Icma.az
close
up
RU
Xocalı həqiqətlərini bütün dünya qəbul etməlidir Yeni Gündəm

Xocalı həqiqətlərini bütün dünya qəbul etməlidir Yeni Gündəm

Icma.az xəbər verir, Yenigundem saytına əsaslanaraq.

Bir il bundan öncə, 2024-cü il 26 fevral tarixində ilk dəfə olaraq Xocalı soyqırımı qurbanlarının xatirəsi artıq işğaldan azad olunmuş Xocalı şəhərində anıldı. Həmin gün Ölkə Prezidenti cənab İlham Əliyev Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlini qoydu. Rayon ictimaiyyəti ilə keçirdiyi görüşündə möhtərəm dövlət başçımız xüsusilə vurğuladı ki, əslində bu kompleksin layihəsi çoxdan hazır idi. Hətta onun inşası üçün Bakıda, Xocalı soyqırımı abidəsinin yanında yer də seçilmişdi. Lakin məhz cənab Prezident İlham Əliyevin uzaqgörənliyi bu layihənin icrasını hər dəfə təxirə salırdı. Çünki dövlətimizin başçısı bilirdi ki, zaman gələcək və biz bu torpaqlara mütləq qayıdacağıq. Cənab Prezident 2003-2020-ci illər ərzində ölkənin bütün potensialını məhz bu məqsədə çatmaq üçün səfərbər etmiş, özünün bütün fəaliyyətini bu istiqamətə yönəltmişdi. 2020-ci ilin sentyabr-noyabr ayları ərzində aparılan Vətən müharibəsi 17 il ərzində həyata keçirilən hazırlıq işlərinin möhtəşəm nəticəsi oldu.
Qeyd etmək lazımdır ki, əksər böyük dövlətlərin, beynəlxalq təşkilatların Xocalı faciəsinə biganə qalmaları dünya miqyasında misilsiz riyakarlıq nümunəsidir. Cənab Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycanın dünyaya ünvanladığı “Xocalıya ədalət!” çağırışı təəssüflər olsun ki, uzun müddət cavabsız qaldı. Bu gün dövlətimizin gərgin səylərinin nəticəsi olaraq 18 ölkə bu qanlı faciəni soyqırımı kimi tanısa da, bu ölkələrin arasında böyük dövlətlərin adları yoxdur. Həmçinin əksər beynəlxalq təşkilatlar da bu faciəyə biganə qalmışlar. Halbuki, Azərbaycan dövləti də, ictimai təşkilatllar da, xaricdə yaşayan soydaşlarımız da Xocalı soyqırımını dünyaya tanıtdırmaq üçün çox böyük səylər göstərmişlər. Əlbəttə ki, bu istiqamətdə Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi qeyd olunmalıdır. Məhz Heydər Əliyev Fondunun xətti ilə geniş vüsət almış “Xocalıya ədalət!” kampaniyası çərçivəsində dünyanın müxtəlif ölkələrində bir çox tədbirlər, təqdimatlar həyata keçirilmiş, kitablar, məqalələr dərc edilmiş, sərgilər təşkil olunmuşdur. Lakin o illərdə də, bu gün də ermənilərin xarici ölkələrdə olan riyakar himayədarları bu qanlı faciəni törətmiş cinayətkarların cəzasız qalmaları üçün əllərindən gələni edirlər. Buna görə də Azərbaycan sonda ədaləti özü bərpa etməli oldu. İkinci Qarabağ müharibəsi nəticəsində 30 il işğal altında olan torpaqlarımızın böyük hissəsi azad edildi, müvəqqəti işğal altında qalan digər ərazilər isə 2023-cü ilin sentyabr ayında düşməndən tamamilə təmizləndi.
2023-cü ilin oktyabr ayında Xocalıda, Xankəndidə və digər ərazilərimizdə cənab Prezident İlham Əliyev tərəfindən Azərbaycan bayrağının ucaldılması erməni separatizminin nəfəsini kəsən son addım oldu. Möhtərəm dövlət başçımız öz çıxışında birmənalı olaraq bildirdi ki, Xocalısız, Xankəndisiz Azərbaycanın qələbəsi heç zaman tam sayıla bilməzdi. Çünki Xocalı faciəsi Azərbaycan xalqının qəlbində o qədər böyük yaralar salıb ki, bu şəhər azad olunmadan biz sakitləşə bilməzdik. Nəhayət 2023-cü il oktyabrın 15-də Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Xocalıda Azərbaycan Bayrağını qaldırdı. Bu, erməni faşizminin və separatizminin Azərbaycan torpaqlarında bundan sonra bir daha baş qaldıra bilməyəcəyinə dair bütün dünyaya göndərilən bir mesaj oldu. Bu gün isə, artıq Xocalıda da işğaldan azad edilmiş bütün digər ərazilərimizdə olduğu kimi, möhtəşəm abadlıq-quruculuq işləri böyük vüsətlə həyata keçirilir. Azərbaycan xalqı öz torpaqlarına əbədi qayıdıb və bu reallığı artıq heç bir xarici qüvvə dəyişə bilməz.

Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:74
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 24 Fevral 2025 13:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri