Icma.az
close
up
RU
Xocalı soyqırımı: qisas qiyamətə qalmadı

Xocalı soyqırımı: qisas qiyamətə qalmadı

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

XX əsrin sonlarında baş vermiş Xocalı soyqırımı bütün bəşəriyyətin yaddaşında silinməz iz qoymuşdur. Həmin gecə dinc sakinlərə qarşı həyata keçirilən hücum öz qəddarlığı ilə dünya tarixində nadir hallarda rast gəlinən vəhşilik nümunəsi olmuşdur.Ümummilli Lider Heydər Əliyev Xocalı soyqırımını belə xarakterizə etmişdir: “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Xocalı faciəsi - Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır - vəhşiliyin görünməmiş təzahürüdür”.1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş Sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etmişdir. Dinc əhaliyə qarşı misli görünməmiş qəddarlıqla divan tutulmuşdur. Şəhəri tərk edən əhali pusquya salınmış, qadın və uşaqlar dağlarda donvurma nəticəsində həlak olmuşdur. Hücum zamanı şəhərdə qalan əhali əsir götürülmüş, bir çoxu xüsusi qəddarlıqla öldürülmüşdür. Rəsmi rəqəmlərə görə, 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın, 70 ahıl həyatını itirmişdir. 8 ailə tamamilə məhv edilmiş, 56 nəfər xüsusi qəddarlıqla öldürülmüşdür. İşğal nəticəsində Xocalı şəhəri xarabalığa çevrilmiş, 3200 fərdi yaşayış binası, 105 sosial-məişət obyekti, 14 məktəb, 21 klub, 29 kitabxana, 3 mədəniyyət evi və 1 tarix-diyarşünaslıq muzeyi dağıdılmışdır. Şəhərdə XIV–XV əsrə aid türbələr, günbəzlər və məzarlar yerlə-yeksan olunmuşdur.

Xocalı soyqırımı bir çox ölkələr tərəfindən parlament aktları ilə tanınmışdır. Bu ölkələr arasında Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya, Əfqanıstan və Bolqarıstan vardır. ABŞ-ın 24 ştatı da Xocalı soyqırımını tanımışdır.
20 noyabr 2012-ci il tarixində Cibutidə keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu sessiyasında Xocalıda törədilmiş cinayətləri soyqırımı kimi tanıyan qətnamə qəbul edilmişdir. 2013-cü ilin fevral ayında Misirin Qahirə şəhərində keçirilən İƏT İslam Zirvə Konfransının 12-ci sessiyasında qəbul olunan Yekun Kommünikedə üzv dövlətlər Xocalı soyqırımının tanınması istiqamətində zəruri səylər göstərməyə çağırılmışdır.
Hazırda xarici ölkələrdə Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış 10 abidə mövcuddur. Bu abidələr həm faciənin xatirəsini yaşadır, həm də dünya ictimaiyyətinə Xocalının tarixi əhəmiyyətini çatdırır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyev tərəfindən 2008-ci ildə başlanan “Xocalıya Ədalət” kampaniyası dünya ictimaiyyətini Xocalı soyqırımı haqqında məlumatlandırmaq və qurbanların xatirəsini yaşatmaq məqsədini daşıyır. Kampaniya 100 minlərlə insan və 115 təşkilat tərəfindən dəstəklənir. Sərgilər, konfranslar, seminarlar, sosial şəbəkələrdə təşviqat və digər tədbirlər vasitəsilə faciə haqqında ətraflı məlumatlar verilir.
2020-ci ilin Vətən müharibəsində Azərbaycan Ordusu 30 ilədək müddətdə işğal altında qalan torpaqları azad edib. 44 günlük müharibədə Prezident, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuz Xocalı qurbanlarının da qisasını alıb. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusu Xocalını separatçılardan təmizləyib. Dövlətimizin başçısı İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.
Hər il fevralın 26-sı “Ana harayı” abidəsi önündə minlərlə insanın iştirakı ilə anım mərasimi keçirilir. 2022-ci ildə Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Bakıda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə ümumxalq yürüşü keçirilmişdir. Bu yürüşdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, dini konfessiyaların başçıları və siyasi partiyaların nümayəndələri iştirak etmişdir.
2024-cü il fevralın 26-də Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin təməlqoyma mərasimi baş tutmuşdur. Kompleks Xocalının tarixi, coğrafi mövqeyi və bu faciə haqqında məlumatları əks etdirəcək, həmçinin rayonun maketi memorialın bir hissəsi olacaqdır.
2026-cı il yanvarın 19-dək Xocalı şəhəri və kəndlərinə 881 ailə (3602 nəfər) köçürülmüşdür. Məqsəd burada həyatın normal qaydada bərpasını təmin etmək, şəhidlərin xatirəsini yaşatmaq və Xocalı soyqırımı haqqında həqiqətləri gələcək nəsillərə ötürməkdir.

Heydər Əsədov
Milli Məclisin deputatı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:188
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 24 Fevral 2026 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see344

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see340

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see339

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see301

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see293

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see291

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see288

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see278

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see277

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see269

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see268

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see235

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see225

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see225

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see222

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri