Icma.az
close
up
RU
Nərimanovda kim, nəyi sökür? Başçının müavinindən MARAQLI AÇIQLAMA

Nərimanovda kim, nəyi sökür? Başçının müavinindən MARAQLI AÇIQLAMA

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xəbər verdiyimiz kimi, Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Qərib küçəsi 10B ünvanında yaşayan sakinlər evlərinin kompensasiya ödənilmədən sökülməsindən narazılıq edirlər. Onların bildirdiyinə görə, “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən ərazidə söküntü işlərinə başlanılıb, lakin rəsmi bildiriş və ya təzminat təqdim edilməyib.

Sakinlərin iddiasına görə, iyulun 21-dən etibarən texnika əraziyə gətirilib və söküntü prosesi davam etdirilir. Yerli əhali kompensasiya məbləği və ya alternativ yaşayış sahəsi ilə bağlı da heç bir məlumat almadıqlarını vurğulayıb. Onlar bu prosesin hüquqi əsaslarla aparılmadığını bildirirlər.

Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar CəmiyyətiBakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirmişdi ki, dəmir yolları ətrafında qanunsuz tikililər uzun illərdir problem olaraq qalır. Qurumun açıqlamasında qeyd olunub ki, xüsusilə Abşeron dairəvi xətti, Nərimanov-Böyükşor və Keşlə sahələrində mühafizə zolaqları nəzərə alınmadan tikinti işlərinin aparılması dəmir yolu infrastrukturuna təhlükə yaradır.

ADY-nin məlumatına görə, mühafizə zolaqlarının eni bəzi sahələrdə 100 metrə qədər dəyişir və bu ərazilərdə insan və heyvanların qəfil çıxışı faciəvi nəticələr doğura bilər. Bu hallar həm də qatarların sürətini və xidmət keyfiyyətini azaldır. Qurum vurğulayıb ki, bu tikililər dövlət proqramları çərçivəsində aparılan nəqliyyat infrastrukturunun yenilənməsinə də mane olur.

Azərbaycan qanunvericiliyinə əsasən isə, mülkiyyət hüququ yalnız ictimai ehtiyac halında və öncədən ədalətli kompensasiya verilməklə məhdudlaşdırıla bilər.

Mövzu ilə bağlı Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının müavini İlqar MirzəyevBakıvaxtı.az-a bildirib ki, baş verən proseslərlə bağlı geniş və detallı məlumatı yoxdur. Onun sözlərinə görə, sifariş “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən verilib və sözügedən ərazidə yalnız Nərimanov rayonu deyil, bir neçə fərqli inzibati ərazi vahidindən olan sakinlər yaşayır.

İlqar Mirzəyev əlavə edib ki, hazırda ərazidə İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin əməkdaşları mövcud durumu müşahidə edir və mövzu ilə bağlı əlavə araşdırmalar aparılır.

Qeyd edək ki, Azərbaycan qanunvericiliyinə əsasən, mülkiyyət hüququ yalnız ictimai ehtiyac olduqda və əvvəlcədən ədalətli kompensasiya verilməklə məhdudlaşdırıla bilər.

Məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyini işıqlandırmağa davam edəcəyik.

Əli Hüseynov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:235
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 24 İyul 2025 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see315

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see308

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see295

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see290

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see287

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see286

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see259

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see258

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see240

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see239

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see237

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see236

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see227

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see224

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see198

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see186

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri