Icma.az
close
up
RU
XRİTDX Buxarestdə keçirilən kiberdiplomatiya sammitdə FOTOLAR

XRİTDX Buxarestdə keçirilən kiberdiplomatiya sammitdə FOTOLAR

Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rumıniyanın Buxarest şəhərində rəqəmsal texnologiyalar, süni intellekt, kibertəhlükəsizlik və kiberdiplomatiya mövzularına həsr olunmuş “Digital Innovation Summit Bucharest 2026” beynəlxalq sammiti keçirilib.

"Unikal" xəbər verir ki, Rumıniya Parlamentində təşkil olunan üç günlük sammit Rumıniya Deputatlar Palatasının və Rumıniya Hökumətinin dəstəyi ilə Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutu –"ICI Bucharest" tərəfindən təşkil olunub.

Tədbirdə müxtəlif ölkələrdən dövlət qurumlarının rəhbərləri, nazirlər, səfirlər, beynəlxalq təşkilatların nümayəndələri, həmçinin özəl sektordan ekspertlər iştirak ediblər.

Tədbirdə iştirak edən XRİTDX-nin Baş idarə rəisinin müavini Tural Məmmədov “Regional münaqişələrin idarə olunmasında kiberdiplomatiyanın rolu və alətləri” mövzusunda keçirilən panel müzakirəsində çıxış edib. O, çıxışında kiberməkanın müasir təhlükəsizlik mühitində strateji əhəmiyyətindən, rəqəmsal mühitdə yaranan çağırışlar fonunda kiberdiplomatiyanın rolundan və dövlətlərarası əməkdaşlığın vacibliyindən bəhs edib.

Eləcə də, XRİTDX-nin mətbuat katibi Saidə Bayramova  “Deepfake" və generativ süni intellekt dövründə medianın dayanıqlığı” mövzusunda keçirilən panel müzakirədə çıxış edərək, süni intellekt texnologiyalarının inkişafı ilə əlaqədar informasiya mühitində yaranan yeni risklərdən, xüsusilə "deepfake" texnologiyaları vasitəsilə yayılan manipulyativ məzmun, fişinq hücumları və dezinformasiya halları ilə mübarizənin əhəmiyyətindən danışıb.

Sammit çərçivəsində iştirakçılar rəqəmsal transformasiya, kibertəhlükəsizlik, süni intellekt texnologiyalarının tətbiqi və informasiya mühitində dayanıqlılığın təmin olunması kimi mövzular ətrafında fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, XRİTDX ilə Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutu – ICI Bucharest arasında kibertəhlükəsizlik sahəsində əməkdaşlığın inkişafını nəzərdə tutan anlaşma memorandumu 2023-cü ildə Buxarestdə keçirilmiş Kiberdiplomatiya üzrə Beynəlxalq Konfrans çərçivəsində imzalanıb. Memorandum iki qurum arasında kibertəhlükəsizlik sahəsində təcrübə mübadiləsinin genişləndirilməsi və birgə təşəbbüslərin həyata keçirilməsini nəzərdə tutur.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://unikal.az
archiveBu xəbər 13 Mart 2026 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see344

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see340

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see339

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see301

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see293

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see291

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see288

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see278

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see277

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see269

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see268

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see235

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see225

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see225

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see222

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri