Icma.az
close
up
RU
Xocalı: qanın yerdə qalmadığı TARİX Əkbər Qoşalı yazır

Xocalı: qanın yerdə qalmadığı TARİX Əkbər Qoşalı yazır

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xocalı - bir şəhərin, bir gecənin adı olmaqdan çoxdan çıxıb. Xocalı, Azərbaycan xalqının yaddaşında yarımçıq qalmış ədalətin, səbrin, dözümün və nəhayət, Zəfərin adıdır. Otuz ildən artıq bir zaman boyu Xocalı adı çəkiləndə dünya vicdanı susdu, beynəlxalq hüquq lal oldu. Amma Azərbaycan susmadı, xocalılılar olmadı.

Və səbr Dəmir Yumruğa çevrildi!..

1992-ci ilin fevralında Xocalıda törədilənləri bir müharibə epizodu kimi yazmaq tarixə və hər şeyə, Yerə-Göyə, Xocalı sözünə, Azərbaycanın özünə haqsızlıq olar - bu, mülki əhaliyə qarşı məqsədli şəkildə həyata keçirilmiş soyqırımı idi. Qadınların, uşaqların, ahılların qətlə yetirilməsi, ailələrin bütövlükdə məhv edilməsi insanlıq anlayışının, hətta müharibə qavramının özünün belə sərhədlərini aşan vəhşilik idi. Bu faciə təkcə Azərbaycan xalqına qarşı törədilməmişdir - Xocalı Soyqırımı bəşəriyyətin özünə qarşı törədilmiş cinayət idi.

Tarixdə bir həqiqət var: ədalət gecikə bilər, ancaq qətiyyən itməz! - Haqq incəlsə də, üzülmür!

Azərbaycan dövləti illər boyu Xocalı həqiqətlərini beynəlxalq tribunalara daşıdı, sənədlərlə, faktlarla, sübutlarla danışdı. “Xocalıya ədalət!” çağırışı sadəcə bir şüar olmadı - çünki, hüquqi, mənəvi və tarixi bir tələb idi. Və bu tələb cavabsız qala bilməzdi! Bəndələr sussa da, Yaradan susmazdı, əlbəttə! Böyüklü-balacalı neçə-neçə dövlət Xocalıya kor olsa da, Azərbaycan dövləti, Azərbaycanın və haqqın-ədalətin dostları gözüaçıqdır. Yoxsa, biz hamımız bu dünyadan gözü açıq, əli uzanıqlı gedərdik…

2020-ci ilin 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının torpaqları ilə birgə, ləyaqətini, tarixi ədalətini və milli qürurunu da geri qaytardı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu sübut etdi ki, Xocalı qurbanlarının qanı yerdə qalmayıb. Bu, qisasdan üstün hadisəydi - tam da ədalətin təntənəsi idi.

Eləcə də, 2023-cü ildə Xocalıda Azərbaycan Bayrağının ucaldılması sadəcə hərbi-siyasi hadisə sayılsa qüsur olardı.

Çünki o gün tarixin düzəlməsi, köklənməsi, formatlanması baş verirdi. Bu, şəhidlərin ölmədiyini, vətənin bölünmədiyini bir daha göstərdi. Bu, “unutmadıq, bağışlamadıq və də qalib gəldik!” nidasının özüydü.

Budur, 26.02.2026-cı ildə daha bir simvolik tarix yazıldı.

Müzəffər Ali Baş Komandanın iştirakı ilə Xocalıda Soyqırımı Memorialının açılışı oldu. Bu, dövlətin öz yaddaşına yiyə durmasının, tarixini daşda və yaddaşda əbədiləşdirməsinin təntənəsidir. Bu, şəhidlərin adının rəsmi və əbədi şəkildə milli yaddaş kitabına həkk olunmasıdır.

Memorial - kiminçünsə susqun daş ola bilər, amma bizimçün danışan tarixdir. O, gələcək nəsillərə ünvanlanmış xəbərdarlıqdır. O, dünya vicdanına yönəlmiş sualdır: “Yenəmi susacaqsınız?”

Bu gün Xocalıya həyat qayıdır. Dağıdılmış evlərin yerində yeni evlər, sükutun yerində uşaq səsi, xarabalığın yerində quruculuq var. Memorial komplekslər ucaldılır, yollar çəkilir, kəndlər dirçəlir. Xocalı artıq dirçəlişin və qələbənin simvoludur.

Biz yaddaşı nifrətə çevirmədik, acıdan güc yaratdıq, faciəni qalibiyyətlə tamamladıq. — Bax, Azərbaycanın bu gün dünyaya verdiyi ismarıc budur.

Xocalı - ağrı ilə başlayan, qalib dövlət iradəsi ilə tamamlanan bir tarixin də adıdır. Bu tarix göstərdi ki,
haqq gec gələ, yavaşıya bilər… amma mütləq gələr! - Əlbəttə, güclü dövlət, Dəmir Yumruq, birliyini itirməyən xalq və şanlı ordu varsa...

Dövlətimiz zaval görməsin!

Bakıvaxtı.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:169
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 26 Fevral 2026 17:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri