Icma.az
close
up
RU
Xolesistit öd kisəsi iltihabı

Xolesistit öd kisəsi iltihabı

Saglamolun saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Öd kisəsi qarın boşluğunun sağ tərəfində qara ciyərin altında yerləşir.

Öd kisəsinin əsas funksiyası qara ciyər tərəfindən istehsal olunan ödün yığılması və saxlanılmasıdır. Həzm prosesi zamanı öd 12 barmaq bağırsağına ifraz olunur və burada piylərin həzmində iştirak edir.

Öd kisəsi həzm proseslərində çox əhəmiyyətli rol oynayır və bu səbəbdən onun iltihabı insanın ümumi vəziyyətinə çox mənfi təsir edir. Öd kisəsinin iltihabı "xolesistit" adlandırılır. Qadınlarda kişilərlə müqayisədə bu xəstəlik 5 dəfə çox müşahidə olunur.

Xolesistit kəskin və xroniki ola bilər. Kəskin xolesistit zamanı əksər hallarda öd kisəsində və onun axarlarında konkrementlər (daşlar) əmələ gəlir. Daşlar öd axarlarına düşdükdə ödün öd kisəsindən axması prosesi pozulur.

Xroniki xolesistit zamanı öd kisəsində öd daşları əmələ gəlmir, lakin bu heç də o demək deyil ki, bu forma təhlükəli deyil. Xroniki xolesistit istənilən zaman kəskinləşə bilər.

Xolesistitin simptomları:

- sağ böyürdə ağırlıq hissi,

- küt ağrılar (ağrı kürəyə və qola yayılır),

- iştahanın pozulması,

- həzm proseslərin pozulmaları,

- gəyirmə (ağızda acı dad),

- ürəkbulanması,

- nadir hallarda qusma,

- sarılıq (insanın dərisi və selikli qişaları sarımtıl rəng alır).

Bu simptomlar xüsusilə yağlı və qızardılmış qidaların qəbulundan sonra meydana çıxır.

Bu simptomlar meydana çıxdıqdan dərhal sonra qastroenteroloqa müraciət etmək lazımdır. Xəstəlik ilk mərhələlərində daha asan müalicə olunur. Əks halda pozulma daha ağır formaya keçərək çox təhlükəli fəsadların inkişafına səbəb ola bilər.

Kəskin xolesistit tutması bu kimi simptomlarla özünü büruzə verir:

- sağ böyürdə güclü tutmaşəkilli ağrılar,

- kəskin zəiflik,

- bədən hərarətinin artması,

- ağızda acı dad,

- tez-tez qıcqırma,

- qusma (xəstənin vəziyyətini yüngülləşdirmir),

- sarılıq.

Bu simptomlar öd kisəsində olan güclü iltihabdan xəbər verir, iltihab qonşu orqanlara da (qara ciyər, mədə, mədəaltı vəzi, 12 barmaq bağırsağı) toxunur.

Kəskin xolesestitin digər çox ağır fəsadı peritonitdir. Öd kisəsində olan daşlar onun divarlarını dartır, divarlar nazilir və nəticədə öd kisəsi yırtıla bilər. Öd kisəsinin möhtəviyyatı qarının boşluğuna düşür və qarının daxili qişasının iltihabına - peritonitə - səbəb olur. Peritonit insanın həlak olmasına səbəb ola bilər. İnsana təcili tibbi yardım tələb olunur (bir çox hallarda cərrahi əməliyyat).

Xolesistit xəstəliyinin əsas səbəbi öd kisəsindən ödün axması prosesinin pozulmasıdır. Bunun nəticəsində öd kisəsində durğunluq yaranır, durğunluq daşların əmələ gəlməsinə səbəb olur ki, bu daşlar ödün axmasını daha da çətinləşdirir və nəticədə öd kisəsi axarları daşlarla tam tutula bilər.

Ödün öd kisəsindən axması müxtəlif səbələrə görə pozula bilər:

- öd kisəsi və öd axarlarının mikroflorasının dəyişilməsi (immun sisteminin zəifləməsi nəticəsində və s.),

- iltihab (öd kisəsində və ya qonşu orqanlarda),

- hamiləlik, xüsusilə hamiləliyin 2-ci yarısı (hamilə qadının orqanizmində baş verən ciddi hormonal dəyişikliklərin nəticəsində),

- düzgün olmayan qidalanma (qida qəbulları arasında uzun fasilələr; yağlı, qızardılmış, hisə verilmiş qidaların müntəzəm qəbulu),

- piylənmə,

- azhərəkətli həyat tərzi (azhərəkətli həyat tərzi orqanizmdə gedən bir çox prosesləri  ləngidir ki, bu durğunluğa səbəb olur),

- irsiyyət (bu xəstəliyə olan meyillik irsən keçir).

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:263
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see434

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see372

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see290

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see276

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see258

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see251

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see248

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see237

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see230

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see226

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see222

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see220

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see218

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see218

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see211

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see210

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see208

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see207

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see202

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri