Icma.az
close
up
RU
Xocalıda kiçik təsərrüfatlara mediatur FOTOLAR

Xocalıda kiçik təsərrüfatlara mediatur FOTOLAR

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Xocalı rayonunda özünüməşğulluq proqramı çərçivəsində qurulmuş kiçik təsərrüfatlara mediatur təşkil edib. SİA xəbər verir ki, mediatur iştirakçılarına işğaldan azad olunmuş ərazilərə köçürülmüş sakinlərlə bağlı Agentlik tərəfindən icra olunan aktiv məşğulluq proqramları barədə məlumat verilib.

Qeyd olunub ki, bu tədbirlər çərçivəsində həmin sakinlərdən artıq 6360 nəfərə yaxın şəxsin məşğulluğu təmin olunub. Onlardan 518 nəfər üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar yaradılıb.

Doğma yurdlarına qayıtmış vətəndaşlardan 294 nəfər isə əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb edilib. İşğaldan azad olunmuş ərazilərə köçürülmüş sakinlərdən hazırda daha 535 nəfərin məşğulluğunun təmin olunması istiqamətində iş aparılır.

Media nümayəndələri əvvəlcə Xocalı rayonunun Xanyurdu kənd sakini Elbrus Abbasovun təsərrüfatında olublar. O, özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin edilməklə qoyunçuluq təsərrüfatını yaradıb.

Daha sonra jurnalistlər rayonun Ballıca kənd sakini Rasim Əliyevin xidmət sahəsi ilə tanış olublar. O, özünüməşğulluq proqramının dəstəyi ilə avtotəmizləmə xidməti üzrə kiçik biznes sahəsini qurub.

Mediatur çərçivəsində ziyarət edilən digər ünvan isə Xocalı şəhər sakini Gülşən Cavadovanın özünüməşğulluq proqramı çərçivəsində verilmiş aktivlər hesabına yaratdığı arıçılıq təsərrüfatı olub.

Jurnalistlərə bildirilib ki, Xocalı rayonuna köçürülmüş sakinlərdən artıq 130 nəfər özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin edilərək kiçik ailə təsərrüfatlarını yaradıb.

Proqram iştirakçıları doğma yurd yerlərində fəaliyyət göstərməkdən qürur hissi keçirdiklərini, dövlətin dəstəyini daim hiss etdiklərini vurğulayıblar. Onlar öz ailə təsərrüfatlarını yaratmaları üçün göstərilən dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:162
embedMənbə:https://sia.az
archiveBu xəbər 25 Oktyabr 2025 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri