Icma.az
close
up
RU
Samir Abasov: “Üzr istəyirik”

Samir Abasov: “Üzr istəyirik”

Apasport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Neftçi" Azərbaycan Kuboku yarımfinal mərhələsinin cavab görüşü çərçivəsində səfərdə "Sabah"la 1:1 hesablı heç-heçəyə razı ola olaraq turnirdə mübarizəni dayandırıb.

Apasport.az xəbər verir ki, qonaqların baş məşqçisi Samir Abasov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

"Azarkeşlərimizə təşəkkür edirəm. Birinci dəfədir ki, səfər matçında bu qədər azarkeş yığılmışdı. Onların dəstəyini də hiss edirdik, arxamızda olduqlarını görürdük. Kubokun bütün məsuliyyəti mənim boynumdadır. Qırılmış ümidlərə görə azarkeşlərdən üzr istəyirik. Baxmayaraq ki, komandanı biz yığmamışıq. Bəzi səbəblərə görə qış fasiləsindən də yaxşı yararlana bilmədik, istədiklərimizi gətirə bilmədik. Bizim əsərimiz deyil. Kuboka görə məsuliyyət daşıyırıq. Üzr istəyirik. Bu qədər".

- 80 faiz komandanın heyətində olanlara baxanda, deyirsən ki, bunlar "Neftçi"yə necə gəlib? Titul gedib. Beyninizdə yay transfer pəncərəsini fikirləşirsiz. Anderssonu görsəz, nəsə sözləriniz olardı?
Söz demək mənə düşmür. Çünki birlikdə işləməmişik. O və başqa insan haqda danışmaq istəmirəm. Bu gün üzüldüyüm məqam var. yaxşı köklənmişdik matça. Birinci hissə bu il ən yaxşı oynadığımız futbolu göstərdik. Rəqibə qapımıza yaxınlaşmağa imkan vermədik. Qapıçı ilə müdafiəçimiz anlaşa bilmədi. Qol epizodlarımız var idi. Onları vursaydıq....Əhval-ruhiyyə möhtəşəm idi. Rəqibi hər cəhətdən təhlil etmişdik. Uşaqlar onu anldı. Əfsuslar ki, sona kimi gətirə bilmədik. Sona qədər press edib, rəqibə imkan verməmək gücdə deyilik. Rəqibimiz də yaxşıdır. "Sabah"ın heyətində birəbirdə yaxşı oyunçular var. O komponentdə bəlkə də bizdən daha üstündür. Rəqibin əvəzetmələrindən sonra top saxladılar, canlandılar. Biz irəliyə atılmağa başladıq, boşluqlar verdik. İkinci məsələ də odur ki, fasiləyə gələndə, şikayətlənməyə başladılar. Emin Mahmudov gördük ki, bu gün lider kimi oyunda idi, amma sona qədər çatdıra bilmədi. Hamısı əvəzetmə istəyirdi. Bizim əvəzetmələrimiz effekt verməsə də, mərhələni keçə bilmirdik, bütün hücumameyilli oyunçuları meydana buraxdıq. Rəqib hücumameyilli oyuna buraxandan sonra fərq yaratdı, biz onu edə bilmədik. Kaş ki, 11-lik sona qədər davam edərdik. Planlar cızırıq. Bu oyunla bağlı deyildi, bundan əvvəl də deyilirdi. Rəhbərlik və biz tərəfdən də qərarlar veriləcək. Burada açıqlama istəmirəm. Daha yaxşı "Neftçi" kimi gəlmək istəyirik. "Neftçi"yə layiq olan oyunçuları da tapıb, gətirməliyik. Daim davamlı olaraq, birinci hissədəki oyunumuzu oynayacaq oyunçular...

- Bassalu Sambuya qırmızı verilməsəydi, "Neftçi" bu gün finalda olardı?
Məncə, o qədər də aidiyyatı yoxdur. Hər mövqedə ümid etdiiymiz oyunçular var. Amma o yoxdur deyə, o haqda danışa bilmərik. Sambu gələndən sonra əsas hücumçumuza çevrilmişdi. Üç qolv ruub, bu da bizi ümidləndirirdi. Cəzasını bir oyuna da salmadılar. Sual pis deyil. Sambu burada yoxdursa, niyə digər hücumçular onun kimi oynamır. Bu da doğru yanaşma deyil. Sambu yoxdursa, orada Dambo, Şeydayev, Ağadadaş var. Niyə biz qışda gələn Sambunun olmamasına üzülməliyik? Çətindir.

Qurban Qurbanov: "Biz kuboku yenə qazanmaq istəyirik" “Qarabağ” Azərbaycan kubokunun finalında - YENİLƏNİB "Turan Tovuz" - "Şamaxı" matçının biletləri satışa çıxarılıb AFFA rəsmiləri UEFA-nın tədbirində I Liqa: XXIII turun təyinatları müəyyənləşib
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:145
embedMənbə:https://apasport.az
archiveBu xəbər 23 Aprel 2025 22:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see360

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see342

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see312

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see310

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see301

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see292

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see281

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see276

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see266

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see254

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see245

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see238

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see233

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see231

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see230

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see229

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see227

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see223

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see213

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri