Xocalıda özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara mediatur təşkil edilib
Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Xocalı rayonunda özünüməşğulluq proqramı çərçivəsində qurulmuş kiçik təsərrüfatlara mediatur təşkil edib.
Mediatur iştirakçılarına işğaldan azad olunmuş ərazilərə köçürülmüş sakinlərlə bağlı Agentlik tərəfindən icra olunan aktiv məşğulluq proqramları barədə məlumat verilib.
Qeyd olunub ki, bu tədbirlər çərçivəsində həmin sakinlərdən artıq 6360 nəfərə yaxın şəxsin məşğulluğu təmin olunub. Onlardan 518 nəfər üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar yaradılıb.
Doğma yurdlarına qayıtmış vətəndaşlardan 294 nəfər isə əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb edilib. İşğaldan azad olunmuş ərazilərə köçürülmüş sakinlərdən hazırda daha 535 nəfərin məşğulluğunun təmin olunması istiqamətində iş aparılır.
Media nümayəndələri əvvəlcə Xocalı rayonunun Xanyurdu kənd sakini Elbrus Abbasovun təsərrüfatında olublar. O, özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin edilməklə qoyunçuluq təsərrüfatını yaradıb.
Daha sonra jurnalistlər rayonun Ballıca kənd sakini Rasim Əliyevin xidmət sahəsi ilə tanış olublar. O, özünüməşğulluq proqramının dəstəyi ilə avtotəmizləmə xidməti üzrə kiçik biznes sahəsini qurub.
Mediatur çərçivəsində ziyarət edilən digər ünvan isə Xocalı şəhər sakini Gülşən Cavadovanın özünüməşğulluq proqramı çərçivəsində verilmiş aktivlər hesabına yaratdığı arıçılıq təsərrüfatı olub.
Jurnalistlərə bildirilib ki, Xocalı rayonuna köçürülmüş sakinlərdən artıq 130 nəfər özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin edilərək kiçik ailə təsərrüfatlarını yaradıb.
Proqram iştirakçıları doğma yurd yerlərində fəaliyyət göstərməkdən qürur hissi keçirdiklərini, dövlətin dəstəyini daim hiss etdiklərini vurğulayıblar. Onlar öz ailə təsərrüfatlarını yaratmaları üçün göstərilən dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
M.Kamal
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:37
Bu xəbər 25 Oktyabr 2025 12:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















