Xocasəndəki yanğın söndürüldü YENİLƏNİB
Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Xəbər verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində quru otluq sahədə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
"Unikal" xəbər verir ki, yanğınsöndürənlər tərəfindən açıq ərazidə baş vermiş yanğın tam söndürülüb.
Yanğın nəticəsində 12 hektar sahədə quru ot və kol-kos yanıb.
Ərazidəki ağaclar və ictimai iaşə obyektləri yanğından mühafizə olunub.
*** 21:30
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində quru otluq sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.
"Unikal" xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 31 May 2025 00:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















