Icma.az
close
up
RU
Xocalı soyqırımı qurbanlarının ailə üzvləri ilə görüş keçirilib

Xocalı soyqırımı qurbanlarının ailə üzvləri ilə görüş keçirilib

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində faciə qurbanlarının ailə üzvlərindən bir qrupu, habelə faciənin şahidləri olan müharibə veteranları ilə görüş olub.

Görüşdə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının dəstəyi ilə Azərbaycanın Xocalı şəhərində törədilmiş qətliamın insanlığa qarşı ən dəhşətli cinayətlərdən biri olduğunu vurğulayıb.

Bu faciə zamanı içərisində 63 uşaq, 106 qadın və 70 ahıl şəxsin də olduğu 613 azərbaycanlının xüsusi qəddarlıqla qətlə yetirildiyi, 1275 nəfərin girov götürüldüyü, yüzlərlə sakinin ağır xəsarətlər aldığı bildirilib.

Qeyd edilib ki, Xocalı soyqırımı qurbanlarının qanı yerdə qalmayıb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz 44 günlük Vətən müharibəsində möhtəşəm Zəfər qazanaraq torpaqlarımızı Ermənistanın 30 ilədək davam edən işğalından azad edib. 2023-cü ilin sentyabr ayında isə antiterror tədbirləri ilə Qarabağda erməni separatizminə son qoyulub, o cümlədən Xocalı şəhəri separatçılardan tam təmizlənib.

Soyqırımı qurbanlarının ailə üzvləri, faciə şahidləri 33 il bundan əvvəl erməni silahlı birləşmələrinin Xocalıda törətdikləri vəhşiliklərdən bəhs ediblər.

Görüş zamanı xocalıların sosial müdafiəsi, faciə zamanı şəhid olanların ailələrinin, yaralanaraq əlilliyi müəyyən edilmiş insanların sosial təminatla əhatə olunması sahəsində görülən işlər də qeyd edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:125
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 26 Fevral 2025 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see234

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see220

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see202

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see195

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see188

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see187

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see184

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see174

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see172

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see169

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see159

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see157

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see151

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see150

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri