Icma.az
close
up
RU
XRİTDX yeni istifadəyə verilmiş Laboratoriyada təlimlərə başlayıb FOTOLAR

XRİTDX yeni istifadəyə verilmiş Laboratoriyada təlimlərə başlayıb FOTOLAR

Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən dövlət qurumlarında informasiya təhlükəsizliyi sahəsində çalışan əməkdaşların peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə Bakı Ali Neft Məktəbində yaradılmış “İnformasiya Təhlükəsizliyi Testləri” laboratoriyasında ixtisasartırma təlimlərinə başlanılıb.

Dövlət Xidmətindən "Unikal"a verilən məlumata görə, ilkin mərhələdə Azərbaycan Respublikasının Energetika Nazirliyi və Azərbaycan Respublikasının Strateji Obyektlərinin Mühafizəsi Dövlət Agentliyinin (SOMDA) müraciətlərinə əsasən həmin dövlət qurumlarının informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən əməkdaşlarının sahə üzrə bilik və bacarıq səviyyələrinin XRİTDX tərəfindən qiymətləndirilməsi həyata keçirilib.

Qiymətləndirmə kompüter əsaslı testlər və şifahi müsahibələr vasitəsilə aparılıb və informasiya texnologiyalarının əsas istiqamətləri üzrə - kompüter şəbəkələri, şəbəkə avadanlıqları, protokolları və xidmətləri, informasiya təhlükəsizliyi və məlumatların saxlanması sahələrini əhatə edib.

Hər iki qurum üzrə ümumilikdə qiymətləndirmənin nəticələri nəzərə alınaraq həmin mütəxəssislərin nəzəri bilikləri ilə yanaşı həm də praktiki bacarıqlarının inkişaf etdirilməsi məqsədilə XRİTDX tərəfindən Bakı Ali Neft Məktəbində yeni istifadəyə verilmiş “İnformasiya Təhlükəsizliyi Testləri” laboratoriyasında iki həftəlik təlim proqramına start verilib. Təlim proqramının sözügedən dövlət qurumlarının sahə üzrə bütün əməkdaşları üçün əlçatanlığın olmasını təmin etmək məqsədilə təlimlər eyni zamanda həm əyani, həm də onlayn formatda keçirilir.

Təlimlər “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023 – 2027-ci illər üçün Strategiyası”na uyğun olaraq təşkil edilir və praktik bacarıqlara əsaslanan kadr hazırlığı modelinin tətbiqini nəzərdə tutur.

Bu təşəbbüs XRİTDX tərəfindən dövlət qurumlarında informasiya təhlükəsizliyi üzrə insan kapitalının gücləndirilməsi, kadrların əməliyyat hazırlığının artırılması və kritik sahələrdə kibertəhlükəsizlik dayanıqlılığının təmin edilməsi istiqamətində həyata keçirilən sistemli fəaliyyətin tərkib hissəsidir.

Qeyd edək ki, XRİTDX tərəfindən Bakı Ali Neft Məktəbində yeni istifadəyə verilmiş “İnformasiya Təhlükəsizliyi Testləri” laboratoriyası universitetdə təhsil alan tələbə, müəllim və tədqiqatçılarlın səmərəli istifadəsi ilə yanaşı, dövlət qurumları əməkdaşları üçün praktik kibertəlim mühitinin formalaşdırılması baxımından mühüm infrastruktur elementi hesab olunur.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:151
embedMənbə:https://unikal.az
archiveBu xəbər 10 Fevral 2026 10:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see363

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see303

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see301

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see301

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see296

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see277

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see277

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see277

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see262

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see258

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see256

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see255

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see251

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see250

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see249

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see244

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see242

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see232

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see228

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri