Icma.az
close
up
RU
Menu

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

Payızda bu 2 qida mütləq yeyilməlidir

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

Xankəndidə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Xankəndidə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Xankəndi, 23 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) və Qarabağ Universitetinin birgə təşkilatçılığı ilə Xankəndi şəhərində universitetin müəllim-tələbə heyətinin və media nümayəndələrinin iştirakı ilə Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri təşkil edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstü önünə tər güllər düzülüb, dahi rəhbərin xatirəsi ehtiramla yad edilib.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva tədbirdə çıxış edərək, Xocalı faciəsinin Azərbaycan xalqının tarixi yaddaşında silinməz iz buraxdığını, beynəlxalq humanitar hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması ilə müşayiət olunan insanlığa qarşı ağır cinayət olduğunu bildirib.

Ombudsman qeyd edib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə 613 dinc sakin, o cümlədən qadın və uşaqlar amansızcasına qətlə yetirilib, minlərlə insan doğma yurd-yuvasından didərgin salınıb. Müvəkkil bu faciənin azərbaycanlılara qarşı həyata keçirilmiş sistemli etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğunu vurğulayıb.

Bildirilib ki, Xocalı soyqırımına ilk siyasi-hüquqi qiymət Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə verilib, sonrakı dövrdə isə dövlət tərəfindən faciənin beynəlxalq səviyyədə tanıdılması istiqamətində ardıcıl addımlar atılıb. Qeyd olunub ki, Heydər Əliyev Fondunun həyata keçirdiyi “Xocalıya ədalət” kampaniyası bu istiqamətdə mühüm rol oynayıb.

Ombudsman Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Zəfər nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpa olunduğunu, müharibə cinayətləri törətmiş şəxslərin məsuliyyətə cəlb edildiyini vurğulayıb.

Qarabağ Universitetinin rektoru Şahin Bayramov Xocalı soyqırımının milli yaddaşımızda və dövlətçilik şüurumuzda mühüm yer tutan faciə olduğunu bildirib. Qeyd edib ki, Xankəndidə fəaliyyət göstərən Qarabağ Universitetində bu hadisənin anılması rəmzi məna daşıyır.

Rektor vurğulayıb ki, universitetin əsas prioritetlərindən biri tələbələrin tarixi həqiqətlər və vətənpərvərlik ruhunda formalaşdırılmasıdır. O bildirib ki, ali təhsil ocağı regionun elmi, sosial və intellektual inkişafına töhfə verən mühüm mərkəz kimi fəaliyyət göstərir.

Tədbirdə Azərbaycanın Milli Qəhrəmanı Füzuli Rüstəmovun bacısı, Xocalı hadisələrinin şahidi Füqurə Rüstəmova çıxış edərək, faciə gecəsi yaşadıqlarını bölüşüb, gəncləri tarixi unutmamağa və həqiqətləri gələcək nəsillərə çatdırmağa çağırıb.

Anım tədbirində Xocalı soyqırımına həsr olunmuş videoçarx nümayiş etdirilib. Sonda Ombudsmanın Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı bəyanatı səsləndirilib.

İnsan hüquqları üzrə müvəkkil Səbinə Əliyeva jurnalistlərə müsahibəsində bildirib ki, Xocalı soyqırımının 34-cü ildönümünün işğaldan azad edilmiş Xankəndi şəhərində, Qarabağ Universitetində keçirilməsi böyük rəmzi məna daşıyır. “Qan yaddaşımızın gənc nəsil arasında təbliğ olunmasının böyük əhəmiyyəti var. Bu kimi tədbirlərin burada keçirilməsi olduqca vacibdir” – deyə, Ombudsman vurğulayıb.

Tədbirdən sonra insan hüquqları üzrə müvəkkil Səbinə Əliyeva Qarabağ Universitetində yaradılan şəraitlə tanış olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Fevral 2026 14:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see322

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see313

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see305

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see303

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see295

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see293

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see292

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see263

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see244

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see239

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see238

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see235

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see229

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see227

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see225

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see206

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see205

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see197

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri