Xorvatiya yığmasının keçmiş futbolçusu avtomobil qəzasında ölüb
Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Fransanın "Monako" komandasının və Xorvatiya yığmasının sabiq yarımmüdafiəçisi Nikola Pokrivaç 39 yaşında yol-nəqliyyat hadisəsində dünyasını dəyişib.
Bu barədə Oxu.Az Xorvatiya Futbol Assosiasiyasının (HNS) rəsmi saytına istinadla xəbər verir.
Bildirilir ki, N.Pokrivaç 2015-ci ildən bəri ağır xəstəliklə mübarizə aparırdı. O, bu səbəbdən peşəkar futboldan getməyə məcbur olub.
Müxtəlif mənbələr avtomobil qəzasının cümə günü Karlovatsda dörd minik avtomobilinin toqquşması nəticəsində baş verdiyini söyləyirlər.
N.Pokrivaç da daxil olmaqla iki nəfər ölüb, daha üç nəfər xəstəxanaya yerləşdirilib.

Barselona Xorvatiya millisinin futbolçusu ilə maraqlanır
13 Noyabr 2024 15:49
Xorvatiya klubu Azərbaycan yığmasının üzvünü aldı 200 minə
21 İyul 2025 12:57
Xorvatiya millisinin sabiq üzvü yol qəzasında dünyasını dəyişib
19 Aprel 2025 10:20
Xorvatiya millisinin sabiq futbolçusu: Keçmiş komanda yoldaşım Saşa İliçə Azərbaycanda uğurlar arzulayıram
08 İyul 2025 11:33
Xorvatiya Mahirdən danışır
05 Noyabr 2024 13:50

