Icma.az
close
up
RU
Xocalılılar soyqırımı cinayətkarlarının Xocalıda mükahkimə olunmasını İSTƏYİR

Xocalılılar soyqırımı cinayətkarlarının Xocalıda mükahkimə olunmasını İSTƏYİR

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Xocalı soyqırımının 32-ci ildönümü ərəfəsində Bakıda Ermənistan vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində olan cinayəti işləri üzrə məhkəmə prosesləri davam edir. Bir nüçə gün əvvəl keçirilən məhkəmədə Xocalı soyqırımı zamanı törədilmiş cinayət faktları açıqlanıb.

Bildirilib ki, Xocalı şəhəri və Əsgəran qəsəbəsinin də daxil olduğu, ümumilikdə 50 kənddən ibarət Xocalı rayonunun işğal olunması nəticəsində 7 min 161 nəfər dinc sakinin xüsusi mülkiyyətində və dövlət mülkiyyətində olmuş ümumilikdə 1067 ədəd əmlak üzrə 103 milyon manatdan artıq maddi ziyan vurulub.

Məhkəmədə bildirilib ki, Xocalı rayonuna və ətraf yaşayış məntəqələrinə silahlı basqınlar edilib, azərbaycanlıları baş dərisinin soyulması, qulaq, burun, cinsiyyət üzvlərinin kəsilməsi, gözlərinin çıxarılması, diri-diri yandırılması, cinayətkar fəaliyyətinin qarşısının alınması üçün zərərsizləşdirilmiş erməni əsilli şəxslərin qəbirləri üzərində başlarının qurbanlıq kimi kəsilməsi, qadına, qocaya və uşağa da fərq qoymadan qəddarlıqla müxtəlif işgəncələr verilməsi ilə ümumilikdə 613 nəfər şəxsin qəsdən öldürülüb məhv edilməklə Xocalı soyqırımı törədilib.

Qeyd edək ki, soyqırımın törədilməsindən ən aktiv rol oyanayanlar arasında Ermənistanın sabiq prezidentləri Robert Köçəryan, Serj Sarkisyan, sabiq müdafiə naziri Seyran Ohanyan və digərləri olub.

Xocalı sakinlərinləri soyqırımında əli olan ermənilərin Xocalı şəhərində mühakimə edilməsini istəyib. Bu barədə onlar Modern.az-a açıqlamasında bildiriblər.

Xocalı sakini Murad Hüseynov deyir ki, həmin şəxslər cinayəti harada törədiblərsə, orada da məhkəmələri olmalıdır, həmin şəxslər Xocalıda cəzalandırılmalıdır. 

“Bakıda keçirilən məhkəmə prosesini yaxından izləyirəm, Azərbaycan hüquq sisteminin ədalətinə güvənimiz sonsuzdur, ermənilərin məhkəməsinin Xocalıda keçirilməsi bizim üçün mənəvi bir qələbədir”.

Yasəmən Ələsgərova vurğulayıb ki, Xocalıda şərab içən ermənilərin məhkəmə qarşısına çıxarılması bu gün bütün xocalılıları sevindirir, şəhid olan yaxınlarımızın da ruhunu şad edir.

"Biz hamımız əminik ki, cinayətkarlar öz cəzalarını alacaqlar. Soyqırımında əli olan cinayətlarlar Xocalıda mühakimə olunmalıdırlar. Mən indiyədək çox ağrılar yaşamışam, Xocalıdan didərgin düşdüm, ailəmi, yaxınlarımı itirdim. İndi də xəstə olduğum üçün heç Xocalıya gedə bilməmişəm. Amma əminəm ki, bütün pis günlər kimi bu da keçəcək, məndə öz ata-baba yurduma qayıdacağam. Bir şəhid övladı, Milli Qəhrəman övladı kimi ən böyük arzum odur ki, onlar öz cəzaların alsınlar. Bu gün ölümlərində əlləri olduğu ata-babalarımızın bəzilərinin heç nəşi Xocalıda tapılmayıb, hələ də öldürdükləri körpələrin sümükləri Xocalı meşələrindədir. Buna görə də onlar hüquq qarşısında cavab verdikləri kimi, o ruhlar qarşısında da cavab verməlidirlər".

Vəsilə Məhərrəmova da cinayətlarların - xüsusilə Köçəryan və Sarkisyanın Xocalıda mühakimə edilməsini istəyir: "Ermənilər məhkəmənin harada keçirlməsindən aslı olmayaraq öz layiqli cəzalarını alacaqlar, ancaq məhkəmnin Xocalıda keçirilməsi bizim üçün simvolik addım olar. Biz illərdir bu faciəni Xocalı azad olunan günə qədər hər gün yaşamışıq. Əlləri Xocalıda doğmalarımızın qanına batan həmin cinayətkarlar da elə Xocalıda məhkəmə qarşısına çıxmalıdır, orada cəzalandırılmalıdır".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://modern.az
archiveBu xəbər 17 Fevral 2025 16:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see352

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see248

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see195

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see191

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see167

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see164

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see162

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see161

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see160

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see152

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see151

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see143

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see143

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see142

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see142

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see138

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri