Icma.az
close
up
RU
Xocalıda bayrağımızın ucaldılması ədalətin təntənəsidir

Xocalıda bayrağımızın ucaldılması ədalətin təntənəsidir

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Prezident İlham Əliyev: Xocalıda bayrağı qaldıranda fikirləşirdim, bax, bu gün biz tam əminliklə deyə bilərik ki, Xocalı qurbanlarının qanı yerdə qalmadı. Xocalıda bayrağın qaldırılması daha da həyəcanlı idi, onu açıq deyə bilərəm.2023-cü il oktyabrın 15-i Azərbaycanın müasir tarixində mühüm və rəmzi əhəmiyyət daşıyan günlərdən biri kimi yadda qaldı. Həmin gün ölkə başçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Xocalı şəhərində Azərbaycanın Dövlət Bayrağının ucaldılması tarixi ədalətin bərpasının, suverenliyin tam təmin olunmasının və xalqımızın milli qürurunun təntənəsi oldu.Bu hadisə təkcə bir mərasim deyil, həm də 30 ildən artıq davam edən ədalətsizliyə son qoyulmasının, dövlət suverenliyinin bərpasının və milli qürurun təntənəsinin simvolu oldu.  Xocalı Azərbaycan tarixində həm faciə, həm də müqavimət rəmzi kimi xüsusi yer tutur. Şəhər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi və burada Azərbaycan xalqına qarşı XX əsrin ən ağır cinayətlərindən biri  Xocalı soyqırımı törədildi. Bu faciə nəticəsində 613 dinc sakin qətlə yetirildi, yüzlərlə insan yaralandı və əsir götürüldü.Uzun illər ərzində Xocalı işğal altında qalsa da, şəhərin azad ediləcəyi gün Azərbaycan xalqının milli yaddaşında daim yaşadı.Ulu öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıdışından sonra Xocalı faciəsinə hüquqi-siyasi qiymətin verilməsi istiqamətində mühüm addımlar atdı.Onun təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisində Xocalı hadisələrinə hüquqi-siyasi qiymət verildi və bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün beynəlxalq təşkilatlara müraciətlər edilməyə başlandı. Həmçinin ulu öndərin qərarı ilə hər il 26 fevral tarixinin Xocalı qurbanlarının anım günü kimi qeyd olunması təsbit edildi. Bu qərar xalqımızın yaddaşında şəhidlərimizin əziz xatirəsinin daim yaşadılmasına xidmət edir. Xocalı həqiqətlərinin beynəlxalq miqyasda tanıdılması istiqamətində Heydər Əliyev Fondu da mühüm fəaliyyət göstərir. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” beynəlxalq kampaniyası başladılmışdır. Bu kampaniya çərçivəsində dünyanın bir sıra dövlətlərinin parlamentləri və beynəlxalq təşkilatlar Xocalı faciəsinin soyqırımı kimi tanınması ilə bağlı qərar və aktlar qəbul etmişlər.2023-cü ilin sentyabrında Azərbaycan Ordusunun Qarabağ bölgəsində həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Xocalı şəhəri separatçı silahlı qüvvələrdən təmizləndi və Azərbaycanın suverenliyi bərpa olundu.Bu əməliyyatlar nəticəsində bölgədə qanunsuz silahlı birləşmələr tərksilah edildi və dövlət idarəçiliyinin bərpası üçün şərait yaradıldı.Bu hadisə Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunması istiqamətində mühüm mərhələ kimi qiymətləndirildi. May ayının 28-də Müstəqillik Günündə Xocalıda səfərdə olan və xocalılılarla görüşən Prezident İlham Əliyev də vurğulamışdır: Müstəqilliyin bərpası elan olunandan dörd ay sonra Ermənistan Xocalı soyqırımını törətdi, günahsız insanları qətlə yetirdi, insanlığa qarşı cinayət törətdi. Xocalılılar faktiki olaraq müstəqilliyin bütün illərini başqa-başqa yerlərdə keçirməli oldular.. Bayrağın Xocalıda dalğalanması bütün ölkədə böyük qürur hissi yaratdı. Bayrağın ucaldılması yalnız simvolik hadisə deyil, həm də Xocalının bərpası və yenidən qurulması prosesinin başlanğıcı kimi qiymətləndirilir. Dövlət tərəfindən həyata keçirilən bərpa layihələri çərçivəsində:yaşayış məntəqələrinin yenidən qurulması, infrastrukturun bərpası,məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı, sosial və iqtisadi həyatın dirçəldilməsi kimi mühüm  dövlət proqramları həyata keçirilir.Bu gün xalqımız tariximizin ən şanlı səhifələrindən birini böyük qürur və minnətdarlıq hissi ilə yad edir. Ata vəsiyyətini layiqincə yerinə yetirən, ölkəmizin ərazi bütövlüyünü təmin edən Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində və sonrakı antiterror tədbirlərində qazanılan qələbələr Azərbaycan xalqının sarsılmaz iradəsinin, milli birliyinin və gücünün təntənəsidir.2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi ilə qəhrəman Azərbaycan Ordusu düşməni darmadağın edərək torpaqlarımızı, doğma Qarabağımızı 30 ilə yaxın davam edən işğaldan azad etdi. Bu zəfər təkcə hərbi uğur deyil, həm də tarixi ədalətin bərpası, şəhidlərimizin qanının yerdə qalmadığının sübutu oldu. Ordumuzun məhv etdiyi düşmən qüvvələri arasında Xocalı faciəsinin icraçılarının da olması xalqımız üçün ayrı bir mənəvi ədalətin təcəssümünə çevrildi.Prezident İlham Əliyevin çıxışlarında vurğuladığı kimi, Azərbaycan heç vaxt bölgədə erməni faşizminin yenidən baş qaldırmasına imkan verməyəcək və ölkəmiz üçün hər hansı təhlükənin yaranmasına qətiyyətlə cavab verəcək. Bu mövqe dövlətimizin gücünü, xalqımızın birliyini və gələcəyə inamını nümayiş etdirir. Bu gün, Xocalı faciəsinin 34-cü ildönümündə həmin torpaqlarda Azərbaycan bayrağının dalğalanması hər bir azərbaycanlının qəlbini qürur və kövrək hisslərlə doldurur. O bayraq təkcə bir şəhərin deyil, bütün xalqın ləyaqətinin, mübarizəsinin və zəfərinin rəmzidir. Xocalıda üçrəngli bayrağımızın ucaldılması dünyaya bir daha göstərdi ki, Azərbaycan dövləti illərlə həll olunmayan bir məsələni öz gücü, siyasi iradəsi və milli həmrəyliyi ilə həll etdi.Bu gün Xocalı Böyük Qayıdış proqramının mühüm səhifələrindən birinə çevrilir. Bu səhifə Xocalı sakinlərinin doğma yurdlarına qayıdışı, dağıdılmış həyatların yenidən qurulması və tarixi ədalətin tam bərpası deməkdir. Qarşıdakı illərdə Xocalı yalnız faciə ilə deyil, dirçəlişin, yenidən doğuluşun və qələbə ruhunun simvolu kimi xatırlanacaq.

Qürurla deyə bilərik: Xocalı qurbanlarının qanı yerdə qalmadı.Azərbaycan xalqı öz tarixi ədalətini bərpa etdi və bundan sonra da müstəqilliyini, suverenliyini və milli ləyaqətini qətiyyətlə qoruyacaq.

Həbib Misirov

YAP Kəlbəcər rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:156
embedMənbə:https://modern.az
archiveBu xəbər 25 Fevral 2026 11:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see314

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see309

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see293

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see289

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see287

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see286

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see281

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see275

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see272

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see264

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see252

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see247

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see243

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see240

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see234

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see229

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see229

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see228

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see216

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri