Icma.az
close
up
RU
Xocalıdan gətirdiyi tüfənglə anasını öldürdü TƏFƏRRÜAT

Xocalıdan gətirdiyi tüfənglə anasını öldürdü TƏFƏRRÜAT

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Abşeronda oğurluqda, qanunsuz silah saxlamada və anasını qətlə yetirməkdə təqsirləndirilən Allahverən Əhmədovun cinayət işinin bəzi detalları məlum olub.
Bizim.Media xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə ittiham aktı elan olunub.
İttihama görə, hadisələrdən biri Ağcabədi rayonunda yerləşən fermer təsərrüfatındakı yaşayış evində, digəri isə Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində qeydə alınıb.

Belə ki, 2005-ci il təvəllüdlü Allahverən Əhmədov tamah niyyəti ilə 2025-ci ildə saat 19 radələrində Ağcabədi rayonu ərazisində yerləşən əmisinə məxsus fermer təsərrüfatındakı fərdi yaşayış evinə daxil olub. O, evin yataq otağında televizorun arxasında qutuda saxlanılan bir ədəd qızıl qolbağı, bir ədəd qızıl boyunbağı və bir ədəd qızıl üzüyü götürüb. Həmin əşyaların ümumi dəyərinin 5 500 manat olduğu bildirilir.

Təqsirləndirilən şəxs məhkəmədə ifadə verərkən oğurluq hadisəsini törətdiyini etiraf edib. O, həmin vaxt pula ehtiyacı olduğunu, qızıl-zinət əşyalarının yerini əvvəlcədən bildiyini və evdə heç kimin olmayacağından xəbərdar olduğunu bildirib.
Onun sözlərinə görə, həmin gün əmisi qızının nişan mərasimi keçirilməli olduğundan ailə üzvlərinin fermada olmayacağını bilib. Bu səbəbdən tanışı Şirxandan avtomobilini istəyib. Şirxana nişan mərasiminə gedəcəyini deyən Allahverən Əhmədov avtomobili götürərək fermer təsərrüfatına yollanıb.
İfadəsində göstərib ki, saat 19 radələrində fermaya çatanda evdə heç kim olmayıb. Qapını əli ilə itələyərək açıb, yataq otağına keçib və televizorun arxasındakı qutudan qızıl-zinət əşyalarını götürüb. Daha sonra əşyaları özü ilə apararaq ərazidən uzaqlaşıb.
Allahverən Əhmədov oğurladığı qızılları ertəsi gün Bakı şəhərində, metronun “Memar Əcəmi” stansiyası yaxınlığında yerləşən tanımadığı qızıl mağazasında 2 000 manata satdığını söyləyib. Əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərclədiyini deyən təqsirləndirilən şəxs sonradan əmisi oğlu ilə əlaqə saxlayaraq oğurluq etdiyini etiraf etdiyini vurğulayıb.
O, bu əməlinə görə peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını və dəymiş ziyanın tam ödənildiyini də bildirib.
İş materiallarında qeyd olunur ki, Allahverən Əhmədovun anası Afət Əhmədova ilə münasibətləri uzun müddət gərgin olub. Valideynləri boşandıqdan sonra anasının ayrı yaşaması, işləməsi və ona kifayət qədər qayğı göstərmədiyini düşünməsi təqsirləndirilən şəxsdə narazılıq yaradıb. O, anası ilə bu məsələlərə görə dəfələrlə mübahisə edib, babası ilə də sözügedən münasibətlər barədə danışıb.

Allahverən Əhmədov məhkəməyədək verdiyi ifadəsində valideynlərinin təxminən iki il əvvəl boşandığını göstərib. O, anasının Bakı şəhərində yaşayıb işləməsini və ailədən ayrı olmasını qəbul etmədiyini, onunla birlikdə yaşamağı təklif etsə də, qadının buna razılıq vermədiyini söyləyib.

Təqsirləndirilən şəxs ifadəsində Afət Əhmədovanın ona qarşı etinasız davrandığını düşündüyünü, zənglərinə cavab vermədiyini və onunla əlaqə saxlamaqda çətinlik çəkdiyini qeyd edib.
Həmçinin o, anasının davranışları ilə bağlı əsassızlığı təsdiqlənməyən şübhələrindən danışıb.
Afət Əhmədova ilə münasibətlərində yaranmış münaqişə və narazılıqlar səbəbindən Allahverən Əhmədov onu qisas niyyəti ilə öldürmək qərarına gəlib.
O, 2025-ci ilin avqust ayında Xocalı rayonu ərazisində olarkən lülələri kəsilmiş qoşalüləli ov tüfəngi və patronlar tapıb. Təqsirləndirilən şəxs ifadəsində tüfəngi Xocalı rayonunda fəhlə işlədiyi vaxt kənddəki evlərdən birinin zirzəmisində tapdığını deyib. Allahverənin sözlərinə görə, silahı və patronları yaşıl rəngli çantaya qoyaraq əvvəlcə Ağcabədi rayonuna gətirib, daha sonra Bakı şəhərinə aparıb.
Təqsirləndirilən şəxs ifadəsində silahı tapdıqdan sonra bir müddət gizlətdiyini, anasını öldürmək qərarına gəldikdən sonra isə onu özü ilə Bakı şəhərinə gətirdiyini bildirib.
2025-ci ildə saat 23:30 radələrində Allahverən Əhmədov anasının kirayədə yaşadığı Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən fərdi yaşayış evinə gəlib.

Bildirilir ki, ana ilə oğul arasında əvvəlki mübahisələrə səbəb olan məsələlərlə bağlı yenidən söhbət yaranıb. Afət Əhmədova ona həyatına qarışmamasını deməsi və sərt cavab verməsi Allahverənin qəzəbinə səbəb olub. Ardınca o, anasını öldürmək niyyətini həyata keçirmək qərarına gəlib.

Təqsirləndirilən şəxsin məhkəməyədək verdiyi ifadəsində göstərdiyinə görə, evə daxil olduqdan sonra tüfəngi hissələrə ayrılmış vəziyyətdə tualetdə birləşdirib, hər iki lüləyə bir patron yerləşdirib və silahı evin damına qoyub. Sonra anası ilə söhbətini davam etdirib.
Onun sözlərinə görə, Afət Əhmədova onunla birlikdə yaşamaq təklifini qəbul etməyib. Bundan sonra o, evdən çıxaraq əsəbiləşdiyi üçün divara yumruq vurub, ardınca silahı götürərək yenidən evə daxil olub.
İfadəsində qeyd edib ki, anası otaqlar arasında keçid qapısının yaxınlığında olarkən təxminən 2–3 metr məsafədən ardıcıl iki dəfə atəş açıb. Birinci atəş qadının ön tərəfinə dəyib, ikinci atəş isə Afət Əhmədova qaçmağa çalışarkən arxa tərəfdən xəsarət yetirib. Atəşlər nəticəsində Afət Əhmədova həyat üçün təhlükəli olan ağır xəsarətlər alıb və hadisə yerində həyatını itirib.
İş materiallarında göstərilir ki, qadının bel nahiyəsinin sol hissəsində odlu silahdan açılmış bir yara olub. Həmin yaranın ürək kisəsini, ürəyi, sol ağciyəri və qaraciyəri zədələdiyi, kəskin qan itkisinə səbəb olduğu qeyd edilir.
Bundan başqa, zərərçəkmiş şəxsin döş qəfəsinin ön səthinin sol yarısında və sağ döş vəzi əsasının nahiyəsində dəri və yumşaq toxumalar səviyyəsində zədələnmə ilə nəticələnən daha bir odlu silah yarasının olduğu bildirilir.
İttihamda birinci yaranın həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma əlamətlərinə, digər yaranın isə sağlamlığa yüngül zərər vurma əlamətlərinə malik olduğu göstərilir.
Allahverən Əhmədov məhkəmədə elan olunmuş ittiham üzrə özünü təqsirli bildiyini və məhkəməyədək verdiyi ifadəni təsdiqlədiyini deyib.
O, istintaqa verdiyi ifadəsində oğurluq hadisəsini maddi ehtiyac səbəbindən törətdiyini, qızıl-zinət əşyalarını sataraq əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərclədiyini bildirib. Əmisinin ailəsi ilə münasibətlərinin normal olduğunu, aralarında ədavət olmadığını və oğurluğu tək törətdiyini qeyd edib.
Anasının öldürülməsi ilə bağlı isə təqsirləndirilən şəxs valideynlərinin ayrılmasından sonra Afət Əhmədova ilə münasibətlərinin pisləşdiyini, onunla birlikdə yaşamaq istədiyini, lakin bu istəyinin qəbul edilmədiyini söyləyib. O, anasına qarşı uzun müddət narazılıq və nifrət hiss etdiyini ifadəsində göstərib.
Allahverən Əhmədov silahı tapdıqdan sonra saxladığını və hadisə günü özü ilə gətirdiyini də etiraf edib. Məhkəmədə ölüm hadisəsi barədə danışmaq istəmədiyini bildirsə də, əvvəlki ifadəsində atəşləri özü açdığını təsdiqləyib.
İş materiallarında Allahverən Əhmədovun ifadəsində hadisəyə görə peşman olduğunu bildirdiyi məqamlar da yer alır. Bununla yanaşı, təqdim olunan ifadənin başqa hissəsində peşman olmadığını söylədiyi qeyd edilir. Beləliklə, onun peşmanlıqla bağlı mövqeyi ifadələrində eyni şəkildə əks olunmayıb.
Məhkəmənin hökmü ilə Allahverən Əhmədov cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 13 il 6 ay müddətə azadlıqdan məhrum olunub. (Pravda.az)
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:60
embedMənbə:https://bizim.media
archiveBu xəbər 29 Oktyabr 2026 09:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see583

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see537

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see482

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see396

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see307

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see284

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see268

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see259

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see249

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see245

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see240

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see225

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see218

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see216

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see215

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see215

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see215

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see209

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see208

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri