Icma.az
close
up
RU
Menu

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

London konsertinə hazırlıq başladı

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

BBC: “Trampın Arkası” silahlandırılacaq!

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

Payızda bağda görülən 6 iş

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

Xoşbəxt tale, xoşbəxt yol...

Xoşbəxt tale, xoşbəxt yol...

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rəşid FAXRALI

Şeir duyumdu, duyğudu, poetik mükalimələşmədi. Yaxşı şeir oxucunun düşüncələrinin səmumuna dönür, belə şeirlərin ruhunda bayatı müqəddəsliyi də olur, min illərin o üzündən dikələn milli-xəlqi ruhun pıçıltıları da, şairin ruhunun işığı da. Belə şeirlər gözə də xoş gəlir, könülə də.

Duyumdan düşüncələrə, düşüncələrdən şeirə köçürülən poetik işıq misra-misra, bənd-bənd boy göstərib bəşəri düşüncələr sistemində "Mən də varam!" deyir, səmimiyyətlə deyir. Bu səmimiyyət şeirin də, şairin də ruhunun dünyası kimi tanınır. Paşa Babakərlinin "Taleyim - yol yoldaşım" şeirlər kitabı mənə bir gerçəkliyi təkrar yaşatdı: duyumla təfəkkürün, təfəkkürlə poetik ruhun ünsiyyəti, obrazlı şəkildə desək, dan yeri söküləndə əsən mehi, çiçək üstə şehi, yaz yağışından sonra göy üzünə sərilən qövsi-qüzehi xatırladanda necə gözəlləşirmiş!..

Paşa Babakərlinin "Vətən" şeirinin məntiqi vurğusunu oxuyan (oxucu) hələ səslənməyən and bilir. Vətən haqqında minlərlə şeir yazılıb, minlərlə duyum şeirləşdirilib, Paşa Babakərli havası, suyu, dağı, daşı, bayrağı bildiyi Vətəni özünün dostu, sirdaşı bilir. Bu dostluğun sədaqətliyinin, etibarlığının zəmanəti "Xilaskar əsgərim" şeirindədi, özünü də döyüşən əsgərlərin ruh qardaşı bilən şair qürurla deyir:

Səsinə qurban kəsim,

Murovdan gəlir səsin;

Sən orda Tur dağımsan,

Tur, xilaskar əsgərim!

Azərbaycanın dövlət bayrağına onlarla şeir yazılıb. Hər birində sevgi var, qürur var, inam var, bir də sevginin özünəməxsusluğu var. Paşa Babakərlinin "Azərbaycan bayrağı" şeiri ricətdi sanki: "Başımız üzərində həmişə sən olacaqsan!" deyimi "Bir daha enməyəcəksən" fikrinin sinonimi kimi səslənir (dərk edilir). Bu qənaət "Oğullar döyüşlərə gedib Vətən oldular" fikri ilə yozulmalıdır (yozulur). Ona görə də Paşa Babakərli deyir ki:

Yaşasaq, and yerimiz,

Ölsək, kəfənimizdi

Azərbaycan bayrağı!

Azərbaycana qarşı ərazi idiası Ermənistanın elan etmədən başladığı işğalçılıq müharibəsinə səbəb oldu, torpaqlarımızın 20 faizi işğal olundu. İşğal uzun çəkdi. O illərdə poeziyamızın hərbi ruhun andına dönən misraları ürəklərdən dikəldi. 2020-ci ilin 27 sentyabrında əks-hücum əməliyyatı ilə İkinci Qarabağ müharibəsi başladı. Azərbaycan Ordusu döyüşə-döyüşə qələbələr qazandı. Qələbələr qazana-qazana döyüşdü. Və noyabrın 8-də Şuşanı işğldan azad etdi. Ermənistan məğlub oldu, 2023-cü ilin 20 sentyabrında isə Azərbaycanın ərazi bütövlüyü tam bərpa edildi.

Bilavasitə bayrağa həsr olunmasa da, Paşa Babakərlinin "Sənin bayrağın" şeiri bayrağa sevgi kimi oxunacaq - vətənpərvərlik şeiridi, vətənpərvərliyin şeiridi. Uzaq Macarıstanda zabit rütbəsində milli heysiyyətinin əsgəri olan Ramil Səfərova həsr olunub, ramillərin ruhunun işığı var bu şeirdə. Ona görə bunca düşündürücüdü, bunca mahiyyətlidi, bunca emosiyaların poetik ifadəsi kimi qətiyyətlidi:

Şərəfdir yolunda verilirsə baş,

Nə qədər uluymuş bu torpaq, Allah!

Nə qədər doğmaymış bu ağac, bu daş,

Nə qədər ucaymış bu bayraq, Allah!

Qarabağ gündüzlər düşüncələrimizdə olub, gecələr yuxularımızda. İllah da şairlər üçün, illah da tanıdığım, istedadına bələd olduğum şairlər üçün, illah da Paşa Babakərli üçün. "Məni Qarabağa qaytar, əsgərim!" şeirinin bədii intonasiyası deyir ki, haqlısan, Rəşid Faxralı:

Şuşasız bir günüm, bir gecəm olmur;

Məni Qarabağa qaytar, əsgərim!

Şuşaya yazılmş şeir kimi görünən bu şeir işğalın sonuna aparan poetik yoldu və bu poetik yol Azərbaycan poeziyasının Azərbaycan əsgərinə sevgisinin, sevgisinə sədaqətinin rəmzidi, düşünürəm (və belə düşünməkdə haqlıyam)!..

Şuşaya nə qədər, nə qədər şeir yazıldı, yazılacaq da. Paşa Babakərlinin Şuşaya həsr etdiyi şeir bir qədər fərqli düşüncəylə (və fərqli sevgiylə!) yazılıb. "Filankəsin başına filankəsin daşı düşdü" deyiminə yeni poetik ülgü könüləyatımlıdı (müəyyən mənada, Şuşa uğrunda döyüşənlərimizə, bu döyüşlərdə şəhid olanlarımıza poetik ehtiramdır):

Düşmən başına düşmüş

Daşım, xoş gördük səni.

Şuşam, xoş gördük səni!

Şuşam, xoş gördük səni!

Ruhumuzun şəhəri kimi hamı Şuşanı ruhunun qibləsi bilirdi (elə indi də bilir). Şuşanı görmək, Şuşaya getmək qalib ordunu ziyarət deməkdi. Bu ziyarət Vətənə sevginin ziyarətidi. Paşa Babakərli ruhurəvanların ziyarətinin şəhid məzarlığında tamamlanacağını bildirir, xatırladır ki, "Bütün yollar bitəcək şəhid məzarlığında":

Şəhidlərin yanında özünüzə yer seçin,

Bütün yollar bitəcək şəhid məzarlığında.

Paşa Babakərlinin ruhu Babakərdən, deməli, Qaçağandan, deməli, Borçalıdan uzaq olmayıb. "Yaxın qəribliyin" sızıltılarını ruhunda hiss edən şair tarixi də qınayır, tarixin tərs gərdişini də. Neçə yüz illər əvvəl Suqovuşanda dikələn ağrı Borçalının ruhunu sızlatmadadır. Ziyadoğluna görə, Nadir şah həmin gün tarixi bir suçun boyuna "fərman həmayili" asdı. Poeziyamız yüz illərdi bu həmayilə görə sıxılcımlardadı.

Ağır töhmətidi Ziyadoğlunun,

İgid Cavad xanın qoludu Gəncə, -

deyən Paşa Babakərli olanların və olacaqların şairi kimi düşüncələrini aydınlığı ilə yazır:

Hələ öz yükünü özü tək çəkir,

Məğrurdu, igiddi, şuxdu Borçalı.

Nakam sevgimizdi, elə bilin ki,

Başımız üstündə ruhdu Borçalı,

Bir az Borçalıya diqqət göstərin!

Kimə yazılıb bu şeir? - mənə, sənə, ona, hamımıza. Zaman anlamında dünənlərin suçunu çəkməyə məhkum olanlara. Hərə "öz yükünü götürür". Paşanın dediyi "diqqət" mənəvi həmrəylikdi, mənəvi əməkdaşlıqdı, mənəvi borcödəmədi...

SSRİ dağıldı, SSRİ hökuməti rəhbərliyinin liberallığı müstəqillik əldə edən müttəfiq respublikaların siyasi imicinin üstündə siyasi yellər əsdirdi, kimisinə "səmum", kimisinə "meh", kimisinə "qasırğa". Və Avropa kimisini qanadı altına aldı, kimisinin "qanadını salmaq istədi". Belnəlxalq təşkilatlar da eləcə. Paşa Babakərli heysiyyətli şair olaraq bu ikili münasibətin - ikili standartın nəticələrini gümandan daha çox gerçəklik müstəvisində ifadələşdirib:

Bizim qanımızmış içinin yağı,

Yüz ölkənin gücü təkərciyində.

Sən demə, ən böyük dayanacağı

Ən böyük qaçqınlar şəhərciyində...

Bizi Avropaya aparan qatar.

"Xocalıdan qaçan körpə" poeması ötən əsrin ən ağır faciəsinin sözlə ifadəsidi. Faciənin ağrılarının poetik anatomiyasıdı. Paşa Babakərli faciənin törədilməsindən yazanda da, onun nəticələrindən danışanda da azərbaycançılığın, milliliyin söz əsgəridi. Vaxtilə ordumuzda zabit kimi xidmət etmiş Paşa Əmircanov (Babakərli) bu ağrılara "bir köynək" yaxın olub. Bu yaxınlıq onun düşüncələrinin masasına dönüb və istedadlı şair Xocalıdan qaçan körpənin obrazını yarada bilib: Xocalılılar Xocalıdan qaçanda anası düşmənin əlinə keçməmək üçün südəmər körpəsini boğur. Amma onu atmır, özü ilə Ağdama aparmaqda qərarlı olur. Paşa Babakərli Xocalıdan qaçan (ana qucağında qaçan!) körpəyə xitabən yazır ki:

Anan səni sinəsində

Dəli kimi aparırdı.

Bayaq canlı uşaq idin,

İndi isə ölü kimi aparırdı.

Ağdama çatanda... möcüzə! -

Birdən qəfil

gözlərini açırsan sən.

Nəfəs dərib

Tez ananı qucursan sən...

Poemada rəmz inamdır, sabahlara inam, həm də poetik inam...

Şeir də, şeirlər kitabı da şairin oxucusuyla mükalimələşməsidi, dedik. Şeir yaxşı şeirdisə, kitab yaxşı kitabdı. Kitab yaxşı kitabdısa, mükalimələşmə səmimi söhbətləşmə olur. Paşa Babakərlinin "Taleyim - yol yoldaşım" kitabı, inanırıq ki, oxucularıyla səmimi mükalimələşməsi olacaq...

Paşa Babakərlinin yol yoldaşı - şair taleyi çox xoşbəxt imiş!..

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:227
embedMənbə:https://525.az
archiveBu xəbər 23 Oktyabr 2025 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see338

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see225

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see224

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see213

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see210

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see208

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see204

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see195

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see194

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see191

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see190

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see188

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see172

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see169

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see168

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see164

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see162

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see161

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see161

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri