Xocalı sakini: Sanki bütün bu illərin yükü üstümdən götürülüb
Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.
Torpaq müqəddəsdir, yurd şirindir. 33 il əvvəl torpağımızı, yurdumuzu itirdik, məcburi köçkün olduq. Ötən illər torpaq itkisi, yurd həsrəti ilə yaşadıq. Bu gün həsrətində olduğumuz torpaqlara qovuşuruq. Qəlbimdə sevinc hissi ilə yanaşı, bir rahatlıq da var. Sanki bütün bu illərin yükü üstümdən götürülüb.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Xocalının Badara kəndinə köç edən keçmiş məcburi köçkün Əliağa Mürsəlzadə deyib.
“Bəli, biz artıq məcburi köçkün deyilik, doğma torpaqlarımızdayıq. Bunun üçün Prezidentimizə, Ordumuza təşəkkürümü bildirirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərə cansağlığı versin”, - deyə o əlavə edib.
Bu mövzuda digər xəbərlər:Maşınla az qala üstümdən keçirdi
01 Oktyabr 2025 13:45
Xocalı sakini Ağdərədə minaya düşdü
26 Aprel 2026 14:23
Xocalı sakini: Bizə hər şərait yaradılıb
19 İyul 2025 16:27
Xocalı sakini: Onilliklərdir arzuladığımız günü yaşayırıq
19 Mart 2026 07:09
Xocalı dərdi Xocalı dərsi
26 Fevral 2025 08:49
Baxış sayı:168
Bu xəbər 22 Dekabr 2025 16:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















