Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

Xocalı: İnsanlıq tarixinə yazılmış qanlı gecə

Xocalı: İnsanlıq tarixinə yazılmış qanlı gecə

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımının üzərindən 33 il keçir. Bu qanlı hadisə erməni vandalizminin və qəddarlığının açıq nümunəsidir.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri, Rusiyanın 366-cı motoatıcı alayının dəstəyi ilə Xocalıya hücum edərək şəhəri yerlə-yeksan etdilər. Şaxtalı qış gecəsində şəhəri tərk etməyə çalışan əhali pusquya salındı və amansız qətliama məruz qaldı. Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq və 70 ahıl insan olmaqla 613 nəfər vəhşicəsinə qətlə yetirildi, 1275 sakin girov götürüldü, 8 ailə tamamilə məhv edildi. Hələ də 150 nəfərin taleyindən xəbər yoxdur. Bu faciə yalnız Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı törədilmiş ağır cinayətlərdən biridir. Xocalı 1991-ci ilin oktyabrından blokadada olsa da, əhali şəhəri tərk etmədi, Vətənə sədaqətini və yenilməzliyini nümayiş etdirdi. İllər keçdikcə bu faciənin mahiyyəti daha dərindən dərk olunur, yeni nəsillərə ötürülür və beynəlxalq ictimaiyyətə çatdırılması üçün geniş səylər göstərilir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan tarixinin hər bir səhifəsinin saxtalaşdırılmasının qarşısı alındı və həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ciddi addımlar atıldı. Xocalı soyqırımı ilə bağlı aparılan diplomatik səylər nəticəsində Bosniya və Herseqovina, Çex Respublikası, Meksika, Pakistan, Sudan və digər ölkələrin qanunverici orqanları bu faciəni rəsmi şəkildə tanıyıb. ABŞ-ın 20-dən çox ştatı da Xocalı soyqırımını rəsmən tanıyıb:

"Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu Xocalı həqiqətlərinin beynəlxalq aləmdə tanıdılması istiqamətində sistemli fəaliyyət göstərir. 2008-ci ildə Leyla Əliyevanın təşəbbüsü ilə başlanan “Xocalıya ədalət!” kampaniyası bu işin daha geniş miqyasda həyata keçirilməsinə imkan yaradıb".

Vüqar Rəhimzadə: İşğaldan azad edilən torpaqlarda bu gün genişmiqyaslı bərpa-quruculuq işləri aparılır

Həmsöhbətimizə görə,  Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Xocalı şəhidlərinin qanı yerdə qalmadı. 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələri işğal altındakı torpaqları azad etdi, düşmənin dinc əhaliyə qarşı cinayətləri bir daha ifşa olundu. 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü tam bərpa olundu: 

"İşğaldan azad edilən torpaqlarda bu gün genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Xocalı şəhəri də dirçəlir. 2023-cü ilin mayında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalının ilk sakinlərinə mənzil açarlarını təqdim etdilər. Fevralın 19-da isə dövlət başçısı Xocalı rayonunun Ballıca kəndinə köçən sakinlərlə görüşərək onların doğma yurdlarına qayıdışının əhəmiyyətini vurğuladı. Prezident İlham Əliyev bildirib ki, müharibə bitsə də, Azərbaycan xalqı erməni vəhşiliyini, Xocalı soyqırımını unutmamalıdır. Bu tarixi ədalət daim xatırlanmalı, gələcək nəsillərə ötürülməlidir ki, belə faciələr bir daha təkrarlanmasın".

Son olaraq deputat vurğulayıb ki, Xocalı soyqırımı təkcə Azərbaycanın deyil, bütün bəşəriyyətin yaddaşında qalmalı olan bir faciədir. Azərbaycan dövləti və xalqı bu tarixi həqiqəti beynəlxalq aləmə çatdırmaq üçün bütün imkanlarından istifadə edir. Qəhrəman Azərbaycan Ordusu, xalqın birliyi və dövlətin gücü sayəsində Xocalı şəhidlərinin ruhu rahatlıq tapdı – torpaqlarımız azad edildi və Xocalı şəhəri yenidən həyat qazanmağa başladı. 

Millət vəkili qeyd olunanların fonunda bir daha dövlət başçısı İlham Əliyevin “Müharibə başa çatıb. Bəli, biz deyirik ki, sülh olmalıdır. Ancaq heç vaxt erməni vəhşiliyini, erməni faşizmini unutmamalıyıq. Xocalı qurbanlarını unutmamalıyıq. Gəncə qurbanlarını, digər şəhərlərimizin qurbanlarını heç vaxt unutmamalıyıq və unutmayacağıq. Onların müqəddəs ruhu qarşısında baş əyərək bir daha deyirik ki, onların qanı yerdə qalmadı. Onların yaxınları üçün bəlkə də bu, təsəlli ola bilər. Eyni zamanda, deyirik ki, biz müzəffər xalqıq, biz qalib dövlətik. Erməni faşizmini məğlub etdik. Elə etməliyik ki, erməni faşizmi bundan sonra heç vaxt baş qaldırmasın” çağırışını xatırladıb.

Əli Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:239
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 26 Fevral 2025 14:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see641

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see517

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see466

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see340

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see332

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see317

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see296

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see284

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see273

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see259

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see248

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see240

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see216

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see214

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see213

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see212

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see200

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see198

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see194

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri