Icma.az
close
up
RU
Dədə baba torpaqlarından didərgin düşmüş xocalılılar fəxarətlə öz evlərinə qayıdırlar ŞƏRH

Dədə baba torpaqlarından didərgin düşmüş xocalılılar fəxarətlə öz evlərinə qayıdırlar ŞƏRH

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son 30 ildə torpaqlarımızın işğaldan azad olunmasına yönəlik fəaliyyətimiz 2020-ci ildə İkinci Qarabağ - Vətən müharibəsindən sonra, 2023-cü ildə ərazi bütövlüyü, suverenliyimizin tam bərpa olunması ilə taclandı və beləliklə də bu günə qədər Azərbaycan xalqına qarşı törədilmiş bütün vəhşiliklərin, soyqırımlarının qisası alındı, şəhidlərimizin qanı yerdə qalmadı.
Lakin bunlara baxmayaraq biz qan yaddaşımızı, tarixdə Azərbaycan xalqına qarşı tutulmuş divanları, törədilmiş soyqırımı aktlarını unutmamalı, bu faciələrin yeni, gənc, vətənpərvər ruhda yetişən nəslə çatdırılmasında hərtərəfli fəaliyyət göstərməli, eyni zamanda, tariximizdə, ədəbiyyatımızda, folklorumuzda, bütövlükdə mədəniyyətimizdə hər zaman bu işlərə yer verməli, bu tarixi nəsildən-nəslə ötürərək xalqımızın belə faciələri yaşamasına bir daha yol verməməliyik.

Bizim.Media xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev söyləyib.
 

İkinci Dünya müharibəsindən etibarən tarixin ən fəlakətli soyqırımlarının həyata keçirildiyini qeyd edən deputat deyib: “Almanların yəhudilərə qarşı Holokostu, Bosniyadakı etnik təmizləmələr və Ruandadakı qırğınlar tarixin qanlı səhifələrinə çevrilib. Təəssüflər olsun ki, sülhün və bəşəriyyətin əleyhinə olan bu kimi cinayətlər müasir dövrümüzdə də davam edib və Azərbaycanın tarixində də qanlı yaraya çevrilib.


Azərbaycan xalqına qarşı törədilmiş vəhşiliklərdən biri də məhz Xocalı soyqırımıdır. 32 il əvvəl, 1992-ci ilin fevral ayında törədilmiş soyqırımı zamanı 106 qadın, 63 uşaq və 70 ahıl insan olmaqla 613 nəfər qətlə yetirilib, 1275 sakin girov götürülüb, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. Şəhər yerlə-yeksan edilib. Həmin faciəvi gecə zamanı 487 nəfər Xocalı sakini ciddi şəkildə şikəst edilib və onlardan 76 nəfəri uşaqlardan ibarət olub, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini və 130 uşaq isə valideynlərindən birini itirib”.
Məzahir Əfəndiyev diqqətə çatdırıb ki, şəhərin işğalı nəticəsində sosial-məişət obyektləri, fərdi yaşayış binaları ilə yanaşı, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi dağıdılıb. Şəhərdə XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olunub, qəbiristanlıq vandallara xas üsullarla dağıdılıb.
“Beləliklə, insanlarımız heç bir əxlaqa sığmayan işgəncələrə məruz qalıblar, beynəlxalq hüququn norma və prinsipləri kobud şəkildə tapdalanıb. Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaşı olduğunu dəfələrlə bəyan edən Ulu Öndər Heydər Əliyev hadisələrə beynəlxalq aləmdə əsl siyasi qiymətin verilməsinin zəruriliyini vurğulayıb, bu məsələnin dünya ictimaiyyətinə çatdırılması üçün əməli səy göstərib. “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”, - deyən Ümummilli Liderin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul edib.
Daha sonra Azərbaycan Prezidentinin 1997-ci il 25 fevral tarixli Sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədilə hər il fevral ayının 26-sı saat 17:00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilib.
Xocalı həqiqətlərinin dünyaya çatdırılması, eləcə də bu soyqırımına obyektiv qiymətin verilməsi istiqamətində bu gün də davamlı olaraq addımlar atılmaqdadır. Bu işi 2008-ci ildən etibarən "Xocalıya ədalət!" adlı beynəlxalq kampaniya çərçivəsində geniş təbliğ edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva öz ardıcıl əməyi ilə gənc nəslimizi bu faciə barədə məlumatları beynəlxalq aləmdə daha çox yaymağa həvəsləndirib.
 

Bu gün kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir. 100 minlərlə şəxs və 115 təşkilat kampaniyanın fəaliyyətini dəstəkləyir. Sosial şəbəkələrdə təşviqat, sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar və digər tədbirlər kampaniyanın məqsədlərinə çatmaq üçün istifadə olunan səmərəli vasitələri təşkil edir”, - deyə deputat bildirib.


O qeyd edib ki, bu il “Konstitusiya və Suverenlik İli”ndə Azərbaycan xalqı Xocalı soyqırımını, həlak olan insanlarımızın əziz xatirəsini yeni bir dövrdə yad edir. Bir tərəfdən təskinliklə qəhrəman övladlarımızın şücaətindən bəhs edərək şəhidlərimizin ruhunu şad edir, onların adlarının əbədiləşdirilməsini həyata keçiririk, digər bir tərəfdən isə işğaldan azad edilmiş torpaqlarımıza Böyük Qayıdışa şahidlik edirik. Qürurverici haldır ki, öz doğma yurdundan, dədə-baba torpaqlarından didərgin düşmüş xocalılılar qürurla, fəxarətlə öz evlərinə qayıdırlar.
Görülən işlər çərçivəsində 2024-cü il fevralın 26-da Ali Baş Komandan, Prezident İlham Əliyevin işğaldan azad olunmuş Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlini qoyması həmin faciədə dünyasını dəyişmiş soydaşlarımıza bütün Azərbaycan xalqının ehtiramının təzahürü idi.
Bu gün qalib xalqın yeganə istəyi, Xocalı faciəsinin beynəlxalq səviyyədə tanınması və Xocalı cinayətinin qatillərinin öz cəzalarını alması, yalnız o qanlı gecədə qurban olan insanların hüquqlarının yerinə yetirilməsi deyil, həmçinin gələcəkdə insanlığa qarşı baş verə biləcək soyqırımlarının və qırğınların qarşısının alınmasıdır.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://bizim.media
archiveBu xəbər 26 Fevral 2025 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri