Icma.az
close
up
RU
Xocalı cinayətkarları barədə layiqli hökm çıxarılacaq Deputat

Xocalı cinayətkarları barədə layiqli hökm çıxarılacaq Deputat

Icma.az, Modern.az saytına istinadən bildirir.

“Bu gün dünya tarixində insanlığa qarşı ən böyük cinayətlərdən olan Xocalı soyqırımının 33-cü ildönümüdür. Ermənilər tərəfindən törədilmiş bu cinayətin miqyası dəhşətlidir. Faciə zamanı qoca, qadın, uşaq demədən yüzlərlə dinc, günahsız

insan xüsusi qəddarlıqla qətlə yetirilib. Xocalı qətliamının qurbanı olmuş bir çox insanların taleyi isə hələ də məlum deyil”.

Bu fikirləri Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, bu gün dünyanın müxtəlif ölkələrində Xocalı soyqırımına həsr olunmuş tədbirlər keçirilir. Onun sözlərinə görə, tədbirlərdə diaspor təşkilatlarımız da fəal iştirak edirlər: “Mən də Avropada yaşadığım illərdə diaspor fəaliyyəti ilə məşğul olarkən rəhbəri olduğum Avropa Azərbaycanlıları Mərkəzi 2004-cü ilin fevralında Xocalı faciəsinin 12-ci ildönümü ilə bağlı Brüssel şəhərində, Avropa Parlamentinin binasının qarşısında, Şuman meydanı yaxınlığında aksiya keçirmişdi. Tədbirdə Xocalı soyqırımı haqqında Azərbaycan, türk, ingilis, fransız dillərində çıxışlar edildi, Avropa Parlamentinə doğru yürüş keçirildi, faciə ilə bağlı deklarasiyalar ictimaiyyətə paylanıldı. Aksiyada Avropadakı Türk icması da fəal iştirak etdi. Biz bu aksiya ilə yerli ictimaiyyətin diqqətini cəlb edə bilmişdik. Hələ o zaman ən böyük istəyimiz bu idi ki, Xocalı qətliamını törədən canilər öz layiqli cəzalarını alsınlar”

Hazırda erməni cinayətkarlarının Bakıda məhkəməsinin davam etməsinə diqqət çəkən millət vəkili onların arasında Xocalı cəlladlarının da olduğunu vurğulayıb: “30 illik işğal dövründə biz inanırdıq ki, günahsız insanların qatilləri gec-tez ədalət mühakiməsində cavab verəcəklər. Artıq həmin gün gəlib. Məhkəmədə onların törətdiyi dəhşətli cinayətlər açıqlanır. İnanırıq ki, onlar layiq olduğu cəzaları alacaqlar. Onlar üçün ən böyük cəzalardan biri də torpaqlarımızın işğaldan azad edilməsidir. Doğma Qarabağ torpağı bu gün dirçəlir və çiçəklənir. Biz bu torpaqlara əbədi qayıtmışıq. Bu gün Xocalı qurbanlarının, bütün şəhidlərimizin ruhu şaddır”.

Fatma Yıldırım qeyd edib ki, şanlı Ordumuz 44 günlük Vətən müharibəsində Xocalı faciəsi qurbanlarının da qisasını yerdə qoymadı. Bu döyüşlərdə Xocalı qatillərinin bir qismi öz layiqli cəzalarını aldılar. Xocalı şəhəri isə 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror tədbirləri nəticəsində separatçılardan təmizləndi. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində müqəddəs üçrəngli bayrağımızı ucaltdı.

“Xocalı soyqırımının dünyada tanıdılması işi bundan sonra da davam etməlidir. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu baxımdan böyük əhəmiyyət kəsb edir. Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir. Sosial şəbəkələrdə təşviqat, sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar və digər tədbirlər kampaniyanın məqsədlərinə çatmaq üçün istifadə olunan səmərəli vasitələri təşkil edir. “Justice for Khojaly” informasiya portalı ermənilərin Xocalı soyqırımı ilə əlaqədar cinayətkar əməllərinin ifşa olunmasında müstəsna rola malik olan təbliğat platformasıdır. “Xocalıya ədalət” kampaniyasının strateji məqsədləri soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınması, ona hüquqi və siyasi qiymətin verilməsi, Ermənistan hökuməti tərəfindən Xocalı soyqırımına görə rəsmi üzr istənilməsi, bu hadisələrin bir daha törədilməyəcəyinə təminatın verilməsi və vurulmuş ziyana (maddi və mənəvi) görə tam olaraq kompensasiyanın ödənilməsidir. Bundan əlavə, Xocalı soyqırımı barədə dünya ictimaiyyətinin məlumatlılığının artırılması, soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, sağ qalmış ailələrə dəstək göstərilməsi, bu hadisələrin yaddaşlarda yaşaması, xüsusən də gənc nəsil tərəfindən unudulmaması da kampaniyanın əsas məqsədləri sırasındadır. Görülən işlərin nəticəsidir ki, Xocalı soyqırımı bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınıb”. 

Hamımız inanırıq ki, dünya ictimaiyyəti Xocalı şəhərində Azərbaycan xalqına qarşı törədilmiş soyqırımına gec-tez hüquqi qiymət verəcək, bu qanlı cinayətin törədilməsində təqsirkar olanların hamısı barəsində layiqli hökm çıxaracaq - deyə deputat vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://modern.az
archiveBu xəbər 26 Fevral 2025 19:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri