Icma.az
close
up
RU
“Xoşbəxtəm ki, həyatımda heç kəsə bənzəməyən bir insanla yaşadım” Tarixdə bu gün

“Xoşbəxtəm ki, həyatımda heç kəsə bənzəməyən bir insanla yaşadım” Tarixdə bu gün

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

5 iyun Azərbaycanın Xalq şairi Vaqif Səmədoğlunun doğum günüdür. “Yoldan teleqram”, “Günü baxtı”, “Mən burdayam, İlahi...”, “Uzaq, yaşıl ada”, “Gürzəçöl yazıları” kitablarının müəllifi olan şair “Bəxt üzüyü”,  “İntizar”, “Uca dağ başında”, “Lotereya”, “Yayda qartopu oyunu”, “Yaşıl eynəkli adam” kimi pyeslərin də müəllifidir.

Doğum günü ərəfəsində mərhum şairimizi yad etmək üçün xanımı Nüşabə Vəkilova ilə söhbətləşdik.

- Vaqif Səmədoğlusuz 11-ci 5 iyun. Doğum günlərində onu necə yad edirsiniz?

- Onsuz da, o, daim mənimlədir. Adətən, biz onun ad günlərində özünün xeyir-duası ilə kitab çap etdirirdik. Vəfatından sonra da çap olunmayan əsərlərini, şeirlərini çap etdirməyə başladım. Biz Vaqiflə ailə quranda sözün düzü, mən onun yaradıcılığı ilə tanış deyildim. Bircə “Bəxt üzüyü” pyesini bilirdim. Evlənəndən sonra artıq onun yaradıcılığına daha dərindən baş vurdum. Vaqifin yaradıcılığı sovet ideologiyasına uyğun gəlmirdi. 1968-ci ildə kiçik həcmli “Yoldan teleqram” kitabı, 1972-ci ildə “Günü baxtı” kitabı çapdan çıxmışdı. İkinci kitab çıxanda özü burada olmayıb. Gələndə görür ki, kəsilmiş, doğranmış halda balaca bir kitab çıxıb. Ondan sonra qərar verir ki, daha şeirlərini üzə çıxartmasın. Xasiyyətində də yox idi ki, kiməsə nəyisə sübut etsin, hansısa nəşriyyatda redaktora nəsə izahat versin. Yaza-yaza “susmağı” seçdi. Mənimlə evlənəndən sonra ilk böyük kitabını nəşrə hazırlamağa başladı. Bir gün baxdım ki, bu iş çox ləng gedir, özümü verdim işə. Başladım, şeirlərini makinada çap etməyə. Artıq mən onun yaradıcılığı ilə maraqlanmağa başladım, daha dərinə baş vurdum. Nəhayət 24 ildən sonra, 1996-cı ildə ilk böyük kitabı - “Mən burdayam, İlahi...” çapdan çıxdı. Sonradan isə digər kitablarının da çapa hazırlanmasını öz üzərimə götürdüm. Bir gün ona sual verdim ki, mən olmasaydım, necə olardı, bu işləri kim görəcəkdi? Dedi, mənim işim yazmaqdır, bəlkə də, cəmi bir kitabım çıxacaqdı, yəqin mənim xoşbəxtliyimdir ki, qarşıma sən çıxdın. İnsan bütün dünyanı xoşbəxt edə bilməz, xilas edə bilməz. Əgər bir insana bu hissləri yaşadırsansa, yəqin ki, bu sənin qələbəndir. Nə gözəl ki, kimisə həyatda xoşbəxt eləmişəm. Bizim aramızda hər şeydən əlavə, yaradıcılıq birliyi başladı. Münasibətlərin möhkəm olması üçün bu, çox vacibdir. Bu işbirliyinin mövcudluğu ömür yoldaşınla münasibətlərin daha etibarlı və daha inamlı olmasına gətirib çıxarır. Özümü tamamilə onun yaradıcılığına buraxdım. Baxmayaraq ki, elmlər namizədi idim, öz elmi işlərim var idi, amma onun yaradıcılığının təbliği mənim əsas qayəm oldu. Bu isə həm mənim, həm də yəqin ki, onun xoşbəxtliyi idi. Biz bu yolla bir-birimizi tamamladıq. Vaqif müəllim mənə hərdən deyirdi ki, şairlə yaşamaq çətindir, axı sən niyə mənə gəldin? Elə deyəndə mən də dedim ki, indi də gec deyil, səhvimi düzəldə bilərəm (Gülür). Dedi ki, yox artıq gecdir...

Yarım, dizlərinə döy,

Mən çıxdım qabağına,

Lənət şair cinsinin

Qarasına, ağına...

Özüm yaradıcı ailədə, musiqi aləmində böyümüşəm, musiqi ilə məşğul olmuşam və bu səbəbdən yaradıcı insanlar həmişə mənə maraqlı olub. Musiqini poeziyadan daha çox sevirəm. Vaqif müəllimə də demişdim ki, sən təkcə şair olsaydın, mənə maraqlı olmazdın, ilk növbədə musiqiçisən deyə sənə gəldim. Bizim musiqi zövqlərimiz də üst-üstə düşürdü. Deyirlər təsadüflər yoxdur. Yəqin bizim görüşməyimizdə də bir hikmət var imiş. Mənə deyirlər ki, sən çox xoşbəxt qadınsan. Əlbəttə, xoşbəxtəm ki, həyatımda heç kəsə bənzəməyən bir insanla rastlaşdım, onunla yaşadım.

- Müsahibələrində də sizi çox istədiyini xüsusilə vuğulayırdı.

- Əlbəttə, mənim ona, yaradıcılığına münasibətimi görürdü, özü də deyirdi ki, sevmək ilk növbədə əməldə, işdə olmalıdır. Bilirsiniz, əsas odur ki, hiss edəsən ki, sən bu insana lazımsan və onun sənə ehtiyacı var. Onun mənə verdiyi dəyəri münasibətində və mənə yazdığı şeirlərdə görmək olar. O çox qeyri-adi düşüncə sahibi idi. Ona görə də bütün yaradıcılığındakı fərqlilik paradoksal düşüncə sahibi olmasından qaynaqlanırdı.

- Vaqif Səmədoğlu realist şair idi. Onun tez-tez ölümdən yazması sizi incitmirdi?

- Yox, incitmirdi. Xəstəlik vaxtlarında məndən daha möhkəm idi, həyat eşqi daha çox idi. Deyirdi ki, xəstələnəndən sonra həyatı daha çox sevdim. Tənhalıqdan, ölümdən yazmaq o demək deyil ki, həyatı sevmirsən. Dar çərçivədən düşünməyək. Ölüm haqdır. Vaqif müəllim deyirdi ki, mən ən xoş dəqiqələrimdə də ölümü düşünürəm. Məncə, hər anında ayrılığı düşünməlisən, o zaman yanındakının, sevdiyinin, həyatın qədrini daha yaxşı anlaya bilərsən. Onunla biz 20 il bir damın altında yaşadıq. Amma bir saniyənin içində hər şey ölüm qarşısında dağıldı, məhv oldu. Ölüm, ayrılıq sanki bütün illərə bərabər olur və ömür bir yuxuya bənzəyir. Vaqif müəllimin bir misrası var: “Minorda ömür sürüb, majorda ölmək, Baxın əsəri kimi”. Çox təəssüflər olsun ki, istədiyi kimi alınmadı... Ancaq son dəqiqəsinə kimi xəstəliyi ilə qeyri-bərabər mübarizədə mərdlik göstərdi və ölüm anında belə sağlam düşüncəsini saxladı. Dedi, məni rahla, mən gedirəm...

- Vaqif Səmədoğlunun belə bir sözü var idi: “İnsan tənhalığından səs çıxsaydı, fəryaddan bir anda bəşəriyyətin qulaqları tutulardı”. Şairin tənhalıqla münasibəti necə idi?

- İnsanların çoxu tənhalıqdan qorxur. Vaqif müəllimin tənhalıqla bağlı şeirləri çoxdur. O deyirdi ki, mən şairəm və şair tənhaqlıdan qorxmamalıdır. Bu hisslər onun yazdıqlarının əsasıdır. Fikrimcə, belə insanla ailə qurursansa, münasibətini, sevgini göstərməyi bacarmalısan. Düzdür, çox zaman ailə insanı tənhaqlıdan xilas etmir. Ancaq bu insanla həyat yolunu birgə addımlayırsansa, ona göstərməlisən ki, sən onun arxasındasan. Çünki elə insanların həyatında həm yüksəliş, həm də enişlər olur, buna görə hər zaman onun arxasında durmağı bacarmalısan. Yaradıcı insanların sevgiyə, diqqət və anlayışa daha çox ehtiyacı var. Bu, asan deyil. Amma məncə, sevgi varsa, hər şeyi yoluna qoymaq olur.

- Eşitdiyimizə görə, Yusif Səmədoğlunun doğum günləri daha təmtəraqlı keçirmiş. Səməd Vurğun öz yaxın dostlarını da çağırırmış. Amma Vaqif Səmədoğlu doğum günlərini daha sadə keçirirdi.

- Vaqif özü danışırdı ki, Yusif ailənin ilk övladı idi və babasının adını daşıyırdı. Ona görə onun ad günləri daha təmtəraqlı şəkildə keçirdi, Səməd Vurğun onun ad gününə ən yaxın dostlarını, həmkarlarını çağırırdı. Həmin gecələr çal-çalğısız keçmirdi, tanınmış xanəndələri dəvət edirdi. Vaqif isə yay ayında anadan olduğuna görə ad günlərini dostlarıyla bağda keçirməyi sevirdi, həm də təmtəraqlı həyatdan uzaq idi. Ümumiyyətlə, bayram adamı deyildi, bayramları ona mən sevdirdim. Biz evlənəndən sonra artıq həm ad günlərini, həm də bayramları daha geniş keçirtməyə başladıq.

- Şair bir növ şöhrətin zirvəsini fəth etmişdi.

- Şöhrətin zirvəsi çox pafoslu səslənir. Onun 1980-ci illərin əvvəllərində yaşadığı subyektiv və obyektiv səbəblər özünə qapanmasına səbəb oldu. Hətta 1970-ci illər yaradıcılığını yandırmışdı. Vaqif müəllimin yaşadığı mənəvi əziyyətlər o dövrdə yazdığı şeirlərdə öz əksini tapmışdı. Bir də ki, şair üçün yazdıqlarının illərlə çap olunmaması nə deməkdir... Yaxşı ki o dövrdə bir neçə pyes yazdı və yazdıqları uğur qazandı. “Bəxt üzüyü” isə böyük anşlaqla keçdi.  Deyirdi ki, mən xaricdə yaşayasaydım və “Bəxt üzüyü” kimi əsər yazsaydım, bir ada alardım. Əfsuslar olsun ki, bizdə lazımi qiymət verilmədi. Əsərlərə görə aldığı qonorar çox aşağı idi. Şöhrət ona gec gəldi. Siz deyirsiniz ki, şöhrətin zirvəsini fəth etmişdi. Amma məncə, 60 yaşından sonra qazandığı şöhrət zamanında yaşadığı əziyyətlərin, çəkdiyi mənəvi iztirabların təsəllisi idi. O, şöhrət adamı deyildi, Vaqif o şöhrəti görməyə də bilərdi. Ümumiyyətlə, Vaqif Səmədoğlu iddialı adam deyildi və onun bütün şeirləri də iddiasızdır.

- Sizcə, xoşbəxt idimi?

 - Nə deyim? “Bəxt üzüyü”ndə Moşu xoşbəxtliyə qafiyə tapmadı. Xoşbəxtlik illüziyadır. Həyatda hər şey nisbidir. Daha geniş mənada götürsək, o, xoşbəxt deyildi. Dünyada gedən bütün prosesləri bilirdi, ətrafında baş verənləri görürdü...

Deyirdi ki, yaşa dolduqca suallarım çoxalır, amma cavablar azalır və hətta yox dərəcəsinə çatır. Yaradıcılığı üzə çıxandan sonra Vaqif yəqin ki, hardasa xoşbəxt idi. O deyirdi: “Əvvəllər fikirləşirdim ki, sabah şeirlərimin əlindən tutub səkidən-səkiyə keçirən olmayacaq. Bu gün başa düşürəm ki, səhv etmişəm... Mən taleyimə minnnətdaram ki, o, məni Vaqif Səmədoğlu kimi yaratdı”. Ləman xanım, yəqin ki, bu fikirləri deyən insan hər halda məmnunluq hissini yaşayıb. Bu gün mən özüm də xoşbəxtəm ki, o, gənclər tərəfindən sevilir və unudulmur. Şair taleyi üçün bundan böyük xoşbəxtlik ola bilməz.

- Gəlin söhbətimizi şairin şeirlərindən biri ilə yekunlaşdıraq.

- Bu dünya görüş yerimizmiş

həyat dediyimizlə

Bu dünya

Allahla ayrılıq nöqtəsi,

inamın yuxudan əvvəl

nağıla çevrilən gecəsiymiş.

Ayrılıqdan ayırlmayacağımız

yolayrıcı imiş bu dünya.

Bu dünya

şeytanların həbsxanası,

mələklərin sığınacaq yeriymiş...

Ləman İLKİN

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:34
embedMənbə:https://525.az
archiveBu xəbər 05 İyun 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran mollasını Allahdan üstün tutanlar Düşmənçiliyin arxasında şəxsən Xamenei durur

22 İyul 2025 00:23see205

Alimlər neandertalların daha bir sirrini açıblar

21 İyul 2025 23:15see183

Ekspert: Alıcı yalnız zahiri görünüşə aldanmamalı, mənzilin texniki sistemlərinin keyfiyyətinə xüsusi diqqət yetirməlidir

21 İyul 2025 19:28see154

Real Madrid 9 il sonra ilk dəfə klub qaydalarını pozdu

21 İyul 2025 19:42see148

Rusiyadan Aİ yə ÇAĞIRIŞ: Nobel Sülh Mükafatı Vladimir Putinə verilsin

21 İyul 2025 17:20see140

Dünyanın ən qeyri adi yeməkləri dadına baxmaq üçün növbəyə duranlar

21 İyul 2025 22:31see135

Ayda yaşam ümidi: Torpağı “sıxıb” oksigen çıxaracaqlar

21 İyul 2025 15:29see133

Məşhur futbolçu turist qadını stulla vurdu VİDEO

22 İyul 2025 00:22see128

Qonşunun toyuğu qaz görünər Fuad İSLAMZADƏ

22 İyul 2025 00:22see127

Həmrəyliklə güclənən Azərbaycan Dövlət və diaspor birliyi

22 İyul 2025 00:22see126

Rusiya neftin qiymətinin tavanına görə milyardlarla itirir

22 İyul 2025 00:25see126

Gömrükçülər vətəndaşın bahalı saatını OĞURLAYIB Şok iddia

21 İyul 2025 19:59see125

Bakıda möcüzəli göl insanlar axın edir VİDEO

20 İyul 2025 21:54see125

ABŞ Aİ ni Rusiyaya qarşı tariflərə qoşulmağa çağırdı

22 İyul 2025 01:39see125

Saul Niqes Trabzonspor a keçmək imtina etdi Özündən küssün

21 İyul 2025 20:07see123

800 illik əfsanəni bir sözün düzəldilməsi tamamilə dəyişdi

20 İyul 2025 21:48see123

Bəşər Əsəd Moskva küçələrində VİDEO

21 İyul 2025 21:57see123

Xankəndi Zirvəsinin şifrələri Sülh, inteqrasiya və güc nümayişi

22 İyul 2025 00:21see123

Rusiyada avtobusun uçuruma yuvarlanması nəticəsində 14 nəfər ölüb

21 İyul 2025 02:29see122

Pınar da onun şirkətindən ayrıldı

22 İyul 2025 02:52see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri