Icma.az
close
up
RU
Xocalı soyqırımı qurbanlarının abidəsi önündə izdiham yaşanır

Xocalı soyqırımı qurbanlarının abidəsi önündə izdiham yaşanır

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bəşər tarixinin ən qanlı faciələrindən olan Xocalı soyqırımından bizi 33 illik zaman məsafəsi ayırır. Dəhşətli qətliamın ildönümü ilə bağlı Bakının Xətai rayonundakı Xocalı soyqırımı abidəsi önündə izdiham yaşanır. Səhər saatlarından başlayaraq abidənin önündə insan axını ara vermir. Faciə qurbanlarının xatirəsinə ucaldılan abidənin qarşısı gül-çiçək dənizinə qərq olub. Müxtəlif idarə və təşkilatların kollektivləri, Xocalı sakinləri, Qarabağ müharibəsi veteranları, qazilər, şəhid ailələri, hərbçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri, o cümlədən gənclər və məktəblilər soyqırımı qurbanlarını xatirəsini yad etməyə gəlirlər. Həmçinin Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, dini konfessiyaların təmsilçiləri, xarici ölkələrin vətəndaşları da abidə önündən hüznlə keçirlər.

Anım mərasiminin iştirakçıları arasında əvvəlki illərdən fərqli olaraq dərin kədər hissi ilə yanaşı, qürur hissi də duyulur. Axı uzun illər işğal altında qalan Qarabağ torpağı, o cümlədən Xocalı şəhəri düşməndən azad edilib. Ölkəmizin ərazi bütövlüyü, suverenliyi tam bərpa olunub, şəhidlərimizin, eləcə də Xocalı qətliamı qurbanlarının qanı yerdə qalmayıb.

Abidəni ziyarət edənlər AZƏRTAC-a müsahibələrində 1992-ci il fevralın 26-na keçən gecə baş verən Xocalı hadisəsini heç vaxt unutmayacaqlarını söyləyir, qaniçən erməni quldurlarının törətdiyi qanlı faciəni lənətləyir, dəhşətli soyqırımının icraçılarının ədalət məhkəməsi qarşısında cavab verməsini tələb edirlər.

Şuşa və Ağdam məscidlərində, Xocalı, Xankəndi şəhərlərində və azad olunmuş digər ərazilərdə də bu gün soyqırımı qurbanlarının xatirəsi yad olunur, şəhidlərin ruhuna dualar oxunur.

Qırx dörd günlük Vətən müharibəsində yenilməz Ordumuz 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə misilsiz qəhrəmanlıq nümayiş etdirdi. 2023-cü il sentyabrın 19-20-də lokal xarakterli antiterror tədbirləri nəticəsində Xocalı şəhəri də separatçılardan, terrorçulardan təmizləndi. Prezident, Müzəffər Ali Baş Komandan 2023-cü il oktyabrın 15-də Xankəndində, Xocalıda və digər ərazilərdə Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldaraq Zəfər salnaməsinə yeni parlaq səhifələr yazdı.

Qəhrəman əsgər və zabitlərin, şəhidlərin qanı hesabına bərpa olunmuş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın ən dəyərli milli sərvətidir. Ötən il Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edilib və hər il sentyabrın 20-də həmin gün qeyd ediləcək.

Düşmən işğalından azad edilmiş torpaqlarda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Böyük Qayıdış yolunda inamlı addımlar atılır, yenidən dirçəldilən Qarabağ və Şərqi Zəngəzurda sakinlər öz ata-baba torpaqlarına qayıdırlar. Xocalının, eləcə də Ballıca kəndinin sakinləri doğma ocağa, öz yurduna qayıdırlar.

Xocalı soyqırımı təkcə bir şəhərin dinc sakinlərinə qarşı deyil, bəşəriyyətə qarşı yönəlmiş cinayətdir. Uydurma, heç bir dəlil-sübutu olmayan “erməni soyqırımı”ndan danışan bəzi dövlətlər, o cümlədən bir sıra Avropa ölkələri dünyanın gözü qarşısında baş vermiş bu qətliamı görməzdən gəlirlər. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edərək dinc əhaliyə amansız divan tutublar. Şəhərin 613 sakini, o cümlədən 63 uşaq, 106 qadın xüsusi amansızlıqla qətlə yetirilib, 1275 nəfər əsir və girov götürülərək işgəncələrə məruz qalıb. Onlardan 197-sinin taleyi indiyədək məlum deyil. Xocalının 5 min 379 sakini şəhərdən zorakılıqla qovulub, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Xocalıda aşkarlanmış kütləvi məzarlıq, üzərində işgəncə əlamətləri olan insan qalıqları erməni vəhşiliyinin daha bir sübutudur.

Anım mərasimi, eyni zamanda, beynəlxalq ictimaiyyətin diqqətini bu vəhşi qətliama, bəşəri cinayətə yönəltmək məqsədi daşıyır: dünya Xocalı faciəsini soyqırımı kimi tanımalıdır.

Qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalının azad edilməsindən sonra daim ora səfərlər edir, sakinlərlə görüşür. Dövlətimizin başçısı bu görüşlər zamanı çıxışlarında Xocalı soyqırımını heç vaxt unutmayacağımızla, Xocalını yenidən dirçəldəcəyimizlə bağlı fikirlər səsləndirir. Prezident İlham Əliyevin bu il fevralın 19-da Xocalı rayonunun Ballıca kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanışlığı, sonra kəndə köçən bir qrup sakinlə görüşü bunun bariz nümunəsi və əyani sübutudur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:110
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 26 Fevral 2025 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see162

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see157

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see152

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see148

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see136

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri