Icma.az
close
up
RU
Menu

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

Mərhum atasından danışan Röya KÖVRƏLDİ EKSKLÜZİV VİDEO

General mayor rütbəsi alan hərbçilər kimdir?

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

Bu rayona yeni polis rəisi təyin edildi

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

Liqa 1: Marsel darmadağına sevindi

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

Elmar Baxşıyev: Bizdə əsas heyət anlayışı yoxdur

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

“Son beş ilin tarixi Zəfər tarixidir, şanlı tariximizdir” Prezidentdən növbəti PAYLAŞIM VİDEO

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

Xronika: Azərbaycan Bir kəmər, bir yol layihəsinin həlledici ölkəsinə çevrilib

Xronika: Azərbaycan Bir kəmər, bir yol layihəsinin həlledici ölkəsinə çevrilib

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

"İlham Əliyevin həmləsi Ermənistanda təşviş yaradıb" adlı süjetdə Azərbaycan-Çin münasibətlərinin inkişafı fonunda Zəngəzur dəhlizinin açılması perspektivinin güclənməsinin Ermənistanda narahatlıqla izlənilməsindən bəhs olunub.

Bildirilib ki, Prezident İlham Əliyevin Çinə dövlət səfəri, Azərbaycan liderinin Pekində yüksək səviyyədə qəbul edilməsi və Avrasiyanın yüksələn gücünün Bakıya tam dəstək ifadə etməsi erməniləri qorxuya salıb: "Azərbaycan-Çin münasibətlərində Avrasiyanın gələcəyini müəyyən edəcək nəqliyyat şəbəkələrinin rolu xüsusilə əhəmiyyətlidir. 2013-cü ildə Pekin tərəfindən irəli sürülən nəhəng "Bir kəmər, bir yol" layihəsinin Çini fövqəlgücə çevirə biləcək potensiala malik meqaplan olmaqla yanaşı, Avrasiyanın gələcək 50 illik siyasi-iqtisadi münasibətlər sistemini də formalaşdıracağı proqnozlaşdırılır. Azərbaycan "Bir kəmər, bir yol" layihəsinin əsas həlledici ölkəsinə çevrilib və Pekinin Bakıya verdiyi önəmin təməlində bu amillər də dayanır. Orta dəhlizin perspektiv imkanlarını gücləndirmək üçün Zəngəzur dəhlizi layihəsi də reallaşmalıdır".

Qeyd olunub ki, Zəngəzur dəhlizi Orta dəhlizin Cənubi Qafqaz habında alternativ keçid rolunu oynayır: "Avrasiyanın yüksələn gücü olan Çin Zəngəzur dəhlizinin açılmasında Azərbaycanı dəstəkləyir və bu, Bakının dəhliz məsələsində irəliyə doğru növbəti addımı kimi dəyərləndirilə bilər. Ermənistanda narahatlıq yaradan əsas məqam da məhz budur".

Erməni ekspertlər Qarnik Davtyan, Vahe Davtyan bildiriblər ki, Azərbaycan Çinlə güclü əlaqələrə malik olmaq baxımından Ermənistanı qabaqlayıb və bu, Zəngəzur dəhlizinin perspektivlərini gücləndirir: "Azərbaycan son illər Çinlə münasibətləri öz xeyrinə xeyli inkişaf etdirib. Bu, Ermənistanı narahat etməlidir, çünki dəhlizin açılması həm də Çindən asılıdır və Pekin Tehranla əlaqələrindən istifadə edərək, İranın dəhlizlə bağlı möveyinə təsir edə bilər. Rəsmi Bakı "Bir kəmər, bir yol" layihəsi çərçivəsində Zəngəzur dəhlizini logistik infrastrukturun tərkib hissəsi kimi təqdim edir. İlham Əliyevin Pekinə səfəri zamanı bu məsələdə razılaşma əldə olunduğu görünür və Azərbaycan bununla Zəngəzur dəhlizinə doğru daha bir addım atıb".

Sonda vurğulanıb ki, Prezident İlham Əliyevin Çin səfərinin dərin strateji hədəflərinin olduğu aydın görünür: "O da aydındır ki, Avrasiyada əsas gücə çevrilən Çinin Azərbaycana tam dəstək verməsi Zəngəzur dəhlizi layihəsinin reallaşmasını sürətləndirəcək".

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:

Xronika: Azərbaycan "Bir kəmər, bir yol" layihəsinin həlledici ölkəsinə çevrilib

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://oxu.az
archiveBu xəbər 02 May 2025 01:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see197

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see194

Mərhum atasından danışan Röya KÖVRƏLDİ EKSKLÜZİV VİDEO

08 Noyabr 2025 23:07see184

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see162

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see141

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see135

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see130

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see130

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see128

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see128

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see127

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see127

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see127

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

07 Noyabr 2025 20:21see126

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see125

Elmar Baxşıyev: Bizdə əsas heyət anlayışı yoxdur

08 Noyabr 2025 19:18see125

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

07 Noyabr 2025 22:05see125

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see124

“Son beş ilin tarixi Zəfər tarixidir, şanlı tariximizdir” Prezidentdən növbəti PAYLAŞIM VİDEO

07 Noyabr 2025 23:10see124

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

08 Noyabr 2025 03:36see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri