Icma.az
close
up
RU
Xocalı soyqırımı Azərbaycan tarixinin ən dəhşətli səhifələrindəndir SORĞU

Xocalı soyqırımı Azərbaycan tarixinin ən dəhşətli səhifələrindəndir SORĞU

Sia Az saytına istinadən Icma.az xəbər verir.

Məlumdur ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum etmişlər. Əvvəlcə şəhər dörd tərəfdən erməni qoşunları tərəfindən əhatə olunmuş, sonra isə Xocalıya artilleriya və ağır hərbi texnikadan güclü və amansız atəş açılmış, az bir vaxt ərzində şəhərdə yanğın baş vermiş, şəhər tamamilə alova bürünmüşdür. Şəhərin müdafiəçiləri və yerli əhali buranı tərk etməyə məcbur olmuşlar. Fevralın 26-sı səhər saat 5-ə kimi şəhər erməni işğalçıları tərəfindən zəbt edilmişdir. Bir gecənin içərisində qədim Xocalı yerlə-yeksan edilmişdir. SİA mövzu ilə bağlı Qeyri Hökumət Təşkilatlarının sədrləri arasında sorğu edərək onların fikirlərini öyrənib.

"Ailə Dünyası" Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri Gülayə Səfərova: "1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Respublikasının hərbi birləşmələri, Qarabağdakı terrorçu dəstələri və keçmiş sovet ordusunun Qarabağda yerləşən 366-cı motoatıcı alayı tərəfindən törədilmiş Xocalı soyqırımı Azərbaycan tarixinin ən dəhşətli səhifələrindəndir. Bu müsibətdən 33 il keçsə də erməni faşistlərinin və onların havadarlarının Xocalı şəhərini yerlə yeksan etməsi, 613 nəfər dinc əhalimizin, o, cümlədən 63 uşağı, 106 qadını, 70 qocanı xüsusi amansızlıqla və işgəncə ilə öldürməsi, yüzlərlə dinc sakinlərimizi ağır yaralaması, 1275 nəfəri girov götürməsi bizim qan yaddaşımıza elə həkk olunub ki, heç vat ordan silinməyəcək.

Dünya Xocalı qətlamına layiqli hüquqi və siyasi qiymət verməsə də ikinci Qarabağ savaşında Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz Ermənistana layiq olduğu yeri göstərdi və düşmən üzərində parlaq qələbə qazanaraq doğma torpaqlarımızı işğaldan azad edərək Xocalıların, eləcə də şəhidlərimizin qisasını aldı".

“Kamillik Vətəndaşların Hüquqi Maarifləndirilməsi” İctimai Birliyinin sədri Niyaz Niftiyev: "Dövlət və millət olaraq Xocalı soyqırımının unudulmaması üçün əlimizdən gələni edirik. Bunun ən bariz nümunəsi torpaqlarımızın işğaldan azad olunmasıdır. Əlbəttə ki, bu qələbə bizə keçmişdə yaşadıqlarımızı unutdurmamalıdır. Bu gün Xocalı şəhəri və ümumilikdə işğada olan torpaqlarımız da Xocalıda soyqırıma məruz qalan insanlarımızın ruhları kimi azad olub.

Bundan sonra nə etməliyik sualının cavabı elə də çətin deyil. Davamlı təbliğat Xocalı qurbanlarınını unutdurmamağımızın əsas qayəsi olmalıdır. Biz bunu hər il fevral ayında ölkədə müxtəlif vasitələrlə edirik. Məktəblərdə, idarə və müəssisələrdə, xüsusən də mediamızda qurulan təbliğat zamanı insanlara çatdırırıq.
Əlbəttə, bu yetərli deyil. İlk növbədə dünyada yaşayan azərbaycanlılar bu missiyanın əsas aparıcı qoluna çevrilməlidirlər. Yaşadıqları ölkələrdə siyasi elitanı, parlamentariləri prosesə cəlb edərək 1992-ci ilin 26 fevralında yaşananları, yüzlərlə köməksiz insanın necə amansızcasına qətlə yetirildiyini bəyan etməlidirlər. Bunun üçün də kifayət qədər sənəd-sübut, foto, video-görüntü, ermənilərin özlərinin etirafları var. Bu faktlardan istifadə edərək yaşadığımız acıların səbəbkarlarını açıq mətnlə ifadə etməliyik".

"Vətəndaş Maarifləndirilməsi" İctimai Birliyinin sədri Elşad Məmmədli: "Xocalı soyqırımı dünya durduqca Ermənistanın və erməni xalqının üzərində vəhşilik, barbarlıq nümunəsi kimi, qara ləkə kimi qalacaq. Əlbəttə, heç zaman o da unudulmayacaq ki, bu soyqırımı ermənilər Rusiyanın 366-cı alayının köməyi ilə törədib.
Xüsusi olaraq qeyd edim ki, Xocalı soyqırımına Qərb, Avropa coğrafiyasında ədalətsiz bir mövqe tutulması onların da üz qarasıdır. Bu, ikili standartların bariz nümunəsidir. Hazırda bəzi anormal siyasi dairələr məlum antiterror əməliyyatlarından, separatçı rejimin məhvindən sonra ermənilərin könüllü şəkildə Qarabağdan köçüb getməsinə dair çığır-bağır salır, bundan ölkəmizə qarşı eybəcər bir təzyiq kimi istifadə etməyə çalışırlar. Hansı ki, bu qüvvələr Xocalı faciəsi kimi dəhşəti görməzdən gəlirdilər.

Qeyd etmək yerinə düşər ki, "Xocalıya Ədalət" kampaniyası soyqırım həqiqətlərinin dünyaya çatdırılması istiqamətində olduqca mühüm bir proses oldu.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə Qarabağ tamamilə azad olundu, suverenliyimiz, ərazi bütövlüyümüz bərpa olundu. Müzəffər Ordumuz şəhidlərimizin, Xocalı soyqırımının qisasını döyüş meydanında, mərdliklə aldı.

Bu gün Xocalıda da üçrəngli bayrağımız dalğalanır, xocalılılar öz doğma yurdlarına dönürlər. Həmçinin, Xocalı faciəsimin təşkilatçıları və iştirakçılarının bir qismi həbs olunub, Bakıda mühakimə olunurlar. Onların bəzilərinə artıq hökm oxunub, bəzilərinin üzərində məhkəmə prosesi davam edir.

Azərbaycan xalqı Xocalı soyqırımını heç zaman unutmayacaq, onu törədilməsində iştirak edənlərin hamısının cəzalandırılması üçün gərəkən bütün addımları atacaq".

“Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri, Mətbuat Şurası Nəzarət-Təftiş Komissiyasının katibi Nadir Azəri: “Xocalı faciəsi təkcə xocalıların deyil, ümumilikdə Azərbaycan xalqının taleyində qara, kədərli iz buraxıb.

Məsələn, mən uzun illərdir ki, doğum günümü qeyd edə bilmirəm. Çünki mən 1973-cü il fevralın 26-da anadan olmuşam və Xocalı faciəsi baş verəndən sonra heç vaxt doğum günümü təmtəraqla, sevinc hissi ilə qeyd etməmişəm”.
QHT sədri bildirib ki, ümumilikdə ermənilər zaman-zaman Azərbaycan xalqına qarşı misilsiz vəhşiliklər, soyqırımları törədiblər: “1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin keçmiş sovet ordusunun, əslində isə Rusiyanın Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin iştirakı ilə Xocalıda xalqımıza qarşı həyata keçirdiyi soyqırımı ümumilikdə bəşəriyyət qarşı törədilmiş qanlı cinayətdir. Mən bu dəhşətli cinayətin statistik və mənəvi baxımdan dəyərləndirilməsinə toxunmadan bir vacib məqami qeyd etmək istəyirəm. Bəli, biz uzun illər bu faciənin yaraları, işğalda olan torpaqlarımızın həsrəti ilə qovrulduq. Lakin indi şərtlər dəyişib. Biz artıq məğlub deyil, qalib xalqıq. Bu gün Xocalı azaddır, bu gün bütün Azərbaycan torpaqları Ermənistanın işğalından azad edilib və əminik ki, 33 il əvvəl Xocalıda misli görünməmiş cinayət törədən erməni caniləri, o cümlədən onları bu cinayətə sövq edən, dəstək verən bəlli qüvvələr öz layiqli cəzalarını alacaqlar. Buna kimsənin şübhəsi olmasın. Çünki artıq 1990-cı illərin Azərbaycanı yoxdur. Bu gün müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qalib Azərbaycan dövləti və xalqı var”.

"Ortaq Dəyərlər" İctimai Birliyinin sədri Aqil Camal: "33 il öncə Xocalıda Azərbaycan xalqına və bütövlükdə insanlığa qarşı həyata keçirilmiş soyqırım aktının bundan sonrakı dövrdə hansı formada yad olunması ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Çünki 44 günlük Vətən müharibəsi və ondan sonra həyata keçirilən antiterror tədbirlərindən sonra Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam təmin etdi. Bu baxımdan cəmiyyətdə bəzən müzakirələr olur ki, biz bundan sonra qalib xalq olaraq 20 Yanvar faciəsini, və yaxud da Xocalı soyqırımının anımlarını necə keçirməliyik.

Mən hesab edirəm ki, müharibədə qazandığımız qələbə, eyni zamanda ərazi bütövlüyümüzü, suverenliyinimizi təmin etməyimiz bu faciələrin ildönümlərinin qeyd olunmasında hər hansı təsir göstərməməlidir. Biz 1918-ci ildə yaşadığımız soyqırımı unutduğumuz üçün sonrakı dövrlərdə Azərbaycan xalqının başına nə qədər bəlalar gəldi. Bu baxımdan heç nəyə baxmadan növbəti illərdə də bu ildə və gələcək illərdə də Xocalı soyqırımının anım tədbirləri ənənəvi qaydada davam etdirilməlidir.

Bundan başqa, hal-hazırda bilirsiniz ki, Bakı şəhərində böyük bir tarixi məhkəmə keçirilir və bu məhkəmədə Azərbaycan xalqına qarşı, Azərbaycan dövlətinə, ərazi bütövlüyünə qarşı Qarabağda fəaliyyət göstərmiş terrorçu separatçı rejimin təmsilçiləri mühakimə olunur. Yəqin ki burada Xocalı soyqırımında iştirakı ilə bağlı şəxslərin fəaliyyətinə də işıq salınacaq və yeni faktlar ortaya çıxarılacaqdır. Hesab edirəm ki, bu məhkəmədə də üzə çıxarılan faktların beynəlxalq ictimaiyyətə təqdim olunması Xocalı soyqırımına münasibətdə Xocalı soyqırımının tanıdılması istiqamətində daha əlverişli imkanlar yaradacaqdır".

Ayşən Vəli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://sia.az
archiveBu xəbər 21 Fevral 2025 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see169

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see149

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see139

Kreml Tramp Putin danışıqlarını dəyərləndirib

16 Oktyabr 2025 23:31see137

Tramp Putinə təzyiqləri artırmağa hazırdır Britaniyalı ekspert

16 Oktyabr 2025 18:31see135

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see134

Yanacaqdoldurma məntəqələri benzini qatqılarla kəsməyə başlayıb...

16 Oktyabr 2025 18:26see133

“Trampla 2 saatlıq danışıq zamanı Putin Moskvanın sülhün əldə edilməsində maraqlı olduğunu vurğulayıb” Uşakov

16 Oktyabr 2025 23:19see131

Tramp: Hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün ən münasib vaxt deyil

17 Oktyabr 2025 03:21see129

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see127

Finlandiyalı aktyor İsa Məsih obrazını canlandıracaq...

16 Oktyabr 2025 22:45see127

Tramp: ABŞ Tomahawk raketlərinin ehtiyatlarını tükədə bilməz

17 Oktyabr 2025 01:09see126

Orban Putin Tramp görüşü barədə: Biz hazırıq!

17 Oktyabr 2025 04:35see126

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see123

Səhiyyə Nazirliyində İsrailin ölkəmizdəki səfiri ilə görüş keçirildi FOTO

16 Oktyabr 2025 16:50see122

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see120

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see119

Rusiya 4 bölgə üzərində 23 Ukrayna PUA sını vurub

17 Oktyabr 2025 04:22see119

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see118

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri