıyan sənəd qəbul edib. 1992-ci il fevralın 25-dən 26-a keçən gecə baş vermiş Xocalı soyqırımı təkcə Azərbaycan xalqına deyil, ümumilikdə bəşəriyyətə, insanlığa qarşı törədilmiş qətliamdır. Həmin gecə Ermənistan Silahlı Qüvvələri Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 Xocalı sakinini qətlə yetirib, 8 ailəni tamamilə məhv edib. 76-ı uşaq olmaqla 487 nəfər yaralanıb. 1 275 nəfər əsir götürülüb. Onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günə qədər naməlumdur".

Qeyd olunub ki, Xocalı faciəsi təkcə Azərbaycan-Ermənistan müharibəsinin nəticəsi deyil, həm də Ermənistanın Azərbaycan torpaqlarında apardığı etnik təmizləmə siyasətinin tərkib hissəsidir:

"Bu faciəni törədənlərin məqsədi təkcə Xocalı şəhərini işğal edib strateji üstünlük əldə etmək deyildi. Məqsəd həm də xalqı qorxu və ümidsizlik içində saxlamaq, onları öz torpaqlarını tərk etməyə məcbur etmək və bölgədə etnik vəziyyəti dəyişmək idi. Xocalıda törədilən vəhşiliklərin lentə alınması erməni qəsbkarlarına bu faciəni ört-basdır etməyə imkan vermədi. Faciənin baş verməsində Ermənistanın hərbi əməliyyatları məqsədli və planlı şəkildə həyata keçirməsi ilə yanaşı, həmin dövrdə beynəlxalq ictimaiyyətin Qarabağda yaşanan hadisələrə biganə yanaşması da böyük rol oynayıb".

Əlavə olunub ki, Xocalı qurbanlarının xatirəsini əbədiləşdirmək və onların haqqını qorumaq Azərbaycan xalqının mənəvi borcudur:

"Bu borcun tam şəkildə ödənilməsi isə yalnız ədalətin bərqərar olması və günahkarların cəzalandırılması ilə mümkün olacaq. Azərbaycan 44 günlük Vətən müharibəsi və bundan 3 il sonra həyata keçirdiyi birgünlük antiterror əməliyyatları nəticəsində ərazi bütövlüyünü bərpa edib, işğal olunmuş bütün şəhər və rayonlarını, o cümlədən Xocalını nəzarətinə keçirib. Bu həm Xocalı soyqırımının unudulmaması və beynəlxalq səviyyədə tanınması uğrunda mübarizənin yeni mərhələsini açıb, həm də bu şəhərə yenidən həyat verilməsinə imkan yaradıb".

Ətraflı Baku TV-nin süjetində:

Xocalı azaddır: Qanlı tarixdən qürurlu gələcəyə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://oxu.az
archiveBu xəbər 26 Fevral 2025 20:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see430

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see336

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see330

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see298

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see246

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see245

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see234

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see214

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see214

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see205

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see201

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see200

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see198

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see197

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see193

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see190

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see183

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see181

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri