Icma.az
close
up
RU
Xoş günləri statusda paylaşdıqda göz dəyir? MARAQLI AÇIQLAMA

Xoş günləri statusda paylaşdıqda göz dəyir? MARAQLI AÇIQLAMA

Icma.az, Sfera.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bəzən bir qrup insanın inancı bir müddət sonra cəmiyyət arasında qəbul olunaraq böyük bir mədəniyyətin tərkib hissəsinə çevrilir.


Bunlardan biri də "göz dəymək", "nəzəri toxunmaq" inancı, anlayışıdır. Göz dəymək, müxtəlif mədəniyyətlərdə mənfi təsir və bədbəxtlik gətirən bir hadisə kimi qəbul edilir. 


Bəs həqiqətən göz, nəzər varmı?


Mövzu ilə bağlı Sfera.az-a danışan psixoloq Aygün Cəfərova bildirib ki, bu inancın mənşəyi daha çox psixoloji təsirlərlə əlaqəlidir:


"Sosial şəbəkələrdə başqalarının həyatını izləmək, paylaşımlarını görmək və ya şəxsi uğurlarını öz uğursuzluqları ilə müqayisə etmək nəticəsində insanlarda narahatlıq yaranır. Bəzən bu narahatlıq, hətta qısqanclıq və digər mənfi hisslərə yol açır.İnsan nəyə inansa, onun reallaşma frekansı daha yüksəkdir. Məsələn, bir insan paylaşdığı bir uğuruna görə ona göz dəyəcəyinə və başına pis bir iş gələcəyinə inansa, bu olacaq. Bir çox insan məhz bu baxımdan xoş günləri ilə bağlı status paylaşmaqdan qorxur. Göz dəymə fikrindən uzaqlaşmaq üçün pozitiv düşüncəyə fokuslanmaq lazımdır. İnsan öz enerjisini müsbət tərəflərə yönəltdikdə pis niyyətlərin ondan uzaqlaşması mümkündür".


Psixoloq diqqətə çatdırdı ki, fərqli mədəniyyətlərdə göz dəymə anlayışı fərqli izah edilir:


"Məsələn, Latın Amerikasında "mal de ojo" adlandırılan bu anlayış İspan dilində "pis göz" kimi tərcümə olunur və qısqanclığın gücü ilə əlaqələndirilir. Yaxın Şərqdə və Asiyada bir çox inanclarda göz dəymə fəlakətli bir güc kimi qəbul edilir. Bəzi mədəniyyətlərdə isə göz dəymə qarşısında "gözlük taxmaq", "dərman və ya dua oxumaq" kimi qorunma üsullarına müraciət edilir.Göz dəyməyin təsirini izah edən elmi bir nəzəriyyə və sübut yoxdur". 


Ülkər Abdurahmanlı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://sfera.az
archiveBu xəbər 17 Fevral 2025 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see430

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see336

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see330

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see298

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see246

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see245

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see234

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see214

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see214

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see205

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see201

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see200

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see198

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see197

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see193

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see190

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see183

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see181

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri