Icma.az
close
up
RU
Xocalıdan güclü Azərbaycana: Tarixin acı dərsi və Böyük Qayıdış

Xocalıdan güclü Azərbaycana: Tarixin acı dərsi və Böyük Qayıdış

Icma.az bildirir, Olke.az portalına istinadən.

“XX əsrin ən qanlı səhifələrindən biri olan Xocalı faciəsi insanlıq vicdanında sağalmaz yara olaraq qalır. Bu faciədən 34 il ötür. Amma zaman keçsə də, o gecənin ağrısı nə unudulur, nə də unudulacaq. Çünki Xocalı təkcə bir şəhərin deyil, bütöv bir xalqın yaddaşına yazılmış qanlı tarixdir”.

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Fəzail İbrahimli deyib.
Deputat təəssüflə bildirib ki, ədalətdən, beynəlxalq hüquqdan, insan haqlarından danışan beynəlxalq təşkilatlar və dünya birlyi bu insanlığa sığmayan bəşəri cinayətin törədilməsinə susdu: “Bu susqunluq sadəcə laqeydlik deyildi, cəzasızlığın davam etməsi üçün yandırılan yaşıl işıq idi. Belə ağır cinayətə göz yumulması dünyanın başqa yerlərində də oxşar faciələr üçün təhlükəli presedent yaratdı. Azərbaycan torpaqlarının işğalına, erməni separatizminin azğınlaşmasına siyasi və mənəvi zəmin formalaşdırıldı. Hətta   həmin “beynəlxalq təşkilatlar” və  ermənilərə havadarlıq edən dünyanın aparıcı ölkələri Azərbaycanı bu reallıqla barışmağa sövq edirdi. Diplomatik təzyiq  yolu və bağlı qapılar arxasında  birbaşa Azərbaycana erməni işğalı ilə barışmaq təklif olunurdu.  Lakin  müdrik, səriştəli dövlət xadimi Ulu öndər Heydər Əliyev və onun layiqli davamçısı, müasir dünyanın nüfuzlu siyasi liderlərindən bir hesab olunan, onunla hesablaşılan Prezidetn İlham Əliyevin yürütdüyü məqsədyönlü, qətiyyətli siyasəti nəticəsində Azərbaycan nə diz çökdü, nə də bu ədalətsizliklə barışdı. 

Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Xocalı soyqırımı insanlığa qarşı törədilmiş cinayətdir və bu cinayətin günahkarları mütləq cəzalandırılmalıdır. Dövlət başçısı vurğulayıb: “Biz Xocalı faciəsini heç vaxt unutmayacağıq və unutdurmayacağıq. Xocalı soyqırımı bəşəriyyətə qarşı cinayətdir.” Bu mövqe illər boyu Azərbaycanın dəyişməz siyasi xətti oldu.
Məhz Prezident İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasəti nəticəsində Xocalı həqiqətləri sistemli şəkildə dünya ictimaiyyətinə çatdırıldı. Bu istiqamətdə ən mühüm təşəbbüslərdən biri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən 2008-ci ildə başladılan “Xocalıya ədalət” beynəlxalq kampaniyası oldu. Qısa müddətdə bu kampaniya dünyanın müxtəlif ölkələrində geniş dəstək qazandı, Xocalı soyqırımı ilə bağlı həqiqətlərin beynəlxalq tribunaya çıxarılmasına mühüm töhfə verdi.
Azərbaycan isə gözlədi. Dözdü. Gücləndi.
Və zaman yetişdi.

2020-ci ildə 44 günlük Vətən müharibəsində və 2023-cü ildə 23 saat davam edən antiterror əməliyyatında Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi ədaləti bərpa etdi. İşğala son qoyuldu, separatizmin kökü kəsildi, dövlət suverenliyi tam təmin olundu. Prezident İlham Əliyevin ifadəsi ilə desək: “Biz tarixi ədaləti bərpa etdik. Azərbaycan xalqı öz gücünü göstərdi.”

Bu, təkcə hərbi qələbə deyildi. Bu, milli qürurun, səbrin, iradənin təntənəsi idi”.
 Deputat əalvə edib ki,  bir sıra hərbi cinayətkarlar artıq ədalət məhkəməsi qarşısında cavab veriblər: “Digərləri də gec-tez beynəlxalq hüquq qarşısında cavab verməli olacaqlar. Tarix göstərdi ki, heç bir cinayət cəzasız qalmır. Xocalının qisası döyüş meydanında alındı, amma hüquqi və siyasi müstəvidə mübarizə davam edir.
Bu gün Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş dövlət kimi inkişaf edir. Bölgədə yeni reallıq yaranıb. Azərbaycan sülh gündəliyini irəli sürür, sabitliyin və əməkdaşlığın təmin olunması üçün təşəbbüslərlə çıxış edir. Amma bu, əsla unutmaq demək deyil.

Xocalı bizim yaddaşımızdır. Xocalı bizim qan yaddaşımızdır.
Prezident İlham Əliyevin çağırışı aydındır: güclü, qüdrətli Azərbaycan qurmaq və milli birliyi qorumaq. Dövlət başçısının “dəmir yumruq” ifadəsi artıq həmrəyliyin, milli iradənin simvoluna çevrilib. Xalq öz liderinin ətrafında birləşərək göstərdi ki, ədalət gec də olsa bərpa olunur.
Həyat davam edir. Azərbaycan qurur, yaradır, bölgədə sülhü möhkəmləndirir. Ermənistanla sülh gündəliyi irəli sürülür. Lakin tariximizin bu qanlı səhifəsi heç vaxt unudulmayacaq.
Biz ayıq-sayıq olacağıq.

Çünki Xocalı təkcə keçmiş deyil. Xocalı, eyni zamanda gələcək üçün məsuliyyət, güc və milli həmrəylik çağırışıdır”.

Mürtəza

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:155
embedMənbə:https://olke.az
archiveBu xəbər 26 Fevral 2026 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see318

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see313

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see302

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see277

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see274

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see268

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see258

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see245

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see237

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see231

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see231

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see231

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see226

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see221

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see221

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see209

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see208

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see207

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see206

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri