Icma.az
close
up
RU
Öd kisəsi xaric olunduqdan sonra...

Öd kisəsi xaric olunduqdan sonra...

Saglamolun saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İnsanın ödü öd turşularından ibarətdir. Ödün hasili qara ciyərin öd axarlarında baş verir. Oradan öd öd kisəsinə və sonra isə onikibarmaq bağırsağa daxil edilir.

Öd həzm proseslərində iştirak edir. Öd kisəsi rezervuar (anbar) funksiyasını yerinə yetirir. Həzm prosesinin aktiv dövründə (bu zaman onikibarmaq bağırsağı mədədə qismən həzm olunmuş qida ilə dolur) öd kisəsi ödü maksimal həcmdə onikibarmaq bağırsağa ifraz edir.

İnsan müntəzəm qida qəbul etmədikdə, qida qəbulları aralarında uzun məsafələr saxladıqda, tez-tez quru yeməkləri yedikdə, öd kisəsində durğunluq yaranır. Bunun nəticəsində öd kisəsində  iltihab prosesləri inkişaf edir və daşlar əmələ gəlir. Öd kisəsinin divarları nazikləşir və bu zaman öd çoxlu miqdarda yığıldıqda kisə yırtıla bilər. İnfeksiyalaşmış öd qarın boşluğuna düşür. Belə vəziyyət xəstənin həyatı üçün böyük təhlükə yaradır. Bu zaman təcili cərrahi əməliyyat təyin olunur və öd kisəsi xaric edilir. Əlbəttə ki, belə ağır fəsadları gözləmək lazım deyil. Planlı şəkildə aparılan əməliyyatdan sonra xəstə daha tez adi həyata qayıdır və əməliyyatdan sonra yarana bilən fəsadların ehtimalı da azalır.

Öd kisəsi xaric olunduqdan sonra (xolesistektomiya) insan ömrünün sonuna qədər pəhriz saxlamalıdır. Öd kisəsi olmadıqda öd yollarında öd yığıla bilməz və bu səbəbdən öd daha tez-tez xaric olunmalıdır. Bu o deməkdir ki, insan daha tez-tez qida qəbul etməlidir ki, öd yollarında öd durğunluğu baş verməsin.  Əks halda öd yollarında da iltihab baş verəcək və daşlar əmələ gələcək.

Beləliklə, öd kisəsi xaric olunduqdan sonra insan həmişə pəhriz saxlamalıdır. Xüsusən bu qida qəbullarının tezliyinə aiddir. Öd yalnız qida qəbulundan sonra bağırsağa daxil olunduğuna görə qidanı gün ərzində 5 dəfədən az olmayaraq qəbul etmək lazımdır. Qida qəbullarının arasında uzun fasilələr olmamalıdır.

Bundan əlavə öd kisəsi xaric olunduqdan sonra ödün tərkibində olan fermentlərin miqdarı da azalır. Bu səbəbdən belə xəstələrin rasionundan heyvani piyləri (qoyun və mal piyi) qəti surətdə xaric olunmalıdır. Əksinə isə bitki (günəbaxan, qarğıdalı və zeytun yağları) və süd yağları (kərə yağı) belə xəstələr üçün xeyirli hesab olunur.

Bütün qida buğda və ya suda bişirilməlidir. Qızardılmış qidalar isə əks göstərişdir.

Öd kisəsi xaric edilmiş insanın rasionuna aşağıdakı qidalar daxil ola bilər:

- sıyıqlar (qarabaşaq, düyü, darı, yulaf yarmaları);

- yağsız ət, toyuq və balıq (xüsusən dəniz balığı);

- yağsız süd məhsulları (kəsmik, xama, yoqurtlar və s.);

- yumurta (yalnız ilıq şəkildə);

-  bitki yağları, kərə yağı (az miqdarda);

- tərəvəzlər (xüsusən kök, balqabaq, qarpız, yemiş), meyvələr (yalnız şirin meyvələr, turş meyvə və giləmeyvələr əks göstərişdir);

- desert kimi mürəbbə, zefir, marmelad (az miqdarda).

Bu qidalar isə qəti surətdə əks göstərişdir:

- mədə-bağırsaq traktının selikli qişasını qıcıqlandıran qidalar: soğan, sarımsaq, turp, göbələk, ət və balıq bulyonları, kəskin, duzlu, hisə verilmiş qidalar, ədviyyatlar, konservlər;

- şirniyyatlar (tortlar, pirojnalar, konfetlər və s.);

- yağlı ət, balıq, toyuq;

- noxud, lobya, qara çörək;

- soyuq qidalar və içkilər (dondurma və s.) - onlar öd yollarının sıxılmasına (spazmına) səbəb olur.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:237
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 19 Noyabr 2024 01:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see380

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see321

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see310

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see248

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see242

“Şərurlu İsfəndiyar” oğluna dəbdəbəli toy məclisi qurdu (FOTO)

22 Noyabr 2026 03:46see241

Meryem Üzerli Maşa oldu FOTO

22 Noyabr 2026 04:01see239

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see237

Qızıl və gümüş yenə ucuzlaşdı

22 Noyabr 2026 15:36see223

Bakıda həbsdə olan şəxsin bağ evində silah sursat aşkarlanıb

22 Noyabr 2026 06:49see221

İdmançı müharibənin ekoloji fəsadlarına diqqət çəkmək üçün Hörmüz boğazını üzüb keçib

22 Noyabr 2026 04:48see218

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see213

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see211

Gürcüstanda matəm günü ilə əlaqədar dövlət bayraqları yarıya endirilib

22 Noyabr 2026 03:21see211

Dodaqların vəziyyəti BU XƏSTƏLİKLƏRDƏN xəbər verir FOTO

22 Noyabr 2026 06:19see208

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see206

PSJ ağır zədəsinə baxmayaraq Kvaratsxeliyaya böyük təklif hazırlayır

22 Noyabr 2026 06:14see206

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see196

Dünən bişirilən yeməyi bu gün yemək olarmı?

22 Noyabr 2026 04:06see195

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri