Icma.az
close
up
RU
Xocalıdakı meyit qalıqlarının kimliyini müəyyən etmək çətindir Deputat

Xocalıdakı meyit qalıqlarının kimliyini müəyyən etmək çətindir Deputat

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Əsgəran-Xocalı yolunda 7 mülki itkin şəxsə aid meyit qalıqları tapılıb.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu rəhbərinin müavini Eldar Səmədovun sözlərinə görə, aprel ayında aparılan qazıntılar zamanı iki kütləvi məzarlıq aşkarlanıb:

"Əsgəran-Xocalı yolunun üstündə aşkarlanan bu məzarlıqda ən azı 7 itkin şəhidə aid meyit qalıqları aşkarlanıb. Mütəxəssislərin rəyinə görə, qalıqlar mülki şəxslərə aiddir. Onlar qeyri-ənənəvi yolla dəfn olunublar".

Modern.az-a açıqlamasında Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədov bildirib ki, hələ daha çox kütləvi məzarlıqlar aşkarlanacaq:

“Ərazilərimiz işğaldan azad olunandan sonra orada aparılan axtarışlar, eləcə də bərpa-quruculuq işləri zamanı müxtəlif ərazilərdə kütləvi məzarlıqlar aşkar olunur. Hesab edirəm ki, belə məzarlıqların sayı çoxalacaq. Təkcə Xocalı soyqırımı nəticəsində taleyi məlum olmayan, itkin hesab olunan 200 nəfərdən çox idi. 190 nəfərin aqibəti hələ də məlum deyil. Xocalı ərazisində aşkarlanan kütləvi məzarlıq bərpa-tikinti zamanı üzə çıxıb. Yəni bu proseslər hələ gedəcək, axtarışlar olacaq. Kütləvi məzarlıqlar beynəlxalq aləmdə erməni vəhşiliyinin, qəddarlığının və bəşəriyyətə, insanlığa qarşı hansı əməllər törətdiklərinin sübutlardır”.

Deputat vurğulayıb ki, meyit qalıqlarının kimə məxsus olduğunu müəyyənləşdirmək olduqca çətindir:

"Bu, birbaşa Dövlət Komissiyasının nəzarətindədir. Xocalı sakini kimi məlumat olaraq deyirəm ki, bu günə qədər taleyi məlum olmayan, itkin hesab olunanların hər birinin ailələrindən, qohum-əqrabalarından qan, DNT azanlizləri götürülüb. İndi kimlikləri xüsusi qurum müəyyənləşdirir. Təkcə Xocalı deyil, ümumilikdə bütün rayonlarımızla bağlı çox çətin prosesdir. Mən bir dəfə bununla bağlı maraqlanmışam. Bəzən bir sutka ərzində bir nəfərin kimliyini ya müəyyən edə bilirlər, ya da yox. 30 il bundan qabaq olmuş hadisədir və itkin sayı da çoxdur. Buna görə proses çətin aparılır. Dövlətimiz xüsusi diqqətini göstərir. Müəyyənləşmə olan kimi, həmin ailəyə və rayonun rəhbərliyinə məlumat verilir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://modern.az
archiveBu xəbər 02 May 2025 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see261

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see240

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see226

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see215

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see183

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see168

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see163

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see158

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see156

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see153

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see152

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see147

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see145

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see144

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see142

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see140

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see140

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see139

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see136

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri