Icma.az
close
up
RU
Xocalı kompleksinin verdiyi 3 mesaj Azay Quliyevin şərhi

Xocalı kompleksinin verdiyi 3 mesaj Azay Quliyevin şərhi

Icma.az xəbər verir, Azvision saytına əsaslanaraq.

Birinci mesaj:
Məlum oldu ki, Kompleksin layihəsi müharbədən əvvəl hazır imiş və onun Bakıda inşa olunması planlaşdırılmışdı. Lakin Prezidentin inamı bu abidənin azad Xocalıda qurulacağına idi və bu inam özünü doğrultdu. Həqiqətən, memorial Bakıda açılsa idi, bu daha çox simvolik xarakter dayışacaqdı, lakin bunun məhz Xocalıda açılması, faktiki suverenliyimizin və qələbəmizin mənəvi tamamlanması oldu. Uzun illər Heydər Əliyev Fondunun Vitse-prezidenti Leyla Əliyevanın təşkilatçılığı ilə xalqımızın Xocalıya tələb etdiyi ədalət əvvəl döyüş meydanında, sonra Baki Hərbi Məhkəməsində və nəhayət bu, soyqırım kompleksini azad edilmiş Xocalıda inşa etməklə bərqərar edildi.
İkinci mesaj:

Biz Xocalı soyqırımını heç vaxt unutmamalıyıq. Bu, Kompleks Xocalı soyqırımını heç vaxt unutdurmayacaq. Bəli, biz Ermənistan dövlətinin xalqımıza qarşı törətdiyi vəhşiliklərini heç vaxt unutmamalıyıq. Öz tariximizi heç vaxt unutmamalıyıq, ayıq olmalıyıq.
Həqiqətən, tarix dəfələrlə sübut edib ki, unutqanlıq, xüsusilə, erməni kimi qonşularımıza münasibətdə həmişə bizim üçün faciələrlə nəticələnib.
Üçüncü mesaj:
Güclü olmaq və düşməni qorxu altında saxlamaq sülhün təminatıdır. Prezidentin bildirdi ki, Ermənistan 44 günlük savaşda məğlub edildikdən sonra ona dəfələrlə xəbərdarlıq edildi ki, heç kimə, o cümlədən Qarabağda olan xarici ölkənin hərbçilərinə güvənməsin, separatizmə və xunta rejiminə son qoysun. Lakin Ermənistan buna məhəl qoymadı, nəticədə, Azərbaycan güc yolu ilə Qarabağdakı hərbi xuntanı və separatizmi məhv etdi.
Yəni, Ermənistan yenə də gücə tabe oldu. Ona görə də biz bundan sonra da o qədər güclü olmalıyıq ki, heç kim bizim torpaqlarımıza bir daha göz dikməsin. Hamımız yaxşı bilirik ki, biz Ermənistanı yalnız güc yolu ilə sülhə məcbur etmişik. Əlbəttə, Azərbaycan bölgədə sülhün və əmin-amanlığın əbədi olmasını istəyir və bunun üçün hər şeyi edir.Lakin Ermənistan və ya dünya ermənliyi haqqında bunu demək mümkündür? Xeyir, mümkün deyil.
Təkcə, bu günlərdə Britaniyada Erməni Milli Komitəsinin Parlamentdə 7 üzvü təsir altına alaraq qondarma “Dağlıq Qarabağda mədəni irsin dağıdılması” ilə bağlı araşdırma aparmağa başlaması göstərir ki, ermənilər hələ də ölkəmizə qarşı ərazi iddialarından imtina etməyiblər.
Ümid edirik ki, Azərbaycana dost olan Britaniya hökuməti və parlamenti bu təxribatın qarşısını vaxtında alacaq və bu məkrli planın icrasına imkan verməyəcək.
Bu hadisə bir daha sübut edir ki, cənab Prezidentin dediyi kimi, biz elə gücdə olmalıyıq ki, Ermənistan və dünya erməniliyi Azərbaycana qarşı növbəti dəfə təcavüz etməyi ağlına belə gətirməsin.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://azvision.az
archiveBu xəbər 27 Fevral 2026 22:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see276

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see259

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see257

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see243

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see237

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see236

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see235

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see232

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see227

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see222

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see221

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see210

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see209

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see205

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see205

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see200

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see198

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see193

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün

29 Noyabr 2026 04:04see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri