Xristianlardan üzr istəyirik Saar
Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Cənubi Livanda İsrail Müdafiə Qüvvələrinin əsgəri tərəfindən İsa Məsihin heykəlinə zərər verilməsi ciddi rüsvayçılıqdır.
Axar.az xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Gideon Saar özünün X səhifəsində yazıb.
“Əminəm ki, bu çirkin hərəkəti edən hər kəsə qarşı lazımi sərt tədbirlər görüləcək. Bu utancverici hərəkət dəyərlərimizə tamamilə ziddir.
İsrail müxtəlif dinlərə və onların müqəddəs simvollarına hörmət edən, dinlər arasında tolerantlığı və hörməti dəstəkləyən bir ölkədir. Bu hadisəyə görə hissləri incidilən hər bir xristiandan üzr istəyirik”, - o əlavə edib.
Qeyd edək ki, dünən sosial mediada livanlı jurnalist tərəfindən paylaşılan və İsrail Müdafiə Qüvvələri tərəfindən təsdiqlənən bir görüntüdə əsgərin İsanın heykəlini çəkiclə sındırdığı görünür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 20 Aprel 2026 12:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















