Icma.az
close
up
RU
Xoşbəxt adam Cübran Xəlil Cübranın hekayəsi

Xoşbəxt adam Cübran Xəlil Cübranın hekayəsi

Icma.az, Kulis.az portalına istinadən məlumatı açıqlayır.

Bu gün görkəmli Livan şairi və yazıçısı Cübran Xəlil Cübranın doğum günüdür.

Kulis.az Nəriman Əbdülrəhmanlının tərcüməsində onun "Xoşbəxt adam" hekayəsini təqdim edir.

Bir dəfə böyük Şariya şəhərinə səhradan gəzərgi bir adam gəldi. Olanı yalnız əynindəki paltar və əlindəki əsa idi.

O, Şariyanın küçələrini gəzə-gəzə müstəsna gözəlliyə malik olan bu şəhərin məbədlərinə, qüllələrinə və saraylarına tamaşa eləyirdi. Həm də yoldan ötüb-keçənləri tez-tez söhbətə tutur, gördükləri barədə soruşurdu. Amma onlar bir-birlərinin dilini başa düşmürdülər.

Günorta o, sarı mərmərdən ucaldılmış əzəmətli bir binanın qarşısında dayandı. Adamlar ora tamamilə maneəsiz girib-çıxırdılar.

“Ola bilsin, məbəddi”, – gəlmə adam düşünüb içəri girdi. Amma masaları arxasında çoxlu sayda kişi və qadının əyləşdiyi gözəl bir zalı görəndə xeyli təəccübləndi. Onlar yeyib-içir, musiqiyə qulaq asırdılar.

“Yox, – gəlmə öz-özünə dedi, – nəsə dua eləyənə oxşamırlar. Bu, yəqin, şahzadələrin hansısa bir əlamətdar hadisəylə əlaqədar təşkil elədiyi kef məclisidi”.

Həmin məqamda gəzərgi adamın şahzadə xidmətçisinə oxşatdığı bir nəfər ona yaxınlaşıb süfrəyə dəvət elədi. Sonra ona ət, şərab və ən ləziz şirniyyatlar verildi.

Yeyib doydu və getməyə hazırlaşdı. Onu qapı ağzında dəbdəbəli geyimdə olan ucaboy bir kişi qarşıladı.

“Hə, yəqin, bu, şahzadənin özüdü”, – gəlmə adam ürəyində fikirləşdi, təzim eləyib minnətdarlığını bildirdi.

Ucaboy kişi cavabında öz şəhərinin dilində dedi:

– Ağa, sən yeməyin pulunu ödəməmisən.

Amma o, deyiləni başa düşməyib, yenə ürəkdən minnətdarlıq elədi. Ucaboy kişi əvvəlcə fikrə getdi, amma yadelliyə diqqətlə baxıb, nimdaş paltarını görəndə başa düşdü ki, onun yeməyin haqqını ödəməyə pulu yoxdu. Əlini əlinə vurub ucadan səsləndi. Kişinin çağırışına dərhal dörd gözətçi gəldi. Onlar əmri dinləyib gəzərgi adamı həbs elədilər. Hər tərəfində iki gözətçi dayandı. O, gözətçilərin geyimlərinin gözəlliyini, özlərini vüqarla apardıqlarını görüb heyrətləndi.

“Görünür, bunlar da əsil-nəcabətli adamlardı”, – nəticə çıxardı.

Onlar birlikdə məhkəmə binasına girdilər. Orada gəzərgi adam saqqallı, gözəl əbalı bir kişini taxtda əyləşmiş görüb fikirləşdi ki, hökmdarın hüzurundadı və belə bir şərəfə layiq görüldüyünə görə də sevindi.

Gözətçilər, əslində hakim olan o şəxsin hüzuruna gətirdikləri adamın nədə günahlandırıldığını bildirəndə o, iki iclasçı təyin elədi ki, onlardan biri iddiaçı, digəri müdafiə olunan tərəfi təmsil eləsin. Onlar da bir-bir yerlərindən qalxıb öz dəlil-sübutlarını söyləməyə başladılar. Amma gəlmə adam elə bildi ki, təbrik nitqləri söylənilir və qəlbi bütün bu hörmət-izzətə görə hökmdara qarşı minnətdarlıq hissiylə doldu.

Sonra hökm verildi. Həmin qərara görə yadellinin boynundan üstündə günahı yazılmış lövhə asacaq, özünü yəhərsiz ata mindirib şeypurların və təbillərin sədası altında şəhərdə gəzdirəcəkdilər.

Məhkum at belində şəhərdə gəzdiriləndə şəhər sakinləri irəlidə gedən şeypurçunun və təbilçinin qaldırdığı səsə tökülüşüb gəldi, yadellini görüb ələ salmağa başladılar, uşaqlarsa dəstə-dəstə arxasınca qaçdılar. Gəzərgi adamın qəlbi hədsiz minnətdarlıq hissiylə doldu, gözləri parıldadı, çünki elə bildi, boynundan asılmış lövhə hökmdarın mərhəmətinin əlaməti, bu yürüşsə onun şərəfinə təşkil olunmuş təntənədi.

O, qəfildən camaatın arasında özü kimi bura səhradan gəlmiş şəxsi gördü. Qəlbi sevincdən dağa döndü, ucadan qışqırdı:

– Ey, dostum! Səninlə biz hara gəlib çıxmışıq? Bu nə sevincdi? Burada nə qədər səxavətli insan yaşayır? Təsadüfi bir adamı öz saraylarında qonaq eləyirlər, şahzadələr şərəfinə ziyafət verirlər, hökmdar sinəsindən fərqlənmə nişanı asır, hələ üstəlik, həqiqətən, Allahın lütfü olan bu şəhərin camaatı da pişvazına çıxır!

Amma səhradan gəlmiş həmin adam cavabında dinib-danışmadı. O, yalnız gülümsünüb yüngülcə başını tərpətdi. Mərasim isə davam elədi.

Gəzərgi adam qürurla başını dik tutmuşdu, gözləri parlayırdı.

Məleykə Əsədova: "Qızımın 20 yaşı olsa da, bunu əsla edə bilməz" “Yeni il möcüzəsi” adlı şənlik təşkil edildi Qəlbin mənim qəlbimə lap çoxdan nişanlanmış... - Günün şeiri
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://kulis.az
archiveBu xəbər 06 Yanvar 2026 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see450

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see338

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see256

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see247

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see237

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see230

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see220

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see218

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see204

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see197

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see197

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see196

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see196

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see191

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see190

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see187

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see183

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see160

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see160

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri