Icma.az
close
up
RU
“Xoxan, iynə vuran, it...” VALİDEYNLƏR, DİQQƏT!

“Xoxan, iynə vuran, it...” VALİDEYNLƏR, DİQQƏT!

Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Bizim mədəniyyətdə uzun illərdir uşaqları “xoxan”, “iynə vuran həkim”, “it” kimi qorxulu obrazlarla sakitləşdirmək və ya itaətkar etmək adət halını alıb. Bir çox valideyn bunu ənənəvi bir üsul kimi görür, bəzən də “başqa yolumuz yoxdur” deyərək haqlı çıxmağa çalışır. Lakin müasir psixologiya göstərir ki, qorxutmaqla tərbiyə qısa müddətli effekt versə də, uşağın psixikasında dərin və uzunmüddətli izlər buraxa bilər”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında uşaq psixoloqu Zeynəb Əyyubova qeyd edib. O, fikirlərinə belə davam edib:

“Uşağın psixoloji inkişafında valideynin rolu yalnız qayda qoymaq və davranış formalaşdırmaqla məhdudlaşmır. O, eyni zamanda uşağın ən güvənli məkanı, ilk sosial münasibət nümunəsidir. Uşaq dünyanı valideynin davranış və münasibəti ilə tanıyır. Valideynin qorxutma üsuluna əl atması bu güvənli məkana zərbə vurur. Uşaqda daxildə belə bir mesaj formalaşır: “Məni qoruyan insan eyni zamanda təhlükə barədə xəbərdarlıq edir”. Bu çaşqınlıq gələcəkdə həm valideynlə münasibətə, həm də digər insanlara inama təsir edir. pizza mizza

Qorxu üzərində qurulan davranış yalnız nəzarət olduğu müddətdə işləyir. Uşaq qorxduğuna görə susur, itaət edir, amma bunu niyə etməli olduğunu anlamır. Nəticədə, nəzarət bitən kimi o ya üsyankar olur, ya da həddindən artıq qorxaq və özünə güvənsiz bir şəxsiyyətə çevrilir. Üstəlik, qorxu ilə verilən mesajlar spesifik fobiyalara da yol aça bilir: həkim qorxusu, iynə qorxusu, heyvan qorxusu və s. Bu isə təkcə uşaqlıq dövründə deyil, böyüklükdə də sosial həyatına, sağlamlıq davranışlarına və özgüvəninə mənfi təsir göstərir”.

Psixoloq vurğulayıb ki, sağlam tərbiyənin əsasında isə qorxu yox, hörmət və güvən dayanmalıdır:

“Uşağın davranışını idarə etməyin ən təsirli yolu onun hisslərini anlamaq, adlandırmaq və ona sərhədləri aydın şəkildə göstərməkdir. Məsələn, “Sən indi əsəbləşmisən, amma bu davranış təhlükəlidir” kimi yanaşmalar uşağın həm hisslərini tanımasına, həm də qaydaları qorxudan deyil, anlamadan qəbul etməsinə kömək edir. Uşağa seçim imkanı vermək, diqqətini müsbət istiqamətə yönəltmək, davranışlarını müsbət möhkəmləndirməklə idarə etmək qorxutmaqdan qat-qat effektivdir.

Valideynlər bilməlidirlər ki, qorxu uşağı tərbiyə etmir, sadəcə müvəqqəti susdurur. Uzunmüddətli sağlam tərbiyə üçün sevgi, anlayış, güvən və sərhədlərin aydın qoyulması vacibdir. Uşaq özünü güvəndə hiss etdikcə, valideynin dediklərini daha çox qəbul edir, qaydaları qorxudan deyil, daxili motivasiyadan əməl etməyə öyrənir. Bu isə gələcəkdə güclü, sağlam, emosional cəhətdən balanslı və özünə inanan bir şəxsiyyətin formalaşmasına zəmin yaradır”.

Aytac Əliyeva


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 30 Sentyabr 2025 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see356

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see348

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see344

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see316

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see315

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see250

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see247

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see234

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see229

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see227

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see223

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see218

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see214

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see205

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see203

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see202

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see197

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see192

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see178

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri