Icma.az
close
up
RU
Menu

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Xoş gördük Məşhur jurnalist Hikmət Hacıyevlə görüşdən YAZDI

Xoş gördük Məşhur jurnalist Hikmət Hacıyevlə görüşdən YAZDI

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

27-31 may tarixlərində Türkiyə və digər ölkələrdən gələn jurnalistlər Azərbaycana səfər edib. 50-ə yaxın jurnalist işğaldan azad edilən Şuşa və Xocalı şəhərlərində olub, Qarabağa qayıdan keçmiş məcburi köçkünlərlə görüşüblər.

Səfər çərçivəsində Qlobal Jurnalistlər Birliyinin üzvləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüş keçiriblər. Görüş əsnasında Azərbaycan-Türkiyə arasında münasibətlər, Qarabağda yenidənqurma işləri, son illərdə Azərbaycanın xarici siyasətində əldə edilən uğurlar və regionda söz sahibi olmağı ilə bağlı müzakirələr aparılıb. 
Ölkəmizdə 5 gün səfərdə olan jurnalistlər tərəfindən xarici mediada Azərbaycan və Hikmət Hacıyevlə görüşlə bağlı 300-dən çox məqalə dərc edilib.
Məqalə müəlliflərindən biri də Türkiyənin ən məşhur jurnalistlərindən hesab edilən, özünəməxsus tərzi ilə seçilən Yavuz Donatdır. Qeyd edək ki, Y. Donat Atatürk istisna Türkiyənin bütün prezidentlərindən müsahibə alıb.  
Modern.az Yavuz Donatın “Sabah” qəzetində Azərbaycanla bağlı qələmə aldığı silsilə yazılarından üçüncüsünü təqdim edir.

Xoş gördük


Hikmət Hacıyev... Azərbaycan Prezidentinin köməkçisi... “Qardaş ölkədən xoş gəlmisiniz” deyə sözə başladı: “Çətin günlərdə qardaş ölkə Türkiyə yanımızda oldu... Sevincimiz də birdir, kədərimiz də.”
Azərbaycan qeydləri... Bu, üçüncüsüdür.
Gəncədə... Şuşada... Xocalıda... Ziyarət etdiyimiz hər yerdə... Oteldə... Restoranda... Həmişə eyni sözləri eşitdik:
“Türkiyə... Qardaş ölkə.”
‘Vicdanlı qardaş’
Azərbaycan mətbuatının inkişafının 150 illiyi... Türkiyə–Azərbaycan media görüşü... Türk dünyasından gələn jurnalistlər də var.
Prezidentin köməkçisi Hikmət Hacıyevin çıxışından bir neçə başlıq:
Azərbaycan–Türkiyə qardaşlıq münasibətləri Atatürk dövrünə dayanır... Böyük qəhrəman Mustafa Kamal Atatürk.
Türkiyə bizim dünyamızdır... Qürurumuzdur... Hər zaman və hər mövzuda fikir mübadiləsi aparırıq.
Suriya siyasətində Türkiyənin rolu və çəkisi çox önəmlidir... Biz də dəstək verməyə hazırıq.
Hacıyev, Türkiyənin Fələstin məsələsinə həssas yanaşmasını yaxşı bilir.
“Rəhmli... Vicdanlı qardaş Türkiyə” deyir:
– Biz də Türkiyə kimi düşünürük... Fələstinli tələbələrə sahib çıxırıq.
Serial sektoru
Prezidentin köməkçisi Hikmət Hacıyevə sual verdik:
Sizin ən sevdiyiniz seriallar hansılardır?
– Mehmed: Fetihler Sultanı... Kuruluş Osman.
– Bəs həyat yoldaşınızın... Və qızınızın...?
Hikmət Hacıyev saymağa başladı... Təəccübləndik... Bu qədər serialı biz saya bilmərik:
– Kardelenler... Kral Kaybederse... Bir Gece Masalı... Gönül Dağı... İnci Taneleri... Sustalı Ceylan... Uzak Şehir... Sandık Kokusu.
Seriallarımız... Önəmli bir ixrac məhsuludur.

Televiziya serialları... “Türk dili müəllimi”
Araşdırma... Azərbaycanda türk serialları yerli (azəri) seriallardan daha çox izlənilir.
Araşdırmanı aparan... Azərbaycan.
Araşdırmadan bir qeyd: “TRT-Avaz... Ən çox izlənilən televiziya kanalıdır.”
Seriallarımız dublajsız təqdim olunur... Alt yazı da yoxdur.
Gəzib dolaşdığımız yerlərdə insanların türkcəsi o qədər səlis və düzgün idi ki... Türk dili müəllimi – “TRT-Avaz” və türk seriallarıdır.
Qardaş görüşü... Toplantı... Panel... Suallar... Cavablar...
Prezidentin köməkçisi Hikmət Hacıyevə təşəkkür plaketi təqdim olundu.

Qlobal Jurnalistlər Birliyinin sədri Mehmet Ali Dim ilə birlikdə plaketi təqdim edərkən soruşduq:
– Sizin evdə də türk serialları izlənilirmi?
Hikmət Hacıyev güldü:
– Əlbəttə... Təbii ki... Azərbaycanda türk seriallarının izlənilmədiyi ev yoxdur ki.
Qızımın adı Aylindir... “TV serialı Aylin” qızımın adının mənbəyidir.
Atam, Nazim Hikmətin şeirlərini çox sevdiyi üçün... Mənə “Hikmət” adını verib.

Bayraq
Bayraq Meydanı... Və demək olar ki, Bakının hər yerindən görünən bayraq... Hətta Ginnesin Rekordlar Kitabına da düşüb.
Altı usta dərzinin iki həftəyə tikə bildiyi... 500 kiloqramdan ağır olan Azərbaycan bayrağı.
Bayraq dirəyinin hündürlüyü – 191 metr.
Hikmət Hacıyev dedi: Bayrağın kaidesi... Ki bu olduqca böyük bir platformadır... Ağ mərmərlə örtülüb... Afyonkarahisardan gətirilib.
Dövlət binalarında... Milli Məclisdə... Nazirliklərdə... Bizim mərmər istifadə olunur.
Afyon ağ mərməri... Elazığ vişnəsi.
Sevindik
Hikmət Hacıyev dedi: “Bir-birimizə çox bənzəyirik” və bir nümunə göstərdi:
– Anadolu insanı kimiyik... Torpağımıza vurğunuq... Torpaqdan ayrı qala bilmirik.
Ölkədə düzənliklər çoxdur... Bərəkətli torpaqlar... Əkin sahələri...
Bizim nümayəndə heyətindən olan Afyonkarahisarlı, Odak Qəzetinin sahibi və yazarı Mehmet Emin Güzbey fürsəti əldən vermədi:
– Türkiyədən gəlib torpaqlarınızı əkib-becərmək istəyən olsa... Torpaq verərsinizmi?.. Bu mövzuda afyonlular çox təcrübəlidir... Kənd təsərrüfatında... Heyvandarlıqda.
Hikmət Hacıyev dedi: “Əməkdaşlıq mümkündür”
... Qeyd etdi.
Toplantıdan çıxarkən... Vida edərkən... Mehmet Emin Güzbey-in vizit kartını istədi... Telefon nömrəsini... Əlaqə məlumatlarını.

“Hakimiyyət xalqa məxsusdur”
Bura gəlmişkən... Parlamentə baş çəkməmək olmazdı. Diqqətimizi çəkdi... Paylaşmaq istərik:
Parlamentin divarında yazılmış söz: “Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır. – Əliyev”
Bizdəki kimi... Böyük Atatürkün dediyi kimi:
“Hakimiyyət qeyd-şərtsiz millətindir.”

Yenə diqqətimizi çəkdi... İqtidar və müxalifət millət vəkilləri qarışıq otururlar... İqtidar bu tərəfdə, müxalifət o biri tərəfdə kimi bir bölgü yoxdur... Bu, xoşumuza gəldi.
Təsadüfi olaraq... Bir yerə oturduq... Bir qadın millət vəkilinin oturduğu yerə... Xanım Pərvin Kərimzadənin.
Qarşımızda bir sənəd vardı. Xarici İşlər Nazirliyi tərəfindən Millət vəkili Kərimzadəyə göndərilmişdi.
Və gündəmdə... Qanun layihələri... Protokollar yer alırdı.

Divar şəkilləri
Parlamentin... Muzeyi də var... Divarda şəkillər.
9-cu Cumhurbaşqanı Süleyman Dəmirəllə Heydər Əliyevin fotosu.
Prezident Rəcəb Tayyib Ərdoğanın fotoları... İlham Əliyevlə birlikdə... 


Azərbaycan Parlamentinin qadın sədri ilə... Ümumi iclas zalında.

1.Hara getsən, Türkiyənin izləri... Bakıda... Digər şəhərlərdə.


2. Ərdoğan... Tanımayan yoxdur... Populyarlığı yüksəkdir.
3. Müxalifət... Xüsusilə də Özgür Özel... Bu coğrafiyanı laqeyd yanaşmamalıdır.

Uşaq bağçası
Uşaqlar.. uşaqlar... uşaqlar... Başlarında müəllimlər


Parlamentdə uşaqlar. Muzeylərdə... Mədəniyyət mərkəzlərində uşaqlar. Şəhidlər Xiyabanında... Yenə uşaqlar. Birlikdə şəkil çəkdirdik. Mükəmməl türk dili... Türk televiziyası... Uşaq proqramları.

Gülməmək mümkün deyil
Telefon taksi... Günün istənilən saatı xidmətinizdə. Yükdaşıma... Kuryer... Ucuz... Bundan ucuzu ancaq piyada. Və... Bu çox vacibdir... Sürücü “AYIQ”. Bəli... İçki içməyib... Sərxoş deyil... Ayıq.

Sabah... Mangal Restoran
Azərbaycanla bağlı son qeydlər sabah... Türk şəhidliyi... Türkiyənin inşa etdiyi məscid... Bazar, çarşı. Və Mangal Restoran... Elə bilirsiniz ki, Türkiyədəsiniz.

Yavuz Donatın Azərbaycanla bağlı yazılarının linki: //www.sabah.com.tr/yazarlar/donat/2025/06/12/hos-bulduk
//www.sabah.com.tr/yazarlar/donat/2025/06/10/karabagin-kalbine-yolculuk
//www.sabah.com.tr/yazarlar/donat/2025/06/09/can-azerbaycan

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://modern.az
archiveBu xəbər 12 İyun 2025 13:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see336

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see328

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see325

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see315

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see276

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see265

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see262

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see258

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see253

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see250

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see228

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see227

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see219

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see213

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see210

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see208

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see195

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see193

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see185

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri