Icma.az
close
up
RU
Xocalının kəndlərində həyat öz axarına qayıdır

Xocalının kəndlərində həyat öz axarına qayıdır

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Xocalı, 13 may, AZƏRTAC

Qarabağın işğaldan azad olunmasından sonra bölgədə aparılan genişmiqyaslı tikinti-quruculuq işləri sayəsində həyat yenidən bərpa olunur, keçmiş məcburi köçkün ailələri doğma yurdlarına qayıdırlar. Xocalı rayonunun Badara və Şuşakənd kəndlərinin sakinləri üçün də artıq yeni həyat başlayıb. Dövlət tərəfindən həyata keçirilən layihələr və müasir infrastrukturun yaradılması sayəsində bu ərazilər qısa müddətdə yüksək yaşayış standartlarına cavab verən mərkəzlərə çevrilib. İllərdir düşmən əsarətində qalan bu kəndlərdə indi yenidən Azərbaycan bayrağı dalğalanır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xocalı rayonunun Badara kəndində məskunlaşan ailələr arasında gənc nəslin nümayəndələri ilə yanaşı, Birinci Qarabağ müharibəsinin ağrı-acısını görmüş ağsaqqallar da var. Lakin gənclər üstünlük təşkil edir. Bu gün Badara və Şuşakənd kəndləri təkcə bərpa edilən evləri ilə deyil, həm də canlanan təsərrüfat həyatı ilə diqqət çəkir.

Badara kənd sakini Musa İbadullayev 1996-cı ildə məcburi köçkünlük dövründə, Bərdə şəhərində dünyaya göz açıb. O, Xocalını heç vaxt görməsə də, valideynlərinin xatirələri ilə böyüdüyünü bildirir: “Yaşım artdıqca ata-baba yurdum haqqında xəyallar qururdum. Bu gün həmin arzularım Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və ordumuzun şücaəti sayəsində gerçək olub. Badara kəndində məskunlaşdıqdan sonra dərhal təsərrüfat işlərinə başlamışam. Hazırda heyvandarlıqla məşğulam, həyətyanı sahəmizdə əkin-biçin işləri görürük. Bura gəldikdə Xocalının necə münbit torpaqlara, əsrarəngiz təbiətə malik olduğunun bir daha şahidi oldum. Bizim üçün burada hər cür şərait yaradılıb”.

Ailənin xanımı Əzət Salmanova da Qarabağa qayıdışını böyük qürur hissi ilə xatırlayır. “Mən 1998-ci il təvəllüdəm. Babalarımızdan eşitdiyimiz o cənnət məkanın indi sakiniyik. Burada yaşamaq həm böyük sevinc, həm də müqəddəs bir məsuliyyətdir. Çünki bu torpaqlar şəhidlərimizin qanı bahasına azad edilib. Qarabağın yazı, təbiətin oyanışı insanı valeh edir”, - deyən həmsöhbətimiz sevincini dilə gətirir.

Doğma yurda qayıdan gənclərin bu sevinci həm də nəsillər arasındakı qırılmaz mənəvi bağın təzahürüdür. Valideynlərindən eşitdikləri xatirələri indi öz gözləri ilə görən, bu torpaqlarda təsərrüfat işləri ilə məşğul olan gənclər Xocalının gələcək inkişafının əsas hərəkətverici qüvvəsinə çevrilirlər. Lakin bu sevinci ən dərindən duyanlar, yurdun hər daşına, hər cığırına bələd olan, vaxtilə bu yerləri ürək ağrısı ilə tərk edən yaşlı nəsildir. Onlar üçün bu qayıdış həm də yarımçıq qalmış ömür payının tamamlanması, tarixi ədalətin bərpa olunması deməkdir. Belə yaşlı sakinlərdən biri də Ədalət Salmanovdur. Birinci Qarabağ müharibəsinin iştirakçısı Ədalət Salmanov üçün Xocalıya qayıtmaq yenidən dünyaya gəlməyə bərabərdir. 1967-ci ildə Xocalıda doğulan Ədalət kişi 30 ildən çox davam edən həsrətin bitməsindən danışarkən göz yaşlarını saxlaya bilmir: “Mən buradan çıxanda valideynlərimlə getmişdim, təəssüf ki, onlar bu günü görmədilər. Amma mən indi övladlarım və nəvələrimlə doğma torpağımızdayam. Qırxqız dağının ətəyindən süzülüb gələn çayın səsi, o dağların əzəməti bizə güc verir. Badarada artıq bağ salmışam, meyvə ağacları əkmişəm. İndi məhsul gözləyirik. Hər qarış torpaqda həyatın yenidən dirçəldiyini görmək ən böyük xoşbəxtliyimizdir”.

Ədalət kişi, onu da bildirir ki, qohumları qonşu Daşbulaq kəndində məskunlaşıb. Bu da bölgədə ailə bağlarının yenidən bərpası və kəndlərin sürətlə canlanmasının göstəricisidir.

Həyatın yenidən dirçəldiyi məkanlardan biri də Şuşakənddir. Dağların əhatəsində, sıldırım qayaların və yaşıl meşələrin qoynunda yerləşən bu səfalı kənd öz saf havası, büllur bulaqları və strateji mövqeyi ilə hər zaman xüsusi əhəmiyyət kəsb edib. Burada həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri kəndin simasını tamamilə dəyişib, yollar çəkilib, mühəndis-kommunikasiya sistemləri yenidən qurulub və sosial infrastruktur yenilənib. Artıq Şuşakənd təkcə bərpa edilən tikililəri ilə deyil, həm də küçələrindən gələn uşaq sədaları, yeni salınan bağların təravəti ilə öz əvvəlki qaynar həyat ritminə qayıdır.

Səhərlər dağların zirvəsindən süzülən dumanın təbiətlə vəhdəti, axşamlar isə sükutu pozan xəfif dağ küləyinin pıçıltısı bu mənzərəni Qarabağın gələcək firavanlığının ən gözəl və unudulmaz tablosuna çevirir. Kəndin hər bir guşəsində hiss olunan bu dirçəliş ruhu, torpağa bağlılığın və milli qürurun təcəssümüdür. Bu qayıdış sadəcə bir məskunlaşma deyil, həm də tarixin ədalət tərəzisində öz yerini tapmasıdır.

Müxbir-Aydın Yavərzadə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 May 2026 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see341

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see308

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see253

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see248

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see217

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see215

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see208

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see202

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see201

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see199

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see199

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see194

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see190

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see184

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see183

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see182

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see176

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see175

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri