Icma.az
close
up
RU
Xocalıda Memorial Kompleksin açılışı ədalətin təntənəsidir ŞƏRH

Xocalıda Memorial Kompleksin açılışı ədalətin təntənəsidir ŞƏRH

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 27 fevral, AZƏRTAC

Dünyada analoqu olmayan Xocalı soyqırımından 34 il keçir. Bu faciə işğalçı Ermənistanın ölkəmizə qarşı başladığı müharibənin ən dəhşətli səhifəsi, insanlığa qarşı ən böyük cinayətidir və heç vaxt yaddaşlardan silinməyəcək. Bütövlükdə, xalqımıza qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində analoqu olmayan vandalizm aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Dinc, günahsız insanların kütləvi qətliamı beynəlxalq aləmdə həmişə hiddətlə qarşılanıb. Xocalı soyqırımını törədən erməni faşistləri də tarixin ədalət məhkəməsindən qurtula bilmədilər və layiqli cəzalarını aldılar.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Hüquq müdafiəçisi deyib ki, Prezident İlham Əliyevin öz ailə üzvləri ilə birlikdə Xocalı soyqırımının ildönümünü məhz Xocalıda xocalılarla birlikdə keçirməsi “Qarabağ Azərbaycandır!” reallığının dünyaya növbəti təsdiqidir. Həmin gün Xocalıda Soyqırımı Memorial Kompleksinin açılışı isə ədalətin təntənəsidir. Soyqırımı Kompleksinin təməli dövlət başçımızın iştirakı ilə Xocalı sakinləri ilə birlikdə iki əvvəl qoyulmuşdu. Kompleksin layihəsi Heydər Əliyev Fondu tərəfindən çoxdan hazırlanmışdı. Hətta bu layihəni reallaşdırmaq üçün Bakıda yer də seçilmişdi. Lakin dövlətimizin başçısının bu kompleksin məhz Xocalıda tikilməsini planlaşdırması böyük siyasi əhəmiyyət kəsb edirdi. Memorial Kompleksin açılış mərasiminin Xocalı soyqırımının ildönümündə məhz Xocalıda keçirilməsi xüsusi siyasi əhəmiyyətə malikdir. Bu tarixi hadisə və Soyqırımı Kompleksi xalqımızın silinməz yaddaşının təcəssümü olacaq.

Ç.Qənizadə dünya ictimaiyyətinin Memorial Kompleksin timsalında Azərbaycan xalqının əyilməz ruhunu gördüyünü diqqətə çatdıraraq deyib ki, kompleksin açılışında Xocalı sakinlərinin də iştirakı tarixi Qələbəmizin növbəti töhfəsidir. Öz yaxınlarını, doğmalarını, yurd-yuvasını itirən, ata-baba diyarından didərgin salınan insanlarda gör nə qədər iradə olmalı idi ki, bütün bunlara dözə bilsin və dözdülər də. Çünki onları saxlayan dövlətimizə, onun liderinə, ordumuza, ədalətə olan inam idi. Bu inamın nəticəsini Azərbaycanın ərazi bütövlüyünün bərpasında, işğaldan azad edilmiş ərazilərimizdə Azərbaycan Bayrağının əzəmətlə dalğalanmasında görürük. Xocalı soyqırımı XX əsrin ən qanlı cinayətlərindən biri idi və xalqımız buna məruz qalmışdı: “Bu faciəni dünya ictimaiyyətinə çatdırmaq üçün həm Azərbaycan dövləti, həm ictimai təşkilatlar, qeyri-hökumət təşkilatları, demək olar ki, bir çox qurumlar fəal çalışıblar. Burada, xüsusilə, Heydər Əliyev Fondunun fəaliyyətini qeyd etmək istərdim. Fond yarandıqdan dərhal sonra “Xocalıya ədalət!” genişmiqyaslı hərəkatına start verdi. Bu təşəbbüsü Leyla Əliyeva həyata keçirirdi. Son 20 il ərzində onun təşəbbüsü ilə dünyanın bir çox ölkələrində silsilə tədbirlər, təqdimatlar, simpoziumlar, konfranslar keçirilmişdir, bir çox kitablar, broşürlər, bukletlər dərc edilmişdir. Məhz təkidli səylərimiz nəticəsində artıq 20-yə yaxın ölkə Xocalı soyqırımını soyqırımı kimi rəsmən tanıyıb və bu proses davam etdirilir”.

Komitə sədri sözünə davam edərək deyib ki, bu Memorial Kompleksin açılışı bir daha təsdiqlədi ki, bu gün Azərbaycan dövləti o qədər güclüdür ki, heç kimin ağlına bizə qarşı hər hansı bir təxribat törətmək gələ bilməz. Artıq Azərbaycan 1992-ci ilin Azərbaycanı deyil. Son 80 il ərzində dünyada Azərbaycan qədər tam və mütləq qələbə qazanmış ikinci dövlət olmayıb.

Tanınmış hüquqşünas Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 2020-ci ildə qazandığı Zəfərdən və 2023-cü ilin antiterror əməliyyatındakı uğurlardan da danışdı: “O vaxt möhtərəm Prezidentimiz demişdir ki, biz qisasımızı döyüş meydanında alacağıq, aldıq da. İşğalçı Ermənistana, Qarabağda kök salmış separatçılara havadarlıq edən ermənipərəst dövlətlər, həmçinin ikili siyasət yeridən beynəlxalq təşkilatlar Azərbaycan Ordusunun qarşısında cəmi 44 gün davam gətirə bildi. Bütün şəhidlərimizin qisası alındı. Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasında canını qurban vermiş şəhidlərimizin xatirəsi qəlbimizdə əbədi yaşadacaq. Xalqımız heç vaxt nə Xocalı soyqırımını, nə də Ermənistan dövlətinin bizə qarşı törətdiyi başqa cinayətləri unudacaq.

Ç.Qənizadə deyib: “Xocalı soyqırımı Ermənistan dövləti tərəfindən azərbaycanlılara, insanlığa, bəşəriyyətə qarşı törədilmiş qanlı cinayətdir. Dünyada nadir halda ölkələr tapılar ki, müharibədə tam və mütləq qələbə qazansın, hər qarış torpağını azad edərək öz ərazi bütövlüyünü və suverenliyini bərpa etsin, həmçinin müharibə cinayətkarlarını məhkəmə qarşısına gətirsin. Bunu biz etdik – Azərbaycan dövləti”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Fevral 2026 09:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see356

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see329

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see306

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see274

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see269

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see260

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see256

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see247

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see242

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see241

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see241

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see237

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see233

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see231

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see224

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see221

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see217

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see212

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see210

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri