Icma.az
close
up
RU
Xocalı soyqırımının 33 cü ildönümü: Qisas qiyamətə qalmadı!

Xocalı soyqırımının 33 cü ildönümü: Qisas qiyamətə qalmadı!

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Fevralın 25-də 168 nömrəli tam orta məktəbin akt zalında Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş “Qisas qiyamətə qalmadı!” başlıqlı tədbir keçirilib.

Modern.az xəbər verir ki, tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov, RİH başçısı Aparatının və YAP Pirallahı rayon təşkilatının məsul əməkdaşları, Xocalı rayon sakinləri, eləcə də rayon ərazisində fəaliyyət göstərən səhiyyə, təhsil, mədəniyyət və sənaye müəssisələrinin rəhbər heyəti və nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları məktəbin foyesində Xəzər Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 №-li filialı tərəfindən təşkil olunan kitab sərgisinə baxış keçirib.

İlk öncə Ulu Öndər Heydər Əliyevin, Xocalı soyqırımı qurbanlarının və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, mövzu ilə əlaqədar video-çarx nümayiş olunub.

Tədbirdə çıxış edən Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov bildirmişdir ki, erməni-rus hərbi birləşmələri tərəfindən törədilmiş Xocalı soyqırımı XX əsrin ən qanlı hadisələrindəndir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilən kütləvi qətl hadisəsi, Ermənistanın işğalçılıq siyasətinin nəticəsində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş cinayətlərin ən dəhşətlisi idi. Həmin gecə erməni silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarını pozaraq Xocalı şəhərinin dinc əhalisinin üzərinə ağır hərbi texnika yeridib, onlara misli görünməmiş qəddarlıqla divan tutub, şəhər yerlə-yeksan edilib. Nəticədə 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 nəfər dinc azərbaycanlı amansızcasına qətlə yetirilib, 1275 nəfər əsir götürülüb. Xocalı bütün dünyanın gözü qarşısında baş vermiş ən böyük cinayətdir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uğurlu siyasəti və Şanlı ordumuzun əzmi sayəsində 44 günlük Vətən Müharibəsi və antiterror əməliyyatı nəticəsində qazanılan Zəfərlə Xocalı şəhidlərinin qisası alındı. Bu gün bizim hər birimizi xoşbəxt edən, şəhidlərimiz, Soyqırım qurbanlarımız qarşısında başımızı uca edən nüanslardan biri də Qarabağımızda qondarma dövlət quran, qanunsuz şəkildə torpaqlarımızı talan edən cinayətkarların - Ruben Vardanyan, Araik Arutyunyan, Bako Saakyan, Arkadi Qukasyan, David İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və başqalarının cinayət məsuliyyətinə cəlb olunması olduğunu vurğulayan natiq, qeyd etmişdir ki,  bugünkü tədbirimiz yalnız keçmişin xatirəsi deyil, həm də gələcəkdə belə bir faciənin təkrarlanmasına imkan verməmək üçün hər birimizin üzərinə düşən vəzifələri dərk etməyin çağırıb.

Daha sonra Dövlətqaçqınkomun Xəzər rayon sektorunun baş məsləhətçisi İlqar Məmmədov çıxış edərək bildirmişdir ki, Xocalı soyqırımına siyasi qiymətin verilməsi Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun təşəbbüsü ilə 1994-cü ildə Milli Məclis hər il fevralın 26-sının “Xocalı soyqırımı günü” kimi yad olunması barədə qərar, 1995-ci ildə dünya parlamentlərinə və beynəlxalq təşkilatlara Xocalı soyqırımı ilə bağlı müraciət qəbul edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Xocalı soyqırımının bütün dünyada tanıdılması, Azərbaycan reallıqlarının dünyanın hər yerinə yayılması, beynəlxalq aləmin bu faciədən xəbərdar olması istiqamətində çoxşaxəli işlər görmüşdür. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” kampaniyası dünyanın bir çox ölkələrində keçirilib.

186 №-li tam orta məktəbin müəllimi Həcər Ramazanova çıxışında qeyd etmişdir ki, Azərbaycan xalqı həmişə Xocalı soyqırımı qurbanlarının xatirəsini əziz tutur, soyqırım qurbanlarının şərəfinə ucaldılan “Ana harayı” abidəsini ziyarət edir, xalqımıza qarşı törədilmiş bu qətliamın ideoloqlarını, təşkilatçılarını və icraçılarını nifrətlə lənətləyib.

Tədbirin sonunda məktəblilərin ifasında Xocalı soyqırımına həsr olunmuş şerlər və kompozisiyalar səsləndirilmiş, xatirə şəkli çəkdirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://modern.az
archiveBu xəbər 25 Fevral 2025 18:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see190

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see184

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see150

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see147

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see129

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri